ERMƏNİLƏR NƏ PAŞİNYANA, NƏ DƏ RUSİYAYA İNANIR...- Türkləri isə hələ də düşmən kimi görürlər /SORGÜ
Ermənistanda əhalinin 60 faizi heç bir siyasətçiyə inanmır
ABŞ Beynəlxalq Respublikaçılar İnstitutu (BRİ) Ermənistanda sosioloji sorğu keçirib.
Sorğuda ölkənin xarici siyasəti, təhlükəsizlik, iqtisadi problemləri, əsas tərəfdaşları, hakimiyyətin yürütdüyü siyasət, siyasi qüvvələrin nüfuzu və s. məsələlərlə bağlı vətəndaşların mövqeyini öyrənilib.
Sorğunun çox maraqlı nəticələri var, onlar göstərir ki, erməni cəmiyyəti ciddi narahatlıq və təlatüm içərisindədir, hazırki iqtidar – Baş nazir Nikol Paşinyanın rəhbərlik “Vətəndaş müqaviləsi” partiyasına olan ümidlər xeyli öləziyib.
Məsələn, “Sizcə, ümumiyyətlə, Ermənistan düzgün istiqamətdə gedir?” sualına respondentlərin 50 faizi müsbət cavab versə də, 39 faiz “xeyir” deyib, 12 faiz isə bu sualı cavablandırmaqda çətinlik çəkib. Bu nisbət əhalinin təxminən yarısının Paşinyan iqtidarının ölkəni düzgün istiqamətdə aparmasına şübhə ilə yanaşdığını ortaya qoyur.
BRİ-nin yerli vətəndaşlara növbəti sualı Ermənistanın üzləşdiyi əsas problemlərin hansılar olması ilə bağlıdır. Respondentlərin 47 faizi hesab edir ki, Ermənistanın milli və sərhəd təhlükəsizliyi əsas problemdir.
İqtisadiyyat, işsizlik deyənlər, 23, siyasi qeyri-sabitlik hesab edənlər isə19 faiz təşkil edib. Burada cəmiyyətdən Ermənistan hakimiyyəti üçün çox vacib çağırışlar meydana çıxır.
Erməni vətəndaşların böyük çoxluğu N.Paşinyanın müharibədən sonra Azərbaycanla sülh sazişini imzalamasını yubatmasını doğru saymır.
Dolayısı ilə bu, hazırki iqtidarın ölkənin milli təhlükəsizliyini qormağa qadir olmadığına dair cəmiyyətdə ciddi şübhələrin olduğunu nümayiş etdirir.
Nəticələrdən görünür ki, Ermnənistan iqtisadi inkişafda yüksək rəqəmlər göstərsə də, ölkədə işsizlik və iqtisadi problemlər yetərli səviyyədədir.
Bu, hakimiyyətin üzərinə düşən öhdəlikləri və seçkilərdə verilən vədlərin tam olaraq yerinə yetirlmədiyini də göstərir.
Respondentlərin təxminən beşdə biri Ermənistanda siyasi qeyri-sabitlikdən narahatdır. Bu da Paşinyan iqtidarı üçün ciddi məqamdır.
İqtidarla müxalifət arasında düşmənçilik münasibətləri, siyasi dialoqun olmaması, tərəflərin müxtəlif xarici qüvvələr (Qərb, Rusiya) tərəfindən dəstəklənməsi, hakimiyyət uğurunda qeyri-siyasi yollarla mübarizə potensialının hələ də yüksək olması ölkədə yeni qarşıdurmalar üçün zəmin yaradır.
Daha sonra BRİ-nin keçirdiyi sorğuda respondetlərdən Ermənistan üçün ən mühüm siyasi tərəfdaş ölkələrin adları soruşulub. Cavablar belədir:
-Fransa-61%
-ABŞ-56%
-İran-47%
-AB-37%
-RF-34%
-Çin-31%
-Gürcüstan-27%
-Ukrayna-6%
Nöbəti sualda isə hansı ölkəni Ermənistanın ən mühüm təhlükəsizlik tərəfdaşı olması ilə bağlıdır. Bu suala cavab verən sorğu iştirakçılarının 50 faizi Fransaya səs verib. İran 46, ABŞ 46, Rusiya 31, Avropa İttifaqı (Aİ) 28 faizlə növbəti yerləri tutub.
Hər iki bölmədə çox maraqlı nəticələr qeydə alınıb. Belə ki, sorğu iştirakçılarının böyük əksəriyyəti Qərb ölkələrini (ABŞ, Fransa, Avropa İttifaqı) Ermənistanın əsas tərəfdaşı hesab edir.
Rusiyanı ölkənin siyasi və təhlükəsizlik tərəfdaşı hesab edənlərin sayı təxminən respondentlərin üçdə birini təşkil edir. Bu nisbət elə 2021-ci ildə keçirilmiş növbədənkəartn seçkilərdə də özünü göstərib.
Maraqlıdır, ölkədə Rusiya hərbi bazalarının olması, dövlət sərhədlərinin Rusiya sərhədçiləri tərəfindən qorunması kimi mühüm amillər strateji müttəfiqə əsas tərəfdaş statusu belə qazandırmır.
Görünür, 44 günlük müharibə, daha sonra 2023-cü ildə Azərbaycan ordusunun Qarabağ bölgəsində keçirdiyi antiterror əməliyyatına Rusiyanın reaksiyaları erməni cəmiyyətində xəyal qırıqlığı yaradıb.
Bunun əksinə, nəticələrə diqqət yetirdikdə Ermənistanda İranın nüfuzunun artdığı və Rusiyanı qabaqladığı görünür. Əlbəttə, bu təsadüfi deyil.
