“BU, PUTİNİN İMİCİNƏ SARSIDICI ZƏRBƏ OLDU...”- “Hanı onun vəd etdiyi təhlükəsizlik və stabillik?"
"Məlum olduğu kimi, ötən həftə Vladimir Putin Amerikanın Rusiyada terror hücumu hazırlandığına dair xəbərdarlıqlarına məhəl qoymadı, bunun əvəzinə kəşfiyyat rəhbərlərini öz diqqətlərini daha çox “Ukrayna casusları”nın ifşasına yönəltməyə çağırdı.
Bundan qısa müddət sonra “Crocus Sity”-də məlum faciəli terror aktı törədildi."
“The Wall Street Journal”-ın yazısında belə deyilir.
Yazıda qeyd olunur ki, Rusiya matəm günü qeyd edərkən, “Crocus City Hall”-da baş verən hadisə Putinin ölkə daxilində formalaşmış güclü birisi kimi imicinə sarsıdıcı zərbə vurub və onun yaratdığı dövlətin imkanlarını şübhə altına alıb.
Yəni, onun hakimiyyəti Rusiya Federasiyası xalqının təhlükəsizliyini təmin edə bilmədiyini göstərib:
"Bu, Rusiyanın qonşu Ukraynaya qarşı baha başa gələn müharibə apardığı və Ukrayna qüvvələrinin Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vurmasının qarşısını almağa çalışdığı vaxtda ortaya çıxan bir çağırışdır.
Kiyev bu yaxınlarda Rusiyanın bir çox neft emalı zavodlarına silsilə zərbələr endirə bildi və istehsalı dayandırdı”.
Məqalə müəllifləri qeyd edirlər ki, Putin həm də bu hücumu İŞİD-lə deyil, daha çox Ukrayna ilə əlaqələndirməyə çalışır.
Eyni zamanda, Kiyev rəsmiləri onun belə bir terror aktını bəhanə edərək Ukraynadakı müharibəyə daha da çox insan və pul göndərəcəyindən ehtiyat edirlər.
Qəzet daha sonra vaxtilə Putinin çıxışılarının mətnini yazmış, daha sonra isə mühacirət etmiş rusiyalı siyasi texnoloq Abbas Qalyamovdan sitat gətirir:
"Bu, Putinin uğursuzluğu kimi qəbul edilir. O, sülh, təhlükəszilik və sabitlik vədləri ilə gəlmişdi, həmin sülh və təhlükəsizlik indi haradadır?
Əgər bu, doğrudan da, İŞİD-dirsə deməli, sizin bütün xarici siyasətiniz dəyərsizdir. Ona görə də günahı Ukraynanın üzərinə atmaqda israrlıdırlar".
Yazıda qeyd olunur ki, əksər Rusiya rəsmiləri indi hücuma görə İŞİD-i bir kənara qoyaraq, açıq şəkildə Kiyevi cavab tədbirləri ilə hədələyirlər.
Öz növbəsində, Ukrayna və Qərb hökumətləri Kiyevin bu hücumdakı rolu ilə bağlı Rusiyanın iddialarını rədd edirlər: “Üstəlik, hətta Rusiya televiziyasında da bəzi ekspertlər Ukraynanın bu işlə əlaqəsini şübhə altına alırlar.
Onlar müharibəyə qarşı etirazları uğurla yatıran Rusiya xüsusi xidmət orqanlarının nədən “Crocus”-a hücuma bir saatdan artıq müddətdə müdaxilə etməməsi ilə bağlı çətin suallar verirlər”.
Yazıda Rusiyada yaşayan politoloq Mixail Vinoqradovun Rusiyanın RBC telekanalının efirindəki çıxışından sitat gətirilib: “Ukraynanın bu terror aktından nə qazana biləcəyi o qədər də aydın deyil.
Biz təhlükəsizlik mövzusunu yenidən düşünməliyik. Hüquq-mühafizə orqanlarının prioriteti əsasən (hakimiyyəti) tənqid edən ictimai xadimlər olub... Rusiya hökumətinin və Rusiya siyasətinin tənqidi terrorçuluq kimi müəyyən edilib”.
Qəzet həmçinin xatırladır ki, Ukrayna Moskvanın Ukrayna şəhərlərinə qarşı raket terroruna cavab olaraq Rusiya Federasiyasındakı neft emalı zavodlarına, hərbi aerodromlara və digər hədəflərə zərbələr endirmək üçün PUA-larını işə salır:
“Lakin Ukraynanın bu hücumlarının heç biri mülki əhali arasında kütləvi itkilərə səbəb olmayıb”.
Göründüyü kimi, Putin hakimiyyətinin məlum dəhşətli terror aktına görə məsuliyəti Ukraynanın üzərinə atması cəhdləri hələ ki, “lazımi effekti” vermir.
Qərbdə Kremlin bu iddiasını qəbul etmirlər. Rusiyanın özündə də terrorçuların Ukraynadan idarə olunması barədə iddialara şübhə ilə yanaşanlar var. Lakin onlar Kremlin “təbliğat maşınının” təsiri altında olan əhalinin çox cüzi faizini təşkil edir...
C.Məmmədov
Digər xəbərlər
Tarix: 25-03-2024 15:15 | Bölmə: Manşet | Baxış: 193

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024