«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi

Tarix: 30-03-2024 21:10 | Bölmə: Xəbər lenti | Baxış: 313



Avropa İttifaqı Rusiya ilə əlaqələri olduğundan şübhələnərək Türkiyənin “Southwind Airlines” aviaşirkəti üçün hava məkanını bağlayıb.

Bu barədə Türkiyənin “Turizm Güncel” sənaye nəşri məlumat yayıb.

Rusiya Turoperatorları Assosiasiyasının məlumatına görə, tətbiq edilən məhdudiyyətlər səbəbindən rusiyalı turistlər Şarm Əl-Şeyxdən vaxtında uça bilməyiblər:

“Finlandiya aviasiya səlahiyyətliləri türk hava daşıyıcısını Rusiya ilə əlaqələndirən ilk şəxs olub və onlar, “Southwind”in mülkiyyətinin və faktiki nəzarətinin əsas payının Türkiyədə deyil, Rusiyada olduğu qənaətinə gəliblər. Nəticədə ölkə “Southwind”ə Antalya ilə Helsinki arasında uçuşlar üçün icazə verməyib”.

Bildirilir ki, rusiyalı turistlər martın 30-da səhər saatlarında Misirdən uçublar. Gecikmə 11 saat olub.

Bundan sonra assosiasiya “Southwind Airlines”ın Kalininqraddan Antalyaya uçuş proqramının aviaşirkətin Aİ ölkələri üzərindən uçuşlarına qadağa qoyulması səbəbindən ləğv edildiyini bildirib.

Qeyd edək ki, “Southwind Airlines” 2022-ci ilin aprelində, Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı işğalının başlamasından qısa müddət sonra yaradılıb. Şirkət Türkiyənin Antalya şəhərində yerləşir.

DW Almaniyanın Bild tabloidinə istinadən yazır ki, daşıyıcının hər üç təyyarəsi və işçilərinin əksəriyyəti Rusiyanın “Nordwind” aviaşirkətindən (95,1%-i “Pegas Touristik” turoperatoruna məxsusdur) qəbul edilib.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024