«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
SİYASİ MƏHBUSLARIN HƏYATINA GÖRƏ KİM MƏSULİYYƏT DAŞIYIR?- "Müstəntiqlər, hakimlər, siyasi hakimiyyət..."/MÜSAHİBƏ

Tarix: 26-02-2024 15:15 | Bölmə: Aktual / Müsahibə | Baxış: 252
AFP via Getty

Fevralın 16-da Rusiyanın Federal Cəzaların İcrası Xidməti (FCİX) ölkə müxalifətinin  görkəmli lideri Aleksey Navalnının Yamal-Nenets Muxtar Dairəsinin Xarp qəsəbəsindəki  islah koloniyasında dünyasını dəyişgiyini dildirib.

2021-ci ilin fevralında Almaniyada müalicəsini bitirib Rusiyaya qayıtdıqdan sonra həbs olunmuş və cəza çəkərkən qəfidən vəfat etmiş  Navalnının  ölümü yenidən dünyada hamının diqqətini  avtoritar rejimlərdə siyasi məhbuslarla rəftar edilməsi və onların təhlükəsizliyi məsələlərinə  cəlb edib.

Rusiyanın aparıcı müxalifət liderlərindən biri olan Navalnının vaxtsız keçinməsi nəinki onun bütün tərəfdarlarını matəmə qərq edib, həm də dövlətlərin siyasi məhbuslar xüsusunda məsuliyyəti ilə bağlı inadlı söhbətləri yenidən doğurub.

Siyasi təqiblər kabusu ədalət məhkəməsi, insan hüquqları və demokratik idarəçiliyin əsas prinsiplərinə kölgə salaraq bütün nəhəngliyi ilə gözə çarpır.

Siyasi əqidəsinə görə həbs olunan insanların təhlükəsizliyi və salamatlığının təmin edilməsinə görə əsas məsuliyyəti kim daşıyır?

İdeoloji məsləkindən asılı olmayaraq bütün məhbusların növbəti faciələrinin qarşısının alınması, ləyaqət və hüquqlarının qorunması üçün hansı tədbirlər görülməlidir?

Hüquq müdafiəçisi və “Müdafiə Xətti” təşkilatının rəhbəri Rüfət Səfərov ASTNA-ya müsahibəsində siyasi məhbusların mühafizəsi və onların başlıca hüquqlarının gözlənilməsi üçün etibarlı təminat və mexanizmlərin zərurəti xüsusunda nöqteyi-nəzərini bildirir.

***

Sual: Rüfət bəy, siyasi məhbusların həyatına görə kim məsuliyyət daşıyır?



Cavab: Siyasi məhbusların həyatına görə onlar barəsində qanusuz cinayət işi başlayan müstəntiqlər, qətimkan tədbirinin seçilməsi barədə vəsatət, təqdimat verən, bunu təmin edən istintaqçılar, hakimlər, ədalətsiz hökmlər çıxaranlar, cəzaçəkmə müəssisələrinin, istintaq təcridxanalarının rəhbərləri və bütün bu korpusa təlimat verən siyasi hakimiyyət məsuliyyət daşıyır.

Bəzi siyasi məhbuslar var ki, onların qanunsuz surətdə cəmiyyətdən təcrid olunması bilavasitə dövlət başçısının siyasi iradəsi əsasında mümkün olur.

Bu mənada Qubad İbadoğlunun, Tofiq Yaqublunun, Bəxtiyar Hacıyevin, Nazim Bəydəmirlinin, “AbzasMedia” işi üzrə şərlənən jurnalistlərin, “Kanal13” işi üzrə uydurma ittihamlarla həbs edilən jurnalistlərin,  İşçi Masasının rəhbəri Afiyəddin Məmmədovun həyat və sağlamlığına görə hökumətin zirvəsi məsuliyyət daşıyır.  

Sual: Navalnı öldü. Amma bundan sonra Rusiyaya, Putinə qarşı hansısa addım olacaqmı? Uzaqbaşı sanksiya. Amma bu çıxış yoludurmu?

