“ERMƏNİSTAN KONSTİTUSİYASINA DƏYİŞİKLİK EDİLMƏLİDİR”- Denis Kislov /MÜSAHİBƏ
Ermənistanın baş naziri Nikol Paşinyanın ilin əvvəlində elan etdiyi Konstitusiya islahatı ölkədə şiddətli müqavimətlə üzləşir.
Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyanın bu yaxınlarda istefaya getməsinə, özünün dediyi kimi, ölkənin Müstəqillik Bəyannaməsi ilə bağlı olan Konstitusiyaya təklif edilən dəyişikliklərlə razılaşmaması səbəb olub.
Ermənistan Konstitusiyasında qeyd olunan bu sənəddə Azərbaycan Respublikasına qarşı ərazi iddiaları yer alır.
Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan Azərbaycana qarşı ərazi iddialarını sülh prosesindən ayırmağa çalışıb.
Onun sözlərinə görə, Ermənistanın Konstitusiyası və qanunvericiliyi Ermənistanın daxili məsələsidir. Amma bu, belədirmi?
Əgər Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi bağlanarsa, o zaman istənilən an Ermənistanın yeni hökuməti və ya Konstitusiya Məhkəməsi, hətta indiki hökumətin dövründə belə, bu sənədi qanunsuz elan edə bilər.
Ukraynaəsilli israilli politoloq, dövlət idarəçiliyi üzrə elmlər doktoru, “LLC Corporate Research and Consulting International Bureau”nun rəhbəri Denis Kislov vəziyyəti Oxu.az-a şərh edib:
- Əvvəla, qeyd edim ki, indiki vəziyyətdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasına, həqiqətən, inanmıram. Müqəddimənizdə qeyd etdiyiniz halları nəzərə alsaq, real irəliləyiş yoxdur.
Amma qlobal oyunçuların Bakı ilə İrəvan arasında ikitərəfli danışıqlar prosesinə müdaxiləsi nəzərə çarpır. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması məsələsi hələ də həllini tapmayıb.
İndi Ermənistanın daxili qanunvericiliyi ilə bağlı münaqişə haqqında. Əgər Bakı və İrəvan heç bir öhdəçilik şərti qoymayan müəyyən bir bəyannamə imzalamağı planlaşdırırlarsa, o zaman Ermənistan Konstitusiyasında və qanunlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının olması heç bir rol oynamır.
Doğrudan da, bu halda tərəflər, sadəcə olaraq, sülhə nail olmaq istəklərini bəyan edəcəklər, yəni bu, bir növ, yol xəritəsi olacaq.
Ancaq başa düşdüyüm qədərilə, məsələ hərtərəfli sülh bağlamaqdır.
Bunun alternativi Ermənistanda müzakirə olunmağa başlayan Konstitusiyaya dəyişikliklərdir. Əslində, bu məsələ indi yox, Ermənistanda siyasi-hüquqi böhran yaranan son bir neçə ildə aktuallaşıb.
Söhbət bütövlükdə Ermənistan qanunvericiliyinin dəyişdirilməsindən gedir və qonşulara qarşı ərazi iddiaları, sadəcə olaraq, ümumi paketə salınacaq. Bu, o zaman mümkün ola bilər ki, Ermənistan həmin vaxta qədər dövlət olaraq qalsın.
Bir daha qeyd edim ki, Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi zəruridir ki, bu da hərtərəfli sülh sazişinin bağlanması, delimitasiya və demarkasiya işlərinin aparılması istiqamətində bir addım olacaq.
Eyni zamanda, bu struktura nə qədər şübhə ilə yanaşsaq da, yekun sənədlər, o cümlədən sərhədlərin delimitasiyası ilə bağlı məlumatlar Birləşmiş Millətlər Təşkilatına (BMT) təqdim edilməli və təsdiqlənməlidir, çünki söhbət kiminsə ərazisinə iddialardan imtina etməkdən gedir. Bir qayda olaraq, bir çox dövlətlər bunu etmirlər, amma etsələr, yaxşıdır.
Təsdiq prosesi ya BMT Təhlükəsizlik Şurasının gündəliyi, ya da sərhədlərin delimitasiyası, demarkasiyası, yenidən demarkasiyası yolu ilə suverenliyin sənədləşdirilməsi varsa, Beynəlxalq Ədalət Məhkəməsi vasitəsilə həyata keçirilir.
- Heç olubmu ki, ölkələr sərhədlərlə bağlı ikitərəfli müqavilələrini təsdiqləmək üçün BMT-yə müraciət etsinlər?
- Tərəflər arasında qanuni bəyannamələr və razılaşmalar olduğu halda BMT-nin hansısa sammitdə qəbul etdiyi qərarlar əsasında sərhədləri müəyyən etdiyi, ona yenidən baxdığı, təsdiq etdiyi nümunələr olub.
Bu, əlbəttə ki, tam o deyil, amma buna baxmayaraq, Balkan ölkələrində nə qədər sərhədlər məhz belə təyin olunub. Bosniya və Herseqovina və ya Makedoniya Respublikası ilə Yuqoslaviya Federativ Respublikasını xatırlayın.
Birləşmiş Millətlər Təşkilatında təsdiq olunmaqla bütün 4 300 km uzunluğundakı Çin-Rusiya sərhədinin tam delimitasiyasının aparıldığını əks etdirən ÇXR-RF birgə bəyannaməsini də yada salmaq olar.
Yaxud BMT-də sazişləri qeydiyyatdan keçirərək sərhədlərinin delimitasiyası prosesini başa çatdırmağa çalışan Qazaxıstanı.
- Mövzunu bir az dəyişək. Ermənistan Qərbə doğru irəliləyir ki, bu da erməni cəmiyyətinin bir hissəsində sevinc, o cümlədən hərbi qisas haqqında düşüncələr doğurur.
Ermənistan və Rusiya ekspertləri hansısa anti-Azərbaycan oxunun - Ermənistan, Fransa və Yunanıstanın daxil olacağı “Kiçik Antanta”nın yaradılması ehtimalından danışırlar. Bəzi insanlar Hindistanı da siyahıya əlavə edirlər...
- Açığını desəm, istər bu, istərsə də başqa formatda anti-Azərbaycan birliyi yaratmaq üçün real perspektiv görmürəm. Müxtəlif ölkələrin eyni vaxtda fərqli ittifaqlarda olduğu dövrdə bütün dünya yeni spesifik əməkdaşlıq modelinə inteqrasiya olunur.
Məsələn, siz dediyiniz “Kiçik Antanta” nəzəri cəhətdən mümkündür, lakin o, Azərbaycana deyil, Türkiyəyə qarşı yönələcək. Amma Türkiyə NATO-dadır və Böyük Britaniya ilə yaxşı tərəfdaşlıq münasibətləri var, yəni Azərbaycanın tərəfdaş qismində olacağı paralel oxlar formalaşır.
Deməli, bunun Ermənistanın qisasçılıq ideyaları ilə heç bir əlaqəsi yoxdur.
Digər xəbərlər
Tarix: 11-03-2024 14:20 | Bölmə: Müsahibə | Baxış: 257

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024