«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Rusiya Ukraynanın ən böyük istilik elektrik stansiyalarından birini məhv edib

Tarix: 30-03-2024 21:31 | Bölmə: Xəbər lenti | Baxış: 348
Rusiya Ukraynanın ən böyük istilik elektrik stansiyalarından birini məhv edib


"Bu elektrik stansiyası Ukraynanın Xarkov, Poltava və Sumı vilayətlərini elektrik enerjisi ilə təmin edib..."
 
Rusiyanın martın 22-də Ukraynaya güclü raket hücumu nəticəsində Xarkov vilayətinin ən böyük istilik elektrik stansiyalarından biri- Zmiyevsk İES tamamilə dağıdılıb.

Bu barədə Ukraynanın "Sentrenerqo" şirkəti məlumat verib. Məlumatı "news.online.ua" nəşri yayıb.
 

 
"Bütün bloklar, köməkçi avadanlıq məhv edilib. Dağıntıların dərəcəsi müxtəlifdir, stansiya xeyli və ya tam dağıntılara məruz qalıb", - energetiklərin bəyanatında deyilir.
 
Müəssisə dağıntılardan təmizlənir. Avadanlığın çox hissəsinə çıxış yoxdur. "Sentrenerqo" hələlik zədələnmələrin miqyasını və stansiyanın bərpasına lazım olacaq zamanı dəqiq müəyyən edə bilmir.
 
Ukrayna energetika naziri German Qaluşşenko əmin edib ki, şirkətlər donorlar vasitəsilə istilik elektrik stansiyasının bərpa edilməsinə kömək edə bilər.
 
"Pul var, energetikaya dəstək fondu var, işləkdir. Ona görə də hamı kömək etməyə hazırdır", - o, deyib.
 
Zmiyevsk İstilik Stansiyası Slobojansk qəsəbəsində Zmiyev şəhərinin yaxınlığında yerləşir. Stansiya Ukraynanın üç vilayətini- Xarkov, Poltava və Sumı vilayətlərini elektrik enerjisi ilə təmin edib.
 
Xatırladaq ki, martın 22-də Rusiya qoşunları Ukraynanın energetika obyektlərinə güclü raket zərbəsi endirib. Nəticədə Dnepr SES-də əhəmiyyətli zədələnmələr baş verib.
 
Rusiya bunu öz ərazisinin atəşlərə tutulması və "Rusiyanın sərhəd yaşayış məntəqələrini ələ keçirmək cəhdlərinə" görə "qisas zərbəsi" adlandırıb.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024