«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO

Tarix: 29-03-2024 23:00 | Bölmə: Videobloq | Baxış: 363


Baku TV-də yeni layihə - “Damdakılar” verilişi efirə gedib. Verilişdə məhbus həyatı yaşayan qadınlarla söhbət aparılacaq.

Proqramın ilk buraxılışında narkotiklərin qanunsuz saxlanması, satışı və istifadəsinə görə 7 il müddətinə azadlıqdan məhrum edilən 32 yaşlı Günay Nuriyeva həyat hekayəsini danışıb.

“Qadının düşməni qadındır” deyən məhbus onu bu işə rəfiqələrinin cəlb etdiyini deyir:

“Kişi qadına rahatlıqla demir ki, get pis yola düş, amma qadın deyir. Rəfiqələrimin günahıdır. 

Heç yatsam yuxuma girməzdi ki, narkotikə görə tutularam. Çünki narkotikə güclü meyilim yox idi. Elə bilirdim bir-iki dəfə ilə heç nə olmaz. Amma bu gün həbsdəyəm”.

G.Nuriyeva necə həbs olunmasından da bəhs edib: “İki oğlanla tutulmuşam. Onlar “mal” götürməyə gedəndə məni də yanlarında apardılar. Yolun yarısında qayıtmaq istədim. 

Dedilər ki, bizi yarı yolda qoyursan? Bəlkə, bizi satacaqsan? Həmin sözə görə qayıtmadım. Tutulanda üstümdə “mal” olmayıb. Sadəcə olaraq onların yanındayamsa, deməli, mən də həmin qrupun üzvüyəm”.

O, narkotikin fəsadlarından əziyyət çəkdiyi anları da xatırlayıb:

“İki-üç gün yatırdım. Sonra durub yemək yeyib, yenidən yatırdım. Məni özümə gəlməyə qoymurdular. Hər dəfə baxırdım ki, qarşımda yenə “patı” (metamfetamin) var. Narkotikdən ona görə uzaqlaşa bilmirdim”.

Ətraflı süjetdə:



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024