“Tarixi Azərbaycan torpaqlarında 32 türk tayfası yaşayıb”- Qərbi Azərbaycan Xronikası /VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
“Report” xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev olub.
O, ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsindən söhbət açıb.
Bildirib ki, Teymurilər dövlətinin banisi, türk sərkərdəsi Əmir Teymurun böyük ordusunun önündə daim canlı sipərlər olub. Bu canlı sipərlər fəthlər zamanı əsir götürülənlərdən təşkil olunub.
Alimin sözlərinə görə, Osmanlı İmperiyası ilə savaş müddətində Əmir Teymurun qoşunlarının önündə canlı sipər kimi istifadə edilənlər arasında az sayda ermənilər də olub. Savaş yekunlaşandan sonra ermənilərin bir qismi Qafqaz regionunda qalıb.
Səfəvilər dövlətinin ilk rəhbəri Şah İsmayıl Xətainin dövründə isə ermənilər Eçmiədzin kilsəsində ibadət etməyə və bu ərazidə məskunlaşmağa icazə alıblar. Həmin dövrdə onların ümumi sayı cəmi 1 000-1 500 nəfər təşkil edib.
Lakin sonrakı illərdə onlar Hindistandan gəlmə hay-boşa qaraçı tayfalarını Qafqaz regionuna cəlb etməyə başlayıblar. Təsadüfi deyil ki, ermənilərin soy-kökü məhz bu hay-boşa qaraçı tayfaları ilə bağlıdır.
Dosent Z.Əliyev deyib ki, 1805-ci il “Kürəkçay”, 1813-cü il “Gülüstan”, 1828-ci il “Türkmənçay” müqavilələrindən sonra ermənilər kütləvi şəkildə tarixi torpaqlarımıza, o cümlədən İrəvan və Qarabağ xanlıqları ərazilərinə köçürülüblər. Ermənilər bu coğrafiyaya köçürülmə xalq olduqları üçün Azərbaycan ərazilərində aparılan arxeoloji qazıntılarda onların hər hansı tarixi izinə rast gəlmək mümkün deyil.
Alim tarixdə ərmən adlı dövlət, xalq və ya tayfanın olmadığını da dilə gətirib. Qeyd edib ki, ərmən cəsur, döyüşkən şəxslərə verilən bir tituldur. Onun fikrincə, tarixi Azərbaycan torpaqlarında 32 türk tayfası yaşayıb.
“Böyük Ermənistan” ideyasının Fransadakı kilsədə ortaya atıldığını, bununla da ermənilərə saxta ideologiya hazırlandığını diqqətə çatdıran Z.Əliyev deyib ki, haylar mövcud olmayan şəxslərin adından özlərinə “tarix” yaradıblar. Qərbi Azərbaycanda ermənilərə aid abidə yoxdur və onlar albanlara məxsus tarixi saxtalaşdıraraq öz adlarına çıxırlar.
Haloqrupun insanın genetik antropoloji kodunun göstəricisi olduğunu xatırladan müsahib diqqətə çatdırıb ki, araşdırmalar nəticəsində ermənilərin haloqrupunda 16 millətin xromosomu tapılıb. Tam sübut olunub ki, ermənilərin Qafqaz regionu ilə bağlı genetik kodları yoxdur.
Alim bildirib ki, Türk-Alban əlifbasında yazılan yüzlərlə tarixi sənəd, o cümlədən Daşkəsən rayonunun Bayan kəndindəki alban kilsəsindən oğurlanan V əsrə aid “İncil” kitabı Matenadaranda - İrəvan əlyazmalar və sənədlərin qorunma mərkəzində saxlanılır. O, ilk xristianlığın Azərbaycan ərazisində yaradılmasının İsrail və Almaniya alimləri tərəfindən sübut olunmasına da diqqət çəkib.
Dosent müsahibəsində Monqol İmperiyasının banisi Çingiz xanın ulu babalarının Qərbi Azərbaycandan köçən Qaratatarlar tayfasından olduğunu söyləyib.
Əlavə edib ki, tarixi torpaqlarımız uğrunda mübarizənin yeni mərhələsinin nəticəsi olaraq, soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışı təmin olunmalıdır. Bundan sonra isə vaxtilə erməniləşdirilən Azərbaycan yer adlarının bərpası Ermənistan dövlətindən tələb edilməlidir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi
Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı “Baku TV”nin süjetində:
Digər xəbərlər
Tarix: 26-03-2024 11:55 | Bölmə: Videobloq / Araşdırma | Baxış: 238

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024