“KREML ƏYLƏCƏ BASMAYACAQ, DƏRHAL NÜVƏ MÜNAQİŞƏSİ OLACAQ”- “Rusiya hakimiyyəti üçün son hədd yoxdur, Ukraynanın taleyi isə...”
Qriqori Yavlinski: “Moskvanın kapitulyasiyası olmayacaq, bunu unutmaq lazımdır”
“Atəşkəsdən imtina edən siyasətçilər buna gətirib çıxaracaqlar ki, Ukraynada çöküş və darmadağın baş verəcək”
“Təəssüf ki, Rusiya cəmiyyəti dəyişikliklərə hazır deyil”.
Bunu “Yabloko” partiyasının lideri, Rusiyanın ən təcrübəli və tanınmış siyasətçilərindən biri sayılan Qriqori Yavlinski “Exo Moskvı”nın efirində deyib.
Yavlinski ilk öncə Aleksey Navalnının ölümü barədə danışıb. Deyib ki, Rusiyada 30 ilə yaxındır repressiv penitensiar sistem yaradılıb və hakimiyyət onun vasitəsilə təkcə siyasi rəqiblərini məhv etmir.
Bu sistem həm də ümumilikdə məhbusların alçaldılmasına, işgəncəyə məruz qalmasına, lazım gəldikdə isə məhvinə xidmət edir.
Siyasətçi hesab edir ki, ölkədəki penitensiar sistem ümumilikdə Rusiyada hökm sürən siyasi sistemin məhsuludur və bu sistem dəyişmədikcə, Rusiya penitensiar xidməti öz “işini” davam etdirəcək.
Yavlinski cəmiyyətin Navalnının ölümünə münasibətini də təhlil edib və deyib ki, müxtəlif məlumatlara görə, onun dəfninə 15-16 minə yaxın insan gəlib.
Hansı ki, Boris Nemtsovun dəfninə 70 min, akademik Andrey Saxarovun dəfninə 700 min, İosif Stalinin dəfninə isə 2 milyon insan toplaşmışdı.
Yavlinski hesab edir ki, bütün bunlar Rusiya cəmiyyətinin real durumunu ortaya qoyur. Bununla yanaşı, Yavlinski hesab edir ki, Navalnının dəfnini həddindən artıq siyasiləşdirmək də doğru olmaz...
Onun fikrincə, Rusiya cəmiyyətinin bu cür acınacaqlı vəziyyətə düşməsinin üç əsas səbəbi var: “Birincisi, insanlar nə baş verdiyini anlamırlar, ikincisi qorxurlar, üçüncüsü isə hakimiyyətin təbliğatı öz işini görür”.
Yavlinski bildirib ki, Kreml Rusiyada normal cəmiyyətin formalaşmasında maraqlı deyil və bunun üçün əlindən gələni edir: “Onlar istəyirlər ki, ayrı-ayrı adamlar olsun, cəmiyyət isə olmasın”.
Siyasətçi deyib ki, hazırda Rusiyada baş verənlər postsovet modernləşməsinin çöküşünü əks etdirir: “Bu sistemin bünövrəsi 1990-cı illərdə islahatlarda yol verilən səhvlər və cinayətlərlə qoyulub. Nəticədə Stalinizmə, Sovet sisteminə siyasi qiymət verilməsindən imtina edilməsi və hazırkı rəhbərin hakimiyyətə gətirilməsi baş verdi.
Son 20 ildə bu sistemin tam formalaşması başa çatdı. Bizim indi yaşadıqlarımız isə postsovet modernizasiyasının çöküşüdür. O, başa çatır. Özü də vəhşi formada başa çatır. Bu, “xüsusi hərbi əməliyyat”da və digər hadisələrdə özünü göstərir. Bu, istənilən insan üçün təhlükəli sistemdir. Bəs insanlar nə etməlidir?
