«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür

Tarix: 30-03-2024 15:25 | Bölmə: Xəbər | Baxış: 285


İŞİD terror təşkilatının sözçüsü Əbu Huzeyfə Əl-Ənsari yeni bəyanat yayıb.

40 dəqiqəlik çıxış terror təşkilatının “Al-Furkan” media mərkəzində dərc olunub.

Bəyanatda terrorçuların bütün dünyada fəaliyyəti barədə danışılıb, həmçinin martın 22-də Moskva yaxınlığındakı “Crocus City Hall”da 143 insanın ölümü ilə nəticələnən terror aktını yüksək qiymətləndirib, buna görə “Vilayəti-Xorasan” terrorçularına təşəkkür edilib.

Əl-Ənsari qeyd edib ki, İŞİD-lə Rusiya arasında qarşıdurma Rusiyanın Suriyada hərbi əməliyyata qoşulması ilə başlayıb.

Terror qruplaşmasının sözçüsü bununla kifayətlənməyəcəklərini, Rusiyanın “qanuni hədəf” olmağa davam edəcəyini deyib. O, həmçinin Şimali Qafqazdan olan üzvlərini “inadkar olmağa” çağırıb.

Əl-Ənsari qeyd edib ki, uzun müddətdir ki, onlar haqqında mediada heç bir məlumat olmayıb.

Xatırladaq ki, martın 22-də Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb.

Son məlumatlara görə, terrorda 382 nəfər yaralanıb, 144 nəfər həlak olub. Terrorçular tezliklə ələ keçiblər./“Direktorad4” “Telegram” kanalı

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024