Terrorçuların qonşuları danışdılar: Nə işlə məşğul olublar, ailələri haqda nə məlumdur?
“Crocus City Hall”a hücum edən terrorçulardan birinin - 25 yaşlı Şəmsidin Fəriduni qonşuları cinayətkarın mənzilinə gələn jurnalistlərə onun ailəsi barədə danışıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının Fəriduninin qeydiyyatda olduğu mənzili möhürlədiyi məlum olub.
Yerli sakinlərin sözlərinə görə, onlar kişinin özünü görməsələr də, onun ailə üzvləri - üç azyaşlı uşağı olan asiyalı qadınla tanış olublar. Onların dediyinə görə, hamısının yaşı yeddidən çox deyil.
Eyni zamanda məhkəmədə terrorçunun səkkiz aylıq övladı ilə bağlı məlumat da açıqlanıb.
Həmçinin qeyd edilir ki, Fəriduninin evində axtarış aparılarkən girişdə olan bütün sakinlər təxliyə edilməli olub. Hüquq-mühafizə orqanları əvvəlcə mənzilin içərisində partlayıcı maddələrin və ya cinayətkarların ortaqlarının ola biləcəyindən ehtiyat edirdilər.
Şəmsidin Fəriduninin hələ 2023-cü ilin yazında Moskva yaxınlığındakı Podolsk sakinini öldürməklə hədələdiyi barədə məlumatlar da ortaya çıxıb. Klimovsk mikrorayon sakininin sözlərinə görə, ötən ilin yaz aylarında itini gəzdirərkən saxlanılan şəxs avtomobillə onun qarşısında dayanıb və onu təhqir etməyə başlayıb.
O, itin adının nə olduğunu soruşaraq dərhal ünsiyyətə başladı. Onun tamam sərxoş olduğunu gördüm. Rus qadının sözlərinə görə, Fəriduni onu söyməyə və hədələməyə başlayıb. Hadisədən sonra o, polisə müraciət etsə də, əcnəbi tapılmayıb.
Məlumdur ki, Fəridunu terror aktından əvvəl bir neçə dəfə “Crocus City Hall”da görüblər. O, kompleksə ərazini öyrənmək üçün gəlib . Belə ki, “Crocus”un 16 yaşlı əməkdaşı hücumçunu faciədən bir neçə həftə əvvəl gördüyünü paylaşıb.
“Crocus”a hücumda şübhəli bilinən digər şəxsin, 32 yaşlı Dalerjon Mirzoyevin qonşusunun sözlərinə görə, cinayətkar Novosibirskdə idmanla məşğul olurmuş, xüsusən də güləşi çox sevirmiş.
“O, mənimlə eyni mikrorayonda, Zatulinski yaşayış massivində yaşayırdı. Mən də MMA üçün “Zeus” idman klubuna gedirdim. Onu orada görmüşəm”, - qonşu deyib.
Saxlanılan şəxsin digər qonşuları bildiriblər ki, o, bu ilin yanvar ayına kimi Novosibirsk şəhərinin Sorge küçəsində qohumlarının evində yaşayıb. Mənzilin digər sakinləri martın 25-də səhər saatlarında oradan çıxıblar.
Cinayətkarın yaxınlarından birinin dediyi kimi, hücumdan əvvəl onun davranışında qeyri-adi heç nə olmayıb. Vətənində terrorçunun, məlum olduğu kimi, dörd övladı və arvadı var. O, ali təhsil almayıb - yalnız məktəbi bitirib.
Tacikistanda Mirzoev vəsiqə alıb taksi sürməyə başlayıb, sonra Rusiyaya işləməyə gedib. Cinayətkar özü qohumuna gündə təxminən 1500-2000 rubl qazandığını və bu pulu anasına göndərdiyini deyib.
Ən gənc terrorçu, 19 yaşlı Fayzovun qonşuları da danışıblar.
19 yaşlı Məhəmmədsobir Fayzov kifayət qədər uğurlu bərbər olub və İvanovo şəhərinin Poqraniçnıy küçəsində beşmərtəbəli mənzildə yaşayırmış.
Eyni zamanda, terrorçunun tanışlarının dediyinə görə, o, kifayət qədər bahalı salonlarda işləyib və öz daimi müştərii bazasına malik olub. Müştərilərindən biri qeyd edib ki, Fayzov rus dilində danışmaqda çətinlik çəkib.
Məlum olub ki, Fayzov yoxsulluq içində yaşamayıb. İş yerində onu sakit insan kimi qələmə veriblər.
Digər xəbərlər
Tarix: 26-03-2024 12:55 | Bölmə: Araşdırma | Baxış: 213

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024