Birincisi, onlar ciddi şəkildə dərk etməlidirlər ki, Rusiyada nə və niyə baş verir. Bunu anlayanlar çox azdır. İndi çox pis, çox ağır vəziyyətdir. Ancaq gələcəyə inanmaq və bu barədə danışmaq lazımdır. Sonra hansısa an gələcək. Bu, nə vaxt baş verəcək, bilmirəm. Tarix belə qurulub, hansısa anda imkanlar pəncərəsi yaranır. Həmin ana və ondan istifadə etməyə hazır olmalıyıq”.
Yavlinski Putinin fevralın 29-da Federal Məclisə müraciətinə də toxunub: “Onun seçki proqramı nə idi – “Mən sizə pul verəcəm. Siz kasıb adamlarsınız...” Onun səsləndirdiyi məbləği təsəvvür edirsiniz? 17 trilyon rubl – təxminən 190 milyard dollar. Bu, çox böyük məbləğdir.
Məsələ ondadır ki, bu pullar büdcədə yoxdur! Vergilər məsələsi açıq qalıb. İndi ona deyəcəklər ki, bunun üçün vergiləri və s. artırmaq lazımdır. Deməli, vergilər artacaq, inflyasiya baş verəcək və sair. O, “əməyə və müdafiəyə hazırlıq”, “doğuşun artırılması” və sair barədə danışdı.
Ancaq gələcək barədə heç nə demədi... İnsanlar anlamalıdırlar ki, “ənənəvi dəyərlər” qadın və kişi tualetlərinin ayr-ayrı olmasından ibarət deyil. İnsanlar anlamalıdırlar ki, siyasətçi üçün ən başlıca dəyər insan həyatı və ləyaqəti olmalıdır...”
Yavlinskiyə martın 15-17-də keçiriləcək prezident seçkilərilə bağlı sual verilib. O, deyib ki, “Yabloko” partiyası gələn həftə öz rəsmi mövqeyini açıqlayacaq.
“Bəs siz insanlara, öz seçicilərinizə seçkidə nəyi məsləhət görüsünüz” sualına isə Yavlinski “necə istəyirlər, elə də etsinlər”, - deyə cavab verib: “Bu, mənim siyasi mövqeyimdir”.
O, əlavə edib ki, şəxsən özü səsverməyə getməyəcək.
Ukrayna mövzusu barədə də danışan Yavlinski qeyd edib ki, hazırda atəşkəsin əldə olunmasının alternativi yoxdur: “Bu gün Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurmada atəşkəs məsələsi tarixi miqyasda kritik məsələdir. Bunu 2022-2023-cü ilin noyabr-fevral aylarında dayandırmaq mümkün və lazım idi.
Amma bu gün daha aydın görünür ki, hərbi əməliyyatların davam etdirilməsi çoxsaylı yeni itkilərə, böyük dağıntılara, çox ciddi iqtisadi problemlərə, habelə nüvə silahından istifadə etməklə real geosiyasi toqquşma təhlükəsinin artmasına gətirib çıxarır.
Dərhal atəşkəs lazımdır - övladlarımızı və nəvələrimizi gələcəyindən məhrum etməmək üçün, insanların həyatını xilas etmək üçün atəşkəs lazımdır”.
Jurnalistlərin “gələcək görünmür” replikasına isə Yavlinski belə cavab verib: “Alman nasizmi dövründə də gələcək görünmürdü...
Son dövrdə NATO ilə bağlı situasiya çox kəskinləşir. İnsan həyatı məsələsi sanki dünyanın gündəmində yoxdur. Gələcəklə, məsələn, Ukraynanın, elə Rusiyanın da gələcəyi ilə bağlı isə fantaziyalardan başqa heç nə müzakirə olunmur. Bu, mövcud vəziyyətə çox ucuz və alçaq yanaşmadır...