Tehran 44 günlük müharibədə və daha sonrakı dövrdə Azərbaycana düşmən mövqeyi nümayiş etdirib, sərhədə ordu yığıb, Ermənistana iqtisadi, siyasi dəstək verib. Bu da fars rejiminin ermənilər arasında nüfuzunu, ona olan inamı artırıb.
BRİ-nin sorğusunda respondetlərdən Ermənistan üçün ən böyük iqtisadi təhlükə yaradan ölkələrin adları da soruşulub.
Sorğu iştirakçılarının 54 faizi Türkiyə, 51 faizi Rusiya, 50 faizi Azərbaycan, 13 faizi Gürüstanın adlarını çəkib. Bu sıradan sonuncu yeri 5 faizlə İran tutub. Burada Türkiyə və Azərbayanın ön planda olması təbiidir.
Ermənilərin əksəriyyətinin beyninə yeridilmiş türk düşmənçiliyi “xəstəliyi” hələ də sağalmayıb. Ermənilər türklər hər zaman düşmən kimi görüblər və əllərinə fürsət düşən kimi bunu ən vəhşi şəkildə nümayiş etdiriblər.
Qardaş ölkənin Azərbayana qarşı işğalçı müharibəyə görə Ermənistanla sərhədlərini bağlayıb, siyasi, iqtisadi, diplomatik münasibətlərini kəsməsi ermənilərdə Türkiyəyə qarşı düşmənçiliyi daha da artırıb.
Maraqlıdır, erməni cəmiyyəti əsasən Rusiya hesabına yaşasa da, ən böyük iqtisadi təhlükəni də elə “strateli müttəfiqdən” gözləyirlər. Qeyd edək ki, ölkənin ticarət dövriyyəsinin 80 faizini Rusiya və Avrasiya İttifaqı ölkələri ilə aparılan əməliyyatlar təşkil edir.
Ermənistana bu ölkələrdən ildə 1 milyard dollardan artıq vəsait daxil olur. Yüz minlərlə erməni Rusiyada çalışıb pul qazanır və ailəsinə göndərir. Şübhəsiz ki, bu, Paşinyan iqtidarının Qərbyönlü siyasi kurusna görə Rusiya tərəfindən sanksiya gözləntiləri ilə bağlıdır.
Bunu Kreml rəsmiləri də gizlətmirlər.Qeyd olunur ki, hakimiyyət Avrointeqrasiya krusundan dönmzəsə, ikitərəfli münasibətlərə, o cümlədən iqtisadi əlaqələrə yenidən baxacaqlar.
Daha sonra sorğuda iştirakçılarından Ermənistanla ABŞ, Avropa İttifaqı və Rusiya arasında münasibətlərin hazırkı vəziyyətini qiymətləndirmək xahiş olunub.
Məlum olur ki, respondentlərin 87, 89 faizi Qərblə münasibətlərin “yaxşı”, 8-10 faizi isə “pis” olduğunu deyib. Rusiyaya gəldikdə isə cəmi 31 faiz əlaqələrin yaxşı olduğuna, 66 faiz isə strateji müttəfiqlə əlaqələrin pis olduğuna inanır.
Maraqlı məqamlardan bir də cəmiyyətdə məhkəmə hakimiyyəti orqanlarından narazılığın yüksək olması ilə bağlıdır. Belə ki, rəyi soruşulanların cəmi 37 faiziməhkəmlərin fəaliyyətini müsbət, 50 faizi pisqiymətləndirib.
Görünür, Paşinyan komandasının bu sahədə apardığı islahatlar cəmiyyəti qane etmir. Daha çox müxalifətə qarşı verilən siyasi qərarlar məhkəmələrin nüfuzuna zərbə vurur.
Nəhayət, BRİ sorğusunun ortaya çıxardığı ən maraqlı məsələ ölkədə siyasi xadimlərin reytinqinin “yerlə sürünməsidir”. Respondentlərə ünvanlanan “hansı siyasi və ya ictimai xadimə daha çox güvənirsiniz” sualına belə cavablar verilib:
-Paşinyan-17%
-Ararat Mirzoyan-5%
-Aram Z. Sarkisyan - 4%
-Alen Simonyan -3%
-Robert Köçəryan-2%
-Heç kim - 60%
Xatırladaq ki, 2021-ci ilin yayında keçirilən növbədənkənar parlament seçkilərində hakim “Vətəndaş müqaviləsi” partiyası 55 faiz səs alaraq təkbaşına hökumət formalaşdıra bilib.
Hazırki nəticələr isə Paşinyan iqtidarının cəmiyyətdə kəskin nüfuz itkisinə məruz qaldığını, ona inamın sarsıldığını nümayiş etdirir.
Ancaq onun rəqiblərinə olan etimad daha bərbaddır. Amma respondetlərin üçdə ikisi - 60 faizi heç bir siyasətçiyə inanması dərin ümidsizliyin göstəricisi hesab oluna bilər.
Xatırtladaq ki, ötən ilin sentyabrında İrəvanda keçirilmiş mer seçkilərində seçici fəallığı cəmi 21 faiz təşkil edib. 870 mindən artıq seçicinin qeydiyyatda olduğu paytaxtda 225 min nəfərin səsverməyə qatılması siyasi qüvvələrə dərin inamsızlığın təzahürüdür.
Hakimiyyətin nüfuzdan düşməsi, onun alternativlərinin daha aşağı reytinqə malik olması Ermənistanda sabitliyin ciddi təhlükə altında olduğunu göstərir. Bu da, Paşinyan hakimiyyətini cəzalandırıb iqtidardan qovmaq planları qurmağa çalışan Rusiya üçün münbit zəmin yarada bilər.../azpolitika
E.Rüstəmli
Digər xəbərlər
Tarix: 12-03-2024 16:45 | Bölmə: Manşet | Baxış: 228

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024