AZƏRBAYCAN MƏHKƏMƏSİNDƏ ŞOK: QƏTL İTTİHAMI İLƏ 11 İL İŞ ALANA 4 İLDƏN SONRA BƏRAƏT VERİLDİ!
Qəsdən adam öldürmə ittihamıyla 11 il azadlıqdan məhrum edilən və 4 ildir həbsdə olan Polad İsmayılova bəraət verilib. O, dekabrın 28-də Şəki Apellyasiya Məhkəməsinin hökmüylə bəraət alaraq, məhkəmə zalından azadlığa buraxılıb.
Hökmü Rövşən Rəfiyev, Xaqani Məmmədov və Elçin Hüseynovdan ibarət hakimlər kollegiyası çıxarıb. Məhkəmə onun təqsirsiz olduğu qənaətinə gəlib. Onlar P.İsmayılova bəraət verməklə yanaşı, həm də bu işin istintaqını aparan şəxslər haqqında xüsusi qərar çıxarıb.
50 yaşlı Polad İsmayılov 2011-ci ilin fevralında Zaqatalada 61-yaşlı Seyran Əyyubovanı qətlə yetirməkdə suçlanırdı. O, hadisədən 9 il sonra – 2020-ci ilin fevralında həbs olunub. Öncə ona polisə müqavimət ittihamıyla – İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 10 sutka həbs cəzası verilib. Sonradan isə S.Əyyubovanın qətlilə bağlı ittiham irəli sürülüb. İddia edilib ki, P.İsmayılov inzibati həbsdə olduğu müddətdə məktub yazıb, 9 il öncə törətdiyi cinayətə görə vicdan əzabı çəkdiyini və indi etiraf etdiyini göstərib.
Cinayət işinin materiallarına görə, “Mega Trans” MMC-də sürücü işləyən, yük maşınları idarə edən P.İsmayılov Zaqatala-Balakən bölgəsində olanda evini müxtəlif adamlara günlük kirayə verən S.Əyyubovanın evində qalırdı. O evdə elə gün olub ki, eyni vaxtda 10-15 nəfər gecələyib. Qətlin səbəbinə gəlincə, iddia olunur ki, P.İsmayılov hadisədən bir neçə il öncə S.Əyyubovanın evinə qadın gətirib. Ev sahibi bir müddət sonra bu haqda polisə məlumat verib. Bu üzdən də aralarında ədavət yaranıb.
Bundan başqa, hadisədən bir gün öncə gecə ev sahibi P.İsmayılova onun istədiyi çarpayıda yatmağa icazə verməyib. Deyib ki, orada başqası yatacaq. Səhər oyananda P.İsmayılov həmin çarpayının boş olduğunu görüb, qadının ona yalan danışdığını düşünüb.
Bu səbəblərdən ondan qisas almaq qərarına gəlib. Bu ittihamla 2020-ci ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 11 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Şəki Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.
Lakin 2023-cü il mayın 26-da Ali Məhkəmə aşağı instansiyanın qərarını ləğv edib. Rəşad Abdulovun sədrlik etdiyi hakimlər kollegiyası bu işdə çoxsaylı ziddiyyətlər olduğunu əsas gətirərək, yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarıb. P.İsmayılov Şəki Apellyasiya Məhkəməsində təkrar araşdırmalar zamanı bildirib ki, 4 ilə yaxındır törətmədiyi cinayətə görə cəza çəkir. Onun sözlərinə görə, 9 il bağlı qalmış cinayətin üstünün açılması görüntüsünü yaratmaq üçün onu qurban seçiblər. O vurğulayıb ki, cinayəti işgəncə, təhdid yoluyla onun üzərinə qoyublar: “Əl-ayağımı “skoçladılar”, o qədər döydülər, deyiləsi deyil. Gördülər ki, alınmır. Eləmədiyim şeyi necə boynuma götürüm. Məni övladlarımla hədələdilər, bir də dedilər ki, o murdar hərəkəti də boynuna qoyacağıq. Bildim ki, bunlardan nə desən, gözləmək olar. Övladlarım, ailəm var, mən o adla həyatıma necə davam eləyim, ona görə razılaşdım...”
Dekabrın 28-də məhkəmədə prokuror 11 illik hökmün qüvvədə saxlanmasını istəyib. Dövlət ittihamçısı Abdulla Abdullayev bildirib ki, P.İsmayılovun bu cinayəti törətməsi konkret faktlarla sübuta yetirilib. P.İsmayılovun vəkili Zabil Qəhrəmanov isə müvəkkilinin təqsirsiz olduğunu vurğulayaraq, ona bəraət verilməsini istəyib: “Polad İsmayılovun qan qrupu birinci qrupdur, hadisə yerindən tapılmış qan isə üçüncü qrupdur. Yazıblar ki, evə Yeganə adlı qadını gətirib. Niyə prokurorluq o Yeganənin kimliyini müəyyənləşdirməyib, onu dindirməyib? Çünki belə bir boşanmış adam yoxdur, yalandır. Hadisədən sonra kranın altından qanlı bıçaq tapılıb. Polad İsmayılov isə ifadəsində deyir ki, öldürəndən sonra bıçağı aparıb, Kürdəmirdə çaya atmışam. Cinayət evin başqa otağında baş verib, Polad İsmayılov isə videogörüntülərdə zalı göstərir...”, - vəkil işdəki ziddiyyətlərin bir qismini sadalayıb.
P.İsmayılov özü isə son sözündə təqsirsiz olduğunu vurğulayıb və məhkəmədən ədalətli hökm çıxarmasını istəyib. Ardından müşavirəyə gedən hakimlər təxminən 15 dəqiqə sonra geri qayıdaraq, bəraət hökmünü elan edib.
P.İsmayılov azadlığa çıxandan sonra “Azadlıq” radiosuna açıqlamasında deyib ki, törətmədiyi cinayət onun boynuna qoyulmuşdu. Bu baxımdan, azadlıq onun haqqı idi: “Bu haqqımın mənə qaytarılmasında mənə yardım edən vəkilimə, bəraət hökmünü çıxaran hakimlərə, həmçinin Ali Məhkəmədə işimə düzgün baxan Rəşad Abdulova minnətdaram. Cinayəti aça bilmirdilər, mən də fağır adamam, yıxmışdılar üstümə. Amma Allah var, gec də olsa, ədalət oldu...”
Press-fakt.com
Digər xəbərlər
Tarix: 28-12-2023 20:44 | Bölmə: Manşet / Ölkə / Araşdırma | Baxış: 529

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024