QONŞU ÖLKƏ İLƏ MÜQAYİSƏDƏ BƏZİ MƏHSULLAR 2 və HƏTTA 3 DƏFƏ BAHADIR - Araşdırma
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, Azərbaycanda 2024-cü ilin fevral ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,2 faiz təşkil etmişdir.
Cədvəl 1. 2023-cü ilin mart-dekabr aylarında və 2024-cü ilin yanvar-fevral ayında FAO-nun Ərzaq Qiymətləri İndeksi.
Mənbə BMT-nin FAO təşkilatı.
Cədvəl 2. 2023-cü ilin mart-dekabr aylarında və 2024-cü ılın yanvar-fevral ayında ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi, məhsul qrupları üzrə, əvvəlki aylara nisbətən, faizlə. Mənbə DSK
Digər xəbərlər
Tarix: 21-03-2024 21:15 | Bölmə: Ölkə / Araşdırma / İqtisadiyyat | Baxış: 206
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, Azərbaycanda 2024-cü ilin fevral ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,2 faiz təşkil etmişdir.
Məlumatda o da qeyd edilir ki, 2024-cü ilin fevral ayında 2023-cü ilin fevral ayına nisbətən qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 99,7 faiz, o cümlədən qida məhsulları 99,2%, spirtli içkilər 102,0%, tütün məmulatları üzrə 111,7% təşkil etmişdir.
DSK-nın təqdim etdiyi diaqrama diqqət yetirdikdə görürük ki, bu ilin fevral ayında əsas ərzaq məhsullarının istehlak qiymətləri indeksində artım müşahidə edilir.
Belə ki, fevral aylnda yanvar ayı ilə müqayisədə ət və ət məhsullarının istehlak qiymətləri indeksi 100,2%, balıq və balıq məhsulları 100,9%, süd və süd məhsulları 100,2%, meyvələr 103,5%, tərəvəzlər 102,1%, qənd, cem, bal, şokolad və konfetlər 100,1%, çay, qəhvə, kakao 100,1%, mineral sular, sərinləşdirici içkilər və şirələr 100,3% təşkil etmişdir.
Çörək, çörək məmulatları və yarmaların qiymətlərində isə dəyişiklik baş verməyib.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda o da bildirilir ki 2024-cü ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma, düyünün, qoyun ətinin, təzə balığın, kəsmiyin, kərə və zeytun yağlarının, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kələmin, xiyarın, pomidorun, balqabağın, çuğundurun, sarımsağın, soğanın, şəkərin, arağın, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, yerkökünün qiymətlərində müşahidə olunmuşdur.
Komitə qeyd edir ki, digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Apardığımız araşdırmalar göstərir ki, bir sıra ərzaq məhsulları artıq 2 aydır ki, davamlı olaraq bahalaşır.
Belə ki, bu ilin yanvar, fevral aylarında düyünün, qoyun ətinin, təzə balığın, zeytun yağının, naringinin, almanın, narın, xiyarın, pomidorun, balqabağın, sarımsağın, soğanın, şəkərin qiymətləri artmışdır.
Son 3 ayda zeytun yağının, xiyarın, pomidorun, sarımsağın, son 4 ayda həmçinin zeytun yağının, pomidorun, xiyarın, sarımsağın qiymətləri davamlı olaraq bahalaşmışdır.
Araşdırmalar göstərir ki, qış aylarında daha çox bahalaşan meyvə və tərəvəzlərdir. DSK-nın təqdim etdiyi məlumata görə, son 3 ayda meyvə və tərəvəzlərin qiymətləri davamlı olaraq artmışdır.
Tərəvəzlər keçən ilin dekabr ayında 5,7%, bu ilin yanvarında 3,0%, fevral ayında 2,1%, meyvələr 2023-cü ilin dekabr ayında 3,4%, 2024-cü ilin yanvar ayında 4,7%, fevral ayında 3,5% bahalaşıb.
Azərbaycanda artıq uzun müddətdir ki, qış ayıarında xiyarın, pomidorun qiymətləri bahalaşır. Son bir neçə ildə apardığımız araşdırmalar göstərdi ki, Bakı bazarlarında, marketlərdə tərəvəz məhsullarının qiymətləri qonşu ölkələrin paytaxt şəhərlərindəki qiymətlərlə müqayisədə xeyli yüksəkdir.