NATO ilə bağlı məsələlər və Rusiya Prezidentinin NATO ilə toqquşma halında nüvə silahının tətbiqinə dair birbaşa bəyanatları bir daha hamıya onu deyir ki, dayanmaq lazımdır! Atəşkəs olmalıdır. Danışıqlar başlamalıdır, bu danışıqların nə qədər davam edəcəyi və nə ilə bitəcəyi başqa məsələdir. Əsas odur ki, insanların öldürülməsi və bütün bunların çöküşə səbəb olmasının qarşısı alınsın.
Bu, həm də nüvə münaqişəsinin baş vermə ehtimalını azaldacaq, hansı ki, bu təhlükə getdikcə daha da yaxınlaşır. “Bu, olmayacaq”, “blefdir” kimi sadəlövh yanaşmalara cavab olaraq deyirəm ki, Rusiya tərəfində (hakimyyətində) heç kim əyləcə basmayacaq...
Rusiyanın, Moskvanın kapitulyasiyası olmayacaq. Bunu unutmaq lazımdır, indi başqa dövrdür, başqa silahlardır. Hər şey çox pisdir. Moskvanın kapitulyasiyası perspektivi mövcud deyil. Ukraynalılar müharibəni davam etdirmək istəyirlər. Zalujnını dəyişmələri və digər hərəkətləri bunu göstərir.
Bəlkə onlar ümid edirlər ki, üçüncü qüvvə (NATO-red.) qoşulacaq? Bəlkə bununla bağlı gizli danışıqlar gedir? Demək istəyirəm ki, Rusiya Silahlı Qüvvələri konvensional, adi silahlar sarıdan NATO qüvvələrindən müqayisə edilməyəcək dərəcədə zəifdir – bütün parametrlərinə görə.
Ona görə də dərhal nüvə münaqişəsi olacaq. Vəssalam. Heç bir aralıq hadisələr olmayacaq. Ona görə də Makronun bəyanatını digər ölkələr dəstəkləmədilər. Çünki onlar vəziyyəti başa düşürlər”.
Jurnalistlər Yavlinskiyə irad bildiriblər ki, bununla da o, Ukraynanı kapitulyasiyaya çağırmış olur. Siyasətçi cavabında deyib: “Bunu mən bir il əvvəl sizin verilişinizdə demişdim ki, atəşkəs olmasa, insanlar öləcək və cəbhədə heç nə dəyişməyəcək. Bir il keçdi, heç nə dəyişmədi...
Əgər indi atəşkəs əldə olunmasa, Ukraynanın gələcək taleyi həll olunacaq. Bu, çox pis bitəcək. Çünki onların gücü yoxdur. Çünki bu, başqa ölkədir. Çünki orada əhval-ruhiyyə artıq başqa cürdür. Çünki dağıntılar oranı pis vəziyyətə salıb, insanları küçələrdən tutub orduya göndərirlər və sair.
Bu, çox ağrılı və kədərlidir. Ona görə də atəşkəs və danışıqlar cəhdi eyni zamanda, Ukrayna dövlətçiliyinin qorunub saxlanması cəhdi deməkdir. Bununla da məsələnin həllini 3 il ərzində, 5 il ərzində, yaxud hansısa daha artıq dövrdə axtarmaq olar. Əlbəttə ki, əgər indi hər şey çöküşlə yekunlaşmasa...
Hər şey buna doğru gedir. Atəşkəsdən imtina edən siyasətçilər buna gətirib çıxaracaqlar ki, Ukraynada çöküş və darmadağın baş verəcək. Kimsə başa düşmürsə, bir daha deyirəm ki, Rusiya rəhbərliyi üçün son hədd yoxdur.
Kapitulyasiyaya gəlincə, əksinə, mənim mövqeyim ona xidmət edir ki, Ukrayna Avropa ölkəsi kimi mövcudluğunu saxlasın. O cümlədən də Rusiya və Ukrayna insanlarının həyatı qorunsun. Məsələnin həlli bundadır. Dayanmaq lazımdır...”/azpolitika
C.Məmmədov
Digər xəbərlər
Tarix: 06-03-2024 15:17 | Bölmə: Manşet | Baxış: 227

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024