«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"

Tarix: 30-03-2024 15:45 | Bölmə: Xəbər lenti | Baxış: 286
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...


“Nikol Paşinyanın Tavuşa səfərindən və “isti” qəbulundan təxminən on gün sonra məlum olur ki, o, öz həmvətənləri ilə layiqincə “rəftar” etmək qərarına gəlib”.
 
Bu barədə “Hraparak” qəzeti yazır.
 
“Voskepar (Əskipara-red), Bağanis-Ayrum və ətraf icmalara xüsusi təyinatlı polis qüvvələri göndərilib, onlar gücləndirilmiş xidmət göstərir, mediaya müsahibə verən sadə kənd sakinlərini tapıb onlarla izahat işi aparır, onları bir daha müsahibə verməməyə çağırır. 

Bununla bağlı izahat verirlər ki, bu,  onlara kömək etmir, əksinə, zərər verir - Azərbaycanın qəzəbinə səbəb olur...
 
Təbii ki, Daxili İşlər Nazirliyi bu faktı təkzib etməyə tələsəcək, lakin bunu çoxları bilir və sübutlardan biri də son günlər Tavuşluların Paşinyanın səfərindən dərhal sonra olduğundan daha passiv olmasıdır. İndi Tavuş sakinlərini danışmağa məcbur etmək demək olar ki, qeyri-mümkün olub”, -  deyə davamında erməni nəşri bildirir.
 
Xatırladaq ki, söhbət Qazax rayonunun 1990-cı ildən Ermənistanın işğalı altında qalan eksklav Yuxarı Əskipara kəndi ilə Azərbaycan Respublikası sərhədi arasında yerləşən “Voskepar” adlandırılan və özü də tarixi Azərbaycan kəndi olan Əskipara kəndindən və digər eksklav və tarixi kəndlərimzdən gedir...

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024