«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Paşinyan AZƏRBAYCANIN TƏKLİFLƏRİNİ SÜLH DANIŞIQLARINA ZƏRBƏ ADLANDIRIB

Tarix: 14-01-2024 09:51 | Bölmə: Aktual | Baxış: 86


Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərinə görə, son günlər Bakıdan gələn bəyanatlar sülh prosesinə ciddi zərbə vurur.


“Armenpress”in məlumatına görə, bunu Paşinyan şənbə günü, yanvarın 13-də “Mülki müqavilə” partiyasının üzvləri ilə görüşündə deyib.

"Bakının son bəyanatlarını sülh prosesinə ciddi zərbə kimi qiymətləndirirəm. Niyə? Bir neçə səbəbə görə. Birinci səbəb budur: biz bir neçə dəfə açıq şəkildə razılaşmışıq ki, Ermənistan və Azərbaycan arasında sülh, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası 1991-ci il dekabr Alma-Ata Bəyannaməsinə əsaslanmalıdır.

Bu o deməkdir ki, Ermənistan və Azərbaycan aşağıdakıları nəzərə alaraq bir-birinin ərazi bütövlüyünü tanıyır: Ermənistan Respublikasının ərazisi Ermənistan SSR-in ərazisi ilə, Azərbaycanın ərazisi isə Azərbaycan SSR-in ərazisi ilə tam eynidir. 

Alma-Ata Bəyannaməsində Sovet İttifaqının dağıldığı, Alma-Ata Bəyannaməsinə qoşulan sovet respublikalarının müstəqillik qazandığı, sovet dövlətləri arasında inzibati sərhədlərin dövlət sərhədlərinə çevrildiyi bildirilir.

Bu o deməkdir ki, sərhədin demarkasiyası prosesi təkcə sərhədin yaradılması ilə məhdudlaşmır. Yəni bizim delimitasiya komissiyalarımız sərhəd yaratmamalı, 1991-ci ildə Alma-Ata Bəyannaməsi qəbul edilən zaman mövcud olan sərhədləri bərpa etməlidir”, - deyə baş nazir bildirib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında bu razılaşmalar həm 2022-ci il oktyabrın 6-da Praqa görüşündən sonra qəbul edilmiş dördtərəfli bəyannamədə, həm də həmin ay Soçidə keçirilən görüşdə, və iyulun 2023 il 15-də Brüsseldə keçirilən görüşdə qeyd olunub. 

"Niyə mən Azərbaycanın son bəyanatlarını zərbə kimi qiymətləndirirəm? Çünki onların ən yüksək səviyyədə dedikləri