«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”

Tarix: 30-03-2024 17:45 | Bölmə: Xəbər lenti / Rezonans | Baxış: 364



Alman ekspertlər xəbərdarlıq edir ki, terrorçular Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının oyunlarına PUA-lardan istifadə edərək hücum edə bilərlər.

Bu barədə “BİLD” nəşri məlumat yayıb.

Ekspertlər xəbərdarlıq edir ki, Ukrayna müharibəsi və Fars körfəzindəki husilərin əməliyyatları müasir dronların hücum edənlərin əlində nə qədər təhlükəli olduğunu göstərib:

“Almaniya polis həmkarlar ittifaqının rəhbəri Andreas Rosskopf təsdiqləyir ki, dronlar ən böyük problemlərdən birinə çevrilir, ona görə də Avropa çempionatı zamanı onlar bütün Almaniyada PUA-ların uçuşlarına ümummilli qadağa tətbiq edəcəklər.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları kifayət qədər hazırlıqlıdır və dronlara qarşı mübarizə aparmaq üçün təchiz ediliblər. Məsələn, onların dron əleyhinə silahları var”.

Ekspertlər onu da qeyd edib ki, indi terrorçular bir qayda olaraq internet vasitəsilə alınan kiçik kommersiya PUA-larından istifadə edirlər: “Onlar mövcud döyüş bölgələrində müasir hərbi PUA-ları ələ keçirə bilsələr, təhlükə artacaq”.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024