"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
"Rusiya ordusu strateji istiqamətlərdə əhəmiyyətli irəliləyişə nail ola bilmir..."
"Bu səhər təcavüzkar Rusiya Ukraynanın energetika obyektlərinə yenidən güclü zərbə endirib, 99 dron və raketlərdən 84-ü məhv edilib..."
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı cəbhədəki vəziyyətdən danışıb və Rusiya üçün "fəlakətli" şəhəri açıqlayıb
Cəbhədə vəziyyət çox mürəkkəbdir, lakin Ukrayna ordusu itirdiklərindən daha çox ərazini azad edir.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski "Ukrinform" agentliyinə müsahibəsində bəyan edib.
"Heş şübhəsiz, hər ötən gün əsgər və zabitlərimizdən öz gücünü maksimal dərəcədə səfərbər etməyi tələb edir. Lakin biz təkcə müdafiədə dayanmırıq, həm də hər gün müxtəlif istiqamətlərdə özümüz irəliyə gedirik", - o, deyib.
Sırski qeyd edib ki, son zamanlar Rusiya şəxsi heyətdə üstünlüyə malik olaraq hücum əməliyyatları həyata keçirir, aviasiya fəallığını gücləndirib və ukraynalı döyüşçülərin mövqelərini dağıdan idarəedilən aviasiya bombalarını tətbiq edir.
Buna baxmayaraq Rusiya ordusu strateji istiqamətlərdə əhəmiyyətli irəliləyişə nail ola bilmir, "onun ərazi nailiyyətləri isə taktiki əhəmiyyət kəsb edir".
Baş Komandanın sözlərinə görə, belə şəraitdə ukraynalı müdafiəçilər döyüş sursatlarının sayı ilə deyil, sərəncamında olan silahdan ustalıqla istifadə etməklə döyüşməyi öyrənib.
"Düşmən geniş cəbhə boyunca hücum əməliyyatlarını davam etdirir, nəyin bahasına olursa-olsun, Donetsk və Luqansk vilayətlərinin sərhədlərinə çıxmağa, bizi Zaporpjye vilayətində Dneprin sol sahilində sıxışdırmağa cəhd göstərir.
Cəbhənin müəyyən istiqamətlərində biz artilleriya üzrə vəziyyəti bərabərləşdirməyə nail olmuşuq və bu, dərhal ümumilikdə vəziyyətə təsir edib.
Bizim artilleriyaçılarımız düşmənin sıx olduğu yerlərdə hətta cəbhə xəttindən on kilometrlərlə uzaqda məhv edilməsi üçün yüksək dəqiqli döyüş sursatlarından istifadə edir", - Sırski deyib.
Rusiyanın Xarkova hücumunun mümkünlüyü ilə bağlı suala cavabında Sırski qeyd edib ki, düşmənin hücum əməliyyatlarına hazırlaşması barədə istənilən məlumatı görməzdən gəlmək olmaz.
Ona görə də biz belə ehtimala cavab vermək üçün bütün adekvat tədbirləri görürük.
Bu gün üçün biz ərazi və mövqelərin fortifikasiya qurğuları ilə təminatında böyük kompleks işlər aparır, kompleks maneələr sistemi yaradır, belə hallarda qoşunlarımızın tətbiqinin planlaşdırmasını aparırıq", - Sırski deyib.
O, xatırladıb ki, USQ-nin artıq Xarkov vilayətində döyüş əməliyyatları təcrübəsi var.
"Biz düşməni "hesablamağa" və Xarkov vilayətinin xeyli hissəsini azad etməyə nail olmuşuq. Məhz o zaman Rusiya cəbəsində böyük uçurum baş verib. Əgər rusiyalılar oraya yenidən hərəkət etsələr, Xarkov onlar üçün fəlakətli şəhərə çevriləcək", - Baş Komandan deyib.
Bu ərəfədə Ukrayna prezidenti Vladimir Zelenski CBS telekanalına müsahibəsində bəyan edib ki, USQ Rusiyanın yeni hücumuna hazır deyil. Onun sözlərinə görə, qismən buna Qəzza bölgəsində müharibə gətirib çıxarıb.
Bu arada isə səhər tezdən Rusiya yenidən Ukraynanın energetika obyektlərinə güclü zərbə endirib. Rusiya hərbçiləri ölkə ərazisinə müxtəlif növ 99 raket və dronlar buraxıb. Ukraynanın HHM qüvvələri 58 dron və 26 raketi vurub.
Zərbə nəticəsində Dnepropetrovsk, Çerkassk, Kirovoqrad və İvanovo-Frankovsk vilayətlərindəki energetika obyektləri zərər çəkib. Lvov vilayətinin iri qaz saxlancı olan Strı şəhərinə hücum səbəbindən Polşa hərbi təyyarələrini havaya qaldırıb./moderator
Digər xəbərlər
Tarix: 29-03-2024 22:00 | Bölmə: Region | Baxış: 333

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024