Cavab: Aleksey Navalnı öldürüldü. Təxminim budur ki, qətli sifariş verən Putin olubsa, icraçılar Penitensiar Xirdmətin vəzifəli şəxsləri olub. Təsadüfi deyil, Navalnının ölüm xəbərindən sonra Vladimir Putin Penitensiar Xidmətin iki rəis müavininin və iki idarə rəsinin rütbəsini qaldırdı.

Görünən budur ki, sanksiyaların dairəsi daha da genişlənəcək.

Prezident Baydenin çıxışında Putini ağır sözlərlə təhqir etməsi, Putinin nüvə silahı daşıya bilən strateji bombardmançı təyyarədə uçması, Yuliya Navalnayanın dünya liderləri tərəfindən qəbul edilməsi və s. onu təqsiqləyir ki, yaxın gələcəkdə daha da dərinləşmiş böhran yaşanacaq və bu, yüngül ifadə etsək, Putin Rusiyasının ciddi itkiləri ilə yekunlaşacaq.

Sual: Azərbaycanda istintaq təcridxanasında siyasi məhbusların tibbi müayinədən keçirilməsinə başlanılıb. Görünür, Navalnı ilə baş verənlər rəhbərliyi qorxudub. Buna sevinəkmi, yoxsa üzüləkmi?

Cavab: Bəli, Rusiyada Navalnının ölüm xəbəri yayıldıqdan sonra Azərbaycanda siyasi məhbusların tibbi müayinəsinə, qan nümunələrinin və s. götürülməsinə başlayıblar.

Tofiq Yaqublunun yaxınları bu barədə ictimaiyyətə məlumat veriblər.

Nazim Bəydəmirlinin həyat yoldaşı Fəridə xanımla telefon danışığımız zamanı məlum oldu ki, ekologiya məhbusu öz həkimlərini tələb edib, istintaq təcridxanasının həkimlərinin müayinəsindən, analizlərin götürülməsindən imtina edib.

Aydındır ki, cəza-icra siyasətini həyata keçirənlər, ümumiyyətlə, siyasi hakimiyyət narahat olub ki, bunun üçün də kifayət qədər əsaslar var.

Sual: Amma bizdə də həbsxanada siyasi məhbus ölümləri olub. Mehman Qələndərov keysi. Bu hadisəyə görə cəzalanan olubmu?

Cavab: Mehman Qələndərovun, Faina Kunqurovanın ölümlərini xatırlayıram. Hər ikisi siyasi məhbus idi.  Elə ötən il aclıq aksiyasının nəticəsində həyatını itirən dindar Səbuhi Səlimovu yada salaq. Başqa qeyri-siyasi xarakterli işlər də var.

Bu zamanadək bir vəzifəli şəxs cəzalandırılmayıb. Hazırkı idarəetmənin, hüquq qaydasından kənarda fəaliyyət göstərən sistemin fonunda hansısa vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsini gözləmirəm. Şəxslərin cəzalandırılması repressiv üsul-idarənin rəhbər tutduğu prinsiplərə cavab verməz...

Sual: Hökumətin, hakimiyyətin - kim olmasından, siyasi əqidəsindən, dini baxışından, əqidəsindən asılı olmayaraq vətəndaş dəyərini, insan dəyərini anlaması üçün nə etmək lazımdır?

Cavab: Seçmək  və seçilmək hüququna hörmət lazımdır. Mandatı xalqdan alan hakimiyyət qollarını folmalaşdırmaq, məhkəmələrin müstəqilliyinə nail olmaq və məsləyə, sözə görə təqibləri bir kənara qoymaq lazımdır.

Bir sözlə, demokratik və hüquqi dövlət modelini bərqərar etmək zəruridir. Təəssüf ki, hazırda Azərbaycanda demokratik və ədalətli idarəetməyə tamamilə yad olan sistem və hakimiyyət qolları iş başındadır.

Kamran MahmudovKamran Mahmudov, "Turan"ın müxbiri

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024