XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü il bağlı bəyanat yayıb.
"Report" xəbər verir ki, bəyanatda deyilir:
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü radikal erməni qruplaşmalarının irqi ayrı-seçkilik və dözümsüzlüyünün qurbanı olmuş, sistematik etnik təmizləmə və soyqırımına məruz qalmış günahsız həmvətənlərimizin xatirəsinin yad edildiyi gündür.
Tarix boyu azərbaycanlıların doğma torpaqlarından etnik təmizlənməsinin həyata keçirilməsi istiqamətində mövcud bütün üsullardan istifadə edən radikal ermənilər 1918-ci ilin mart-aprel aylarında həmvətənlərimizə qarşı amansız qırğınlar törədiblər.
Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, habelə digər bölgələrdə yaşayan on minlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, bir çox yaşayış məntəqələri, dini-mədəni abidələr dağıdılıb.
Kütləvi qırğınlar nəticəsində, təkcə Qubada xüsusi qəddarlıqla 16.000-dən artıq insan qətlə yetirilib, 167 kənd məhv edilib.
Mülki əhaliyə qarşı törədilmiş kütləvi qırğınlar, qətliam qurbanlarının Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlığı, Qafqazın Fövqəladə Komissarı, milliyyətcə erməni olan Stepan Şaumyanın sözügedən qətliamlarda Bakı Sovetinin 6000 və “Daşnaksutyun” partiyasının 4000 silahlı əsgərinin iştirakına dair etirafı, yerlə-yeksan edilmiş yaşayış məntəqələri və mədəniyyət abidələri qırğınların əsl mahiyyətini üzə çıxarıb.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra mart hadisələrinin tədqiq edilməsi, habelə cinayətkarların məsuliyyətə cəlb olunması üçün Fövqəladə İstintaq Komissiyası yaradılıb, Komissiyanın müəyyən etdiyi dəlillər əsasında törədilən cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açılıb, Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olunub.
Lakin AXC-nin süqutu, baş verən hadisələrin tam şəkildə araşdırılmasının, habelə mart qırğınlarına siyasi-hüquqi qiymətin verilməsi prosesini yarımçıq qoydu.
Yalnız müstəqilliyimizin yenidən bərpasından sonra Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə hadisələrə adekvat siyasi qiymət verilib, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Ermənistanda yaşayan azərbaycanlıların kütləvi deportasiyası, bu ölkənin Azərbaycana qarşı hərbi təcavüzü və işğalı dövründə törədilən etnik təmizləmə və soyqırımı cinayətləri, 44 günlük Vətən müharibəsində hərbi əməliyyatların getdiyi ərazilərdən kənarda məskunlaşan mülki əhaliyə qarşı müharibə cinayətləri azərbaycanlılara qarşı sistematik etnik nifrət və dözümsüzlük siyasətinin hələ də davam etdirildiyini göstərdi.
Tarixdən dərs çıxarılması, bu kimi qanlı hadisələrin bir daha baş verməsinin qarşısının alınması, cinayətkarların cəzasızlığına son qoyulması hazırkı postmünaqişə dövründə bölgədə sülh üçün yaranmış imkanların dəyərləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Bu istiqamətdə, Ermənistanda yenidən revanşizmin baş qaldırmasına yol verilməməsi bu ölkənin rəhbərliyi ilə yanaşı, beynəlxalq ictimaiyyətdən əhəmiyyətli dərəcədə asılıdır.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə etnik nifrət və soyqırımına məruz qalan günahsız azərbaycanlıların əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik.
Digər xəbərlər
Tarix: 30-03-2024 23:55 | Bölmə: Aktual | Baxış: 301

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024