“MAKRON MÜTTƏFİQLƏRİNİ QICIQLANDIRIR”- “O, Avropanın xarici siyasətinə rəhbərlik etmək istəyir, amma...”
Son illər Fransa beynəlxalq arenada heç zaman olmadığı kimi xeyil fəallıq nümayiş etdirir.
Lakin Fransanın özünü Avropa lideri kimi aparmağa çalışması onun bir çox müttəfiqlərini qıcıqlandırır. Makronun Ukraynaya qoşun yeritməklə bağlı verdiyi bəyanat heç də birmənalı qarşılanmayıb.
Belə ki, Ukraynaya edilən yardımların həcminə görə Fransa Almaniyadan xeyli geridə qalır və bu səbəbdən də Avropada deyirlər ki, Makron ciddi iş görməkdənsə danışmağı daha çox sevir...
ABŞ-ın “Bloomberg” internet portalı “Makron Avropanın xarici siyasətinə rəhbərlik etmək istəyir, amma hamı buna razı deyil” başlıqlı məqaləsində sözügedən məsələyə toxunub. Həmin məqaləni təqdim edirik:
”Emmanuel Makron döyüşməyə hazır olduğunu göstərmək üçün boks torbasını necə döyəclədiyini əks etdirən fotoları dərc etdirməyə də bilərdi. Ukraynaya qoşun göndərməyin mümkünlüyünü söyləyəndən sonra Fransa Prezidentinin yeni döyüşkən mövqeyi hamıya bəlli oldu.
Böyük Britaniyanın Avropa Birliyindən çıxması və Almaniya hökumətində parçalanma yaranması xarici siyasət məsələsində Makronu Avropa qitəsinin nominal liderinə çevrib.
Fransa Rusiyanın Ukraynadakı təcavüzünə və Qəzza sektorundakı humanitar fəlakətə qarşı mübarizədə öncül rolu öz üzərinə götürüb. Ancaq Avropadakı müttəfiqlərin heç də hamısı onu öz maraqlarının ən yaxşı müdafiəçisi hesab etmirlər.
Onun Ukraynada Avropa hərbi kontingentinin yerləşdirilməsilə bağlı mübahisə doğuran fikirləri Almaniya kansleri Olaf Şoltsun ciddi iradına səbəb oldu. Belə bir təşəbbüsdən qəzəblənən ABŞ hökumət rəsmiləri bildirdilər ki, bu, Moskva ilə toqquşmadan başqa heç nəyə gətirməyəcək.
Vldaimir Putin Makronun ehyamlarının məhz nəyə işarə edildiyini anlamağa çalışıb. NATO-da Ukrayna ilə bağlı gedən müzakirələrdən məlumatlı olan şəxslər hesab edirlər ki, bunlar əks effektlə nəticələnə bilər.
Amerikanın yüksək vəzifəli rəsmilərindən birinin sözlərinə görə, Makron müttəfiqlərin “qırmızı xətt” barəsindəki qeyri-müəyyən düşüncələrini ortadan qaldırdı. Berlin Ukraynaya qoşun göndərməyi kökündən rədd edir.
Adının anonim qalmasını istəyən yüksək vəzifəli bir məmur “Bloomberg”-ə söyləyib ki, əgər biz pərdə arxasında bəzi ölkə hərbçilərinin Ukraynada çalışdığını nəzərə alsaq, onda Makronun bu fikirləri əməliyyat təhlükəsizliyi baxımından elə də ağılabatan sayılmır.
Rusiya təhlükəsi
Avropanın hərbi birliyi məsələsi indi həmişəkindən daha vacibdir. Putin Krımın ilhaq edilməsinin ildönümündə təşkil olunan seçkilərdəki qələbəsindən fərəhlənir. Ancaq Ukraynaya silah tədarükü ilə bağlı şübhələr bir neçə aydır ki, aradan qalxmayıb.
Nəhayət, Fransanın daxili siyasətini hesabdan silmək olmaz. Makron Ukrayna məsələsini iyun ayında keçiriləcək Avropa Parlamenti seçki kampaniyasında ən kəskin möqeyə qoymaqla, ifrat sağçı rəqibi Marin Le Peni Putinin müttəfiqi kimi təqdim etməyə çalışır.
Fransanın Müdafiə naziri Sebastyan Lekornu mətbuat konfransında deyib: ”Rusiyanın bizim üçün təhlükə törətdiyi getdikcə daha da aydınlaşır. Biz hətta Rusiyanın qələbəsi barəsində düşünməyi belə yaxına buraxmamalıyıq”.
Brüsseldəki müzakirələrlə tanış olan rəsmi nümayəndələrdən birinin sözlərinə görə, heç şübhəsiz ki, Avropa İttifaqında Makronun liderliyinə güvənənlər var və onlar Fransa Prezidentinin Rusiyaya qarşı nümayiş etdirdiyi sərt mövqeyi alqışlayırlar.
Eyni zamanda, Fransa Polşanı dəstəkləyib və Ukrayna taxılının vahid bazara sərbəst girişi barəsində Avropa İttifaqını bir daha düşünməyə çağırıb və onun bu sözləri fermerlərin etirazına səbəb olub.
Ancaq Avropanın çoxsaylı planlarından biri də Ukraynanın silah və mərmi qıtlığını cilovlamaqdır. Belə bir vəziyyətdə Makron bəzi müttəfiqləri qıcıqlandırır. Fransa Prezidentini xoşlamayanlar hesab edirlər ki, o, ciddi iş görmək yerinə hədsiz dərəcədə çox danışır.
Çexiya tərəfindən Avropa İttifaqının hüdudlarından kənarda Ukrayna üçün təxminən 800 minə yaxın mərmi alınması təşəbbüsü irəli sürülüb. Keçən ay Makron Çexiyanın təşəbbüsünü dəstəkləsə də, hələ ki, Fransa bununla əlaqədar heç bir maliyyə ödənişi həyata keçirməyib.
Almaniya isə əksinə, 180 min mərmi almaq üçün 300 milyon avro (325 milyon dollar) xərcləyib.
”Kil Dünya İqtisadiyyatı İnstitutu”nun (The Kiel Institute for the World Economy) məlumatına görə, müharibə başlayandan indiyədək Ukraynaya edilən yardımın həcminə görə Fransa digər müttəfiqlərindən xeyli geridə qalır.
Belə ki, Kiyevə 22 milyard avro yardım göstərən Almaniyadan fərqli olaraq, Fransa cəmi iki miyard avro həcmində yardım edəcəyini vəd edib.
Angela Merkel 2021-ci ildə Almaniya Kansleri postunu tərk edəndən sonra Makron yerdə qalan boşluğu doldurmağa çalışıb. Napoleondan sonra Fransanın ən gənc lideri olan Emanuel Makron xarici siyasət arenasında əzələ nümayiş etdirərək keçmiş tarixi mirası yada salır.
Makron həmkarlarından fərqli olaraq daha cəsarətli davranaraq İsrail Baş naziri Benyamin Netanyahuya söyləyib ki, Rafah sakinlərinin şəhərdən məcburi çıxarılması hərbi cinayət kimi dəyərləndiriləcək.
Lakin Fransanın Avropadan kənarda apardığı xarici siyasət avantürası uğursuzluğa düçar olub. Makronun Afrika strategiyası dağılır. Oradakı ölkələri Fransanın mövcudluğuna dözümlə yanaşmağa inandırmaq üçün Makronun heç bir tutarlı arqumenti yoxdur.
Niger Makronun Sahel bölgəsindəki strategiyasının özəyi sayılırdı, amma ötən il hərbçilər Niger prezident qvardiyasını girov götürüb vəziyyətə nəzarət etdiklərini bildirəndən sonra Fransa hökuməti öz vətəndaşlarını oradan təcili təxliyə etməyə məcbur olmuşdu.
Qeyd etmək lazımdır ki, artıq yeddi ildir hakimiyyət başında olan Fransa Prezidenti zəngin təcürbə də toplayıb. Beləliklə, o, Donald Trampla birbaşa işləyən “Böyük Yeddiliyin” iki liderindən biridir. Keçmiş prezident yenidən Ağ evə qayıda bilər.
Avropalılar Amerikanın həm Transatlantik münasibətlərinə, həm də Ukraynaya sadiqliyinə şübhə ilə baxırlar. Çünki Ukraynaya 60 milyard dollar dəyərində göstəriləcək yardım Vaşinqtonda ilişib qalıb.
Parisdəki “Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun”(The International Insitute for Srategic Studies) əməkdaşı Rim Momtaz deyib: ”Makron Rusiyanın Ukraynaya müdaxiləsinin elə ilk başından Avropaya liderlik etmək fürsətini qaçırıb. Hazırda o, bu səhvini düzlətmək üçün addımlar atır”.
Digər xəbərlər
Tarix: 29-03-2024 16:30 | Bölmə: Təhlil | Baxış: 309

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024