Bu ilin mart ayının əvvəllərində Türkiyənin Ankara şəhərində apardığımız bazar araşdırmaları göstərdi ki, Türkiyədə Azərbaycana nisbətən pomidorun, xiyarın və sair tərəvəzlərin qimətləri 2-3 dəfə aşağıdır.
Təsəvvür edin, Azərbaycanda istehlakçılara 1 kiloqramı 3-4,50 manata təklif edilən xiyar Türkiyədə iki dəfədən də ucuz qiymətə, yəni 1,60-2 manata təkilif edilir. Pomidorun pərakəndə satış qiyməti Türkiyədə 0,75-1,80 manat (şəkillər əlavə edilir) olduğu halda, eyni keyfiyyətli pomidor Azərbaycanda 3-5,5 manata satılır.
Ankarada 10-12,5 lirəyə (54-70 qəpiyə) satılan mandarin Bakıda 3 manat 40 qəpiyə, yəni 6,3 dəfə baha qiymətə təklif olunur. Sortundan asılı olaraq alma, armud Ankara şəhərində 15-25 lirəyə, yəni 0,84-2,0 manata təklif edilir.
Əslində Azərbaycandan fərqli olaraq Türkiyədə istixanada yetişdirilən pomidorun, xiyarın və digər tərəvəzlərin qiymətləri daha yüksək olmalıdır, ona görə ki, Türkiyə neft və qaz idxal edən ölkədir.
Azərbaycan neft, qaz ixrac edən ölkə olsa da, Azərbaycanda istixanada yetişdirilən məhsullar Türkiyə ilə müqayisədə 2-3 dəfə yüksək qiymətə təklif edilir.
Həmçinin Azərbaycanda meyvələrin qiymətləri də aşağı olmalıdır, ona görə ki, saxlanma kameralarında istifadə edilən elektrik enerjisi ölkəmizdə hasil olunan təbii qazdan əldə edilir.
Qeyd etməliyəm ki, son bir ildə dünyada əsas ərzaq məhsullarının qiymətlərində enmə müşahidə edilir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bu günlərdə yaydığı məlumatda bildirilir ki, 2024-cü ilin fevral ayında FAO-nun Ərzaq Qiymətləri İndeksi yanvar ayına nisbətən 0,7 faiz aşağı olub.
Təşkilat fevral ayında şəkər, ət və süd məhsullarının qiymət indekslərində artım, taxıl və bitki yağlarının qiymət indekslərində isə azalma qeydə alıb. Ümumilikdə FAO-nun Ərzaq Qiymətləri İndeksinin dəyəri ötən ilin müvafiq göstəricisindən 10,5 faiz aşağı olub.
Fevral ayında FAO Taxıl Qiyməti İndeksi yanvar ayından 5,0 faiz, 2023-cü ilin fevral ayından isə 22,4 faiz aşağı olmuşdur. Ötən ayla müqayisədə bütün əsas taxıl məhsullarının dünya qiymətlərində ucuzlaşma qeydə alınıb.
FAO fevral ayında buğdanın, qarğıdalının, arpa və sorqonun dünya qiymətlərinin aşağı düşdüyünü qeyd edib. Təşkilat yaydığı hüsabatda bildirir ki, fevral ayında düyü tədarük edən bəzi ölkələrdə yeni məhsul yığımı başladığı üçün qlobal düyü qiymətləri 1,6 faiz azalıb.
Dövlət Statistika Komitəsi fevral ayında əvvəlki aya nisbətən çörək, çörək məmulatları və yarmaların qiymətlərində dəyişiklik qeydə almamışdır. FAO dünyada taxıl məhsullarının qiymətlərində, o cümlədən buğdanın qiymətində ciddi azalmalar qeydə alsa da, fevral ayında Azərbaycanda çörək, çörək məmulatları və yarmaların qiymətlərində dəyişiklik baş verməyib (Cədvəllər 1 və 2).
Baxmayaraq ki, bu ilin fevral aylarında əvvəlki ayla müqayisədə ölkəyə idxal edilən buğdanın idxal dəyəri 3,8% ucuzlaşmışdır.
Qeyd etməliyəm ki, bu ilin yanvar ayında Azərbaycanın taxıl idxalında xeyli azalma qeydə alınıb. Belə ki, 2024-cü ilin ilk ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə buğda idxalı 2 dəfədən çox, qarğıdalı idxalı isə 4,9 dəfə azalmışdır.
Azərbaycanda bu ilin fevral ayında əvvəlki aya nisbətən düyünün qiymətində bahalaşma qeydə alınıb. Baxmayaraq ki, dünya bazarında düyünün qiyməti 1,6% ucuzlaşıb.
Onu da qeyd etməliyəm ki, yanvar ayında Azərbaycana düyü idxalı 52,9% azalıb. Azərbaycanda düyü idxalının azalmasını əvvəlki ildə eyni adda məhsulun idxalının ciddi artımı ilə əlaqələndirmək olar.
Fevralda FAO Bitki Yağı Qiymət İndeksinin orta dəyəri yanvar ayı ilə müqayisədə 1,3 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 11,0 faiz aşağı olub. FAO fevral ayında soya, günəbaxan və raps yağlarının dünya qiymətlərində azalma, palma yağının qiymətində isə cüzi artım qeydə alıb.
DSK Azərbaycanda fevral ayında əvvəlki aya nisbətən kərə və bitki yağlarının qiymətlərində dəyişiklik olmadığını (Cədvəl 2) göstərsə də, kərə və zeytun yağının bahalaşdığını, günəbaxan və qarğıdalı yağlarının ucuzlaşdığını qeyd etmişdir.
Qeyd etməliyəm ki, Azərbaycan bu ilin yanvar ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə bitki və heyvan mənşəli piylər və yağların idxalını ciddi şəkildə, 2,4 dəfə artırmışdır.
Bu da onunla bağlıdır ki, Azərbaycan özünün bitki yağlarına olan ehtiyacının 90 faizdən çoxunu ölkəyə idxal edilən saflaşdırılmamış xam bitki yağları hesabına təmin edir. Bu səbəbdən də Azərbaycanda bitki yağlarının qiymətləri dünya bazarında həmin məhsulların qiymətlərinin dəyişməsindən asılıdır.
Fevralda FAO Süd Məhsullarının Qiymətləri İndeksinin orta dəyəri yanvar ayı ilə müqayisədə 1,1 faiz yüksək, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 13,4 faiz aşağı olub.
FAO hesab edir ki, fevral ayında kərə yağının dünya qiymətlərinin artımı Asiya ölkələrindən yüksək idxal tələbi və Okeaniyada süd istehsalının mövsümi azalması ilə əlaqədar olub.
Azərbaycanda son bir il ərzində iyul ayı istisna olmaqla qalan 11 ayda süd və süd məhsullarının qiymətlərində artım baş vermişdir. Artıq yeddincı aydır ki, dalbadal süd və süd məhsullarının qiymətlərində artım qeyd edilir.
DSK-nın məlumatına görə, bu ilin fevral ayında əvvəlki aya nisbətən süd və süd məhsulları 0,2% bahalaşmışdır. Bahalaşma əsasən kəsmiyin və kərə yağının qiymətlərində qeydə alınmışdır.
Statistika komitəsinin bu günlərdə yaydığı məlumatda bildirilir ki, bu ilin yanvar-fevral aylarında 324,5 min ton süd istehsal edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 0,7% çoxdur.
Bununla yanaşı əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar ayında süd və qaymaq idxalı 16,1%, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı isə 11,0% artmıdır.
Fevral ayında, yeddi aylıq davamlı enişdən sonra, FAO-nun Ət Qiyməti İndeksi yanvar ayı ilə müqayisədə 1,8 faiz yüksəlmiş, keçən ilın eyni dövrü ilə müqayisədə isə 0,8 faiz aşağı olub. FAO mal ətinin qiymətinin artmasını Avstraliyada tədarükün gözləniləndən aşağı olduğu ilə əsaslandırır.
Təşkilat qlobal qoyun ətinin qiymətinin aşağı düşməsini isə Çindən idxal tələbinin zəifləməsi və Avstraliyada istehsalın rekord səviyyəyə qalxması ilə əlaqələndirir.
DSK Azərbaycanda fevral ayında əvvəlki ayla müqayisədə ət və ət məhsullarının qiymətlərində 0.2 faiz artım olduğunu göstərmişdir. Artım əsasən qoyun ətinin qiymətində qeydə alınmışdır.
DSK bu ilin yanvar-fevral aylarında ölkədə quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal edildiyini və bunun əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5% az olduğunu qeyd etmişdir.
Bu ilin yanvar ayında əvvəlki ilə nisbətən ət idxalı 63,8%, əsasən kəsim üçün nəzərdə tutulan diri heyvanların idxalı isə 43,9% artmışdır.
Fevralda FAO-nun şəkər qiyməti indeksi yanvar ayı ilə müqayisədə 3,2 faiz yüksək olub. Bu indeksin artımı ardıcıl ikinci aydır ki, davam edir və nəticədə onun dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz yüksək olub.
FAO hesab edir ki, şəkərin qiymətlnin artımına səbəb iki aparıcı ixracatçı ölkələrdə, Taylandda və Hindistanda istehsalın azalacağı ilə bağlı verilən proqnozlar olub.
Azərbaycanda statistika komitəsi fevral ayında şəkərin qiymətində 0,1% artım qeydə almışdır. Və artıq 5 aydır ki, Azərbaycanda şəkərin qiyməti ardıcıl olaraq artmaqda davam edir.
Onu da qeyd etməliyəm ki, bu ilin yanvar ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının idxalı 2,6 dəfə artmışdır.
Beləliklə, 2024-cü ilin fevral ayında yanvar ayı ilə müqayisədə dünyada ərzağın qiyməti 0,7 faiz azalmış, Azərbaycanda isə bir o qədər artmışdır.
Aparılan araşdırmalar göstərir ki, qonşu Türkiyə ilə müqayisədə Azərbaycanda bir sıra meyvə və tərəvəzlərın qiymətləri 2 və hətta 3 dəfə yüksəkdir (şəkillər əlavə edilir).
Əlavələr
Əlavələr
Cədvəl 1. 2023-cü ilin mart-dekabr aylarında və 2024-cü ilin yanvar-fevral ayında FAO-nun Ərzaq Qiymətləri İndeksi.
Mənbə BMT-nin FAO təşkilatı.
III | IV | V | VI | VII | VIII | IX | X | XI | XII | I | II | ||||
Buğda | -7,1 | -2,3 | -3,5 | -1,3 | +1,6 | -3,8 | -1,6 | -1,9 | -3,0 | +1,6 | - | -5,0 | |||
Ət | +0,5 | +1,3 | +1,0 | 0,0 | -0,3 | -3,0 | -1,0 | -0,6 | -0,4 | -1,0 | -1,4 | +1,8 | |||
Süd | - 0,8 | -1,7 | -3,2 | -0,8 | -0,4 | -4,0 | -2,3 | +2,2 | +2,2 | +1,6 | 0,0 | +1,1 | |||
Bitki yağı | - 3,0 | -1,3 | -8,7 | -2,4 | +12,1 | -3,1 | -3,9 | -0,7 | +3,4 | -1,4 | + 0,1 | -1,3 | |||
Şəkər | +1,5 | +17,6 | +5,5 | -3,2 | -3,9 | +1,3 | +9,8 | -2,2 | +1,4 | -16,6 | + 0,8 | +3,2 |
Cədvəl 2. 2023-cü ilin mart-dekabr aylarında və 2024-cü ılın yanvar-fevral ayında ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi, məhsul qrupları üzrə, əvvəlki aylara nisbətən, faizlə. Mənbə DSK
III | IV | V | VI | VII | VIII | IX | X | XI | XII | I | II | |
Çörək, un məmulatları | 99,8 | 99,5 | 99,8 | 99,5 | 98,9 | 99,6 | 99,2 | 99,8 | 99,6 | 99,6 | 99,8 | 100,0 |
Ət və ət məhsulları | 102,1 | 101,4 | 100,8 | 100,7 | 100,2 | 100,6 | 100,3 | 100,3 | 98,9 | 99,5 | 100,0 | 100,2 |
Süd və süd məhsulları | 100,4 | 100,1 | 100,1 | 100,0 | 99,6 | 100,1 | 100,0 | 100,2 | 100,2 | 100,1 | 100,2 | 100,2 |
Kərə və bitki yağları | 99,5 | 99,4 | 99,2 | 98,9 | 98,9 | 99,4 | 98,9 | 99,6 | 99,9 | 99,5 | 99,6 | 100,0 |
Qənd, cem, bal və s. | 100,2 | 100,3 | 100,1 | 100,3 | 99,5 | 100,2 | 99,1 | 100,0 | 100,2 | 100,0 | 100,2 | 100,1 |
"Turan"
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024