«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?

Tarix: 30-03-2024 13:15 | Bölmə: İqtisadiyyat | Baxış: 325



Ermənistanla Rusiya arasında siyasi münasibətlərin pisləşməsinə baxmayaraq, ikitərəfli ticarət inkişaf edir.

Bu barədə Avropanın “EurActiv” xəbər saytı yazıb.

Moskvaya qarşı sanksiyalardan sonra Ermənistanın Rusiyaya ixracı 2022-ci ildə üç dəfə, 2023-cü ilin yanvar-avqust ayları arasında isə iki dəfə artıb. 

2023-cü ildə Rusiya ilə ticarət ölkənin ümumi xarici ticarətinin 35%-dən çoxunu təşkil edib, Avropa İttifaqının (Aİ) ümumi ticarətdəki payı 13%-dir.

Ermənistan iqtisadiyyatının Rusiya ilə ticarətdən ciddi asılılığı ölkənin görünməmiş iqtisadi tənəzzül riski olmadan Moskvaya qarşı sanksiyalara qoşulmasını faktiki olaraq qeyri-mümkün edib.

Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən iki dəfə artaraq 5,3 milyard dollara çatıb.

Bu tendensiya 2023-cü ildə və 2024-cü ilin ilk aylarında da yüksək templə davam edib. Ermənistanın Rusiyaya ixracının artması daha çox üçüncü ölkələrin məhsullarının təkrar ixracı ilə bağlıdır.

BMT-nin “Comtrade” məlumat bazasına əsasən, son iki ildə Ermənistandan Rusiyaya ixrac edilən malların siyahısına mobil telefonlar, kompüterlər, qulaqlıqlar və digər avadanlıqlar daxildir. Son aylarda almaz və qızılın təkrar ixracı da artmaqdadır.

Ermənistanda qeydiyyatdan keçmiş şirkətlərin mümkün sanksiyalardan yayınmasına nəzarəti gücləndirmək üçün ölkə hakimiyyəti 2023-cü ildən Rusiyaya mikroçiplər, transformatorlar, videokameralar, antenalar və digər elektron avadanlıqların tədarükü üçün məcburi dövlət lisenziyaları tətbiq edib.

Noyabrda ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen Ermənistan hökumətinin ABŞ administrasiyasına Rusiya ilə ticarətə nəzarət etməyə imkan verən islahatlarını yüksək qiymətləndirib.

2024-cü ilin martında Avropa Parlamenti də Ermənistanın sanksiyalar çərçivəsində ümumi əməkdaşlıq təcrübəsini müsbət qiymətləndirdi.

Avropa Parlamenti qeyd edib ki, Rusiyaya ixracın artmasına baxmayaraq, Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi sanksiyalardan yayınmanın qarşısının alınmasında Ermənistan hakimiyyətinin Aİ ilə əməkdaşlığı ilə bağlı heç bir narahatlıq ifadə etməyib.

Qeyd edək ki, Qərb bu məsələdə Ermənistana ciddi güzəştlərə gedir və İrəvanın Rusiyanı iqtisadi sanksiyalardan yayındırmasına göz yumur. Belə “yumşaq” münasibət ABŞ və Avropa İttifaqının heç bir tərəfdaşına tətbiq olunmur.

Maraqlı məqamlardan biri də odur ki, Qərb Azərbaycanın bu sahədə nümayiş etdirdiyi yüksək tərəfdaşlıq münasibətlərini də göməzdən gəlir.

Belə ki, rəsmi Bakı Ukraynaya qarşı işğalçı müharibənin ilk günlərindən Qərbin bu ölkəyə qarşı elan etdiyi sanksiyaları nəzərə alır. Bu günə qədər Azərbaycana məxsus hər hansı özəl və ya dövlət şirkətinin sanksiyaları pozmasına rast gəlinməyib.

Buna baxmayaraq, Qərb ölkələrinin hesabatlarında rəsmi Bakının səyləri təqdir edilmir. Halbuki Azərbaycanın Rusiyanı iqtisadi sanksiyalardan yayınmasına daha böyük dəstək vermək imkanları var.

Paradoks göz önündədir: Ermənistan Rusiyaya qarşı sanksiyaları pozur və təqdir edilir. Azərbaycana qarşı isə saxta ittihamlar irəli sürülür, Qərbin enerji təhlükəsizliyinin təmin olunmasındakı dəstəyi görməzdən gəlinir.

Bu, ikili standartların, qərəzli münasibətin daha bir parlaq nümunəsidir.

Rasim Əliyev

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024