«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Yeni qərar avtomobil bazarında canlanmaya səbəb oldu - “Prius”ların qiyməti xeyli ucuzlaşdı /FOTO

Tarix: 29-03-2024 12:45 | Bölmə: İqtisadiyyat | Baxış: 368


Məlum olduğu kimi, ötən gün Nazirlər Kabinetinin qərarı ilə müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, həmçinin daxili və xarici tərtibatına dair hüquqi əsaslar müəyyən edilib. 

Yeni qərara görə, taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalı, həmçinin buraxılış tarixi 15 ildən artıq olmamalıdır. 

1 iyul 2024-cü ildən etibarən isə buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə taksi fəaliyyəti üçün buraxılış kartı verilməyəcək. 

Mövcud qərarın ardından istehsal tarixi 8 ildən artıq olan “Toyota Prius” markalı avtomobillər kütləvi şəkildə satışa çıxarılıb. 

Elan saytalarında yerləşdirilən məlumatlara əsasən, bu cür avtomobillərin qiyməti təxminən 1500-2000 manat arası ucuzlaşıb. Belə ki, istehsal tarixi 2010-2016-ci il olan “Prius”ların qiyməti əvvəllər 12 000 - 15 000 manat arasında dəyişirdisə, indi alıcılara 10 000 – 10500 manata təklif olunur.

Bəzi iddialara görə, iyun ayına qədər sözügedən avtomobillərin qiyməti  6-7 min manat civarında olacaq. Buna səbəb kimi, sözügedən qanunun 1 iyul 2024-cü il tarixdən qüvvəyə minməsi göstərilir./azpolitika



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024