«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Siz niyə Qarabağ xalqını TALEYİN ÜMİDİNƏ BURAXDINIZ?”- Paşinyan Putindən soruşdu

Tarix: 29-03-2024 12:40 | Bölmə: Rezonans | Baxış: 328


"Bilirsiniz, Nikol Paşinyan müxalifətdə olarkən və yaratdığı hərəkata rəhbərlik edəndə - hər kəs bilirdi ki, onun "Soros" Fondu ilə əlaqəsi var idi, onun hərəkatının şüarı "Çıxış" idi - KTMT və Avrasiya İqtisadi İttifaqından çıxmaq...

Bu şüarla küçələrdə izdiham topladı, baş nazirin seçkilərini tələb etdi və eyni zamanda bu seçkilər onun seçilməməsi ilə bitərsə, xalqı ayağa qaldıracağını bəyan etdi. Ümumiyyətlə, demokratiya ən yüksək səviyyədə təzahür etdi".

Bunu martın 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya”ya müsahibəsində deyib.



“O, baş nazir olduqdan sonra çox yaxşı xatırlayıram, Vladimir Putin onunla bir neçə dəfə görüşmüşdü və hər şəkildə vurğulamışdı ki, biz hansısa əvvəlki təcrübəni deyil, Ermənistan rəhbərliyi ilə münasibətləri konkret olaraq necə quracağımızı rəhbər tutacağıq.

Cavabında Nikol Paşinyan bildirmişdi ki, həm KTMT, həm də Avrasiya İqtisadi İttifaqı Ermənistan üçün fundamental, prinsipial məsələdir. Onun iqtisadiyyatının inkişafını təmin edən, Cənubi Qafqazda təcrid olunmasının qarşısını alan strukturlardır.

Azərbaycanla Ermənistan arasında münaqişənin alovlandığı 2020-ci ilə qədər bütün illər ərzində münasibətlər məhz bu istiqamətdə inkişaf edib.

Sonra Paşinyan Putinə müraciət etdi - həm Rusiyanın müttəfiqi kimi, həm də KTMT üzvü kimi - və bilirsiniz ki, bizim prezidentimiz gecələr sözün əsl mənasında, necə yorulmadan və Ermənistan və Azərbaycan liderləri ilə bu müharibəni dayandırmaq üçün danışıqlar apardı.

Daha sonra sərhədlərin delimitasiyası üzrə üçtərəfli sazişlər, iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının blokunun açılması, ümumilikdə münasibətlərin normallaşdırılması, o cümlədən sülh müqaviləsinin bağlanması - bütün bunlar bizim fəal təşəbbüskar rolumuzla razılaşdırıldı.

Bununla paralel olaraq Avropa İttifaqı erməniləri və azərbaycanlıları öz cərgəsinə sürükləyirdi və Paşinyan AB və ABŞ platformasında işləmək ideyasının əsas dəstəkçisi idi. Onlar Rusiya Federasiyasının ərazisində planlaşdırılan görüşlərin zərərinə mütəmadi olaraq oraya gedirdilər”,- deyə Rusiya XİN başçısı qeyd edib.
 
Lavrovun sözlərinə görə, 2022-ci ildə Praqada Avropa Siyasi Birliyinin "həm də Makronun ixtirası olan qondarma Zirvə toplantısında - onlar Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyən sənəd imzalayıblar və  bizə heç kim məlumat verməyib”.
 
“Putin daha sonra növbəti görüşdə Paşinyana dedi: “Sizin belə qərar verməyiniz bizi təəccübləndirdi”.

Bunun heç bir izahatı yox idi, çünki Paşinyan həmişə bizdən xahiş edirdi ki, son üç ildəki səylərə paralel olaraq Dağlıq Qarabağın statusu məsələsini birtəhər həll etmək lazım olduğunu unutmayaq və biz bunu edirdik.
 
Amma onun özü bu ərazinin Azərbaycanın bir hissəsi olduğuna imza atanda status məsələsi ortadan qalxdı. İnsanlar Qarabağı tərk etməyə başlayanda isə Nikol Paşinyan Vladimir Putindən soruşdu:

“Vladimir Vladimiroviç, siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?” Allah xatirinə bağışlayın, siz qərar verdiniz ki, onlar Azərbaycan vətəndaşı deyillər və ya hansısa vətəndaşlıq iddiasındadırlar”, - Lavrov əlavə edib.
 
Lavrov qeyd edib ki, o, İrəvanda müxtəlif görüşlərə gedəndə Nikol Vovayeviçlə də əlaqə saxlayıb. “Mənə elə gəlirdi ki, o, Ermənistana Rusiya Federasiyası ilə müttəfiqlik münasibətlərini davam etdirməkdən, KTMT, Aİİ çərçivəsində qarşılıqlı fəaliyyətdən hələ də faydasını başa düşür”, - deyə Rusiya baş diplomatı qeyd edib.
 
“Amma indi həm Ermənistanın Təhlükəsizlik Şurasında, həm də parlamentdə Ermənistan rəsmiləri birbaşa deyirlər ki, biz Avropa İttifaqına daha çox güvənməliyik, KTMT guya respublika qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir.

Yəni mahiyyət etibarı ilə dairə qapanır və Ermənistan rəhbərliyi Paşinyanın “Çıxış” hərəkatını formalaşdırdığı fikirlərə oxşar fikirlər söyləməyə başlayır.

Əminəm ki, bu, həm ermənilərlə tarixi dostluq əlaqələri, həm Rusiyada yaşayan nəhəng erməni diasporu baxımından, həm də erməni xalqının maraqlarına və bizim Cənubi Qafqazda sabitlik baxımından maraqlarımıza cavab vermir.

İndi Ermənistan rəhbərliyini Qərb tərəfinə çəkənlərin məqsədi sadədir: Cənubi Qafqazda sabitliyin qarşısını almaq, bu regionu öz dominantlıq zonasına çevirməyə çalışmaq – necə ki, Qərb bunu Mərkəzi Asiyada və ümumi qitəmizin bir çox başqa hissələrində etməyə çalışır”, - deyə Lavrov yekunlaşdırıb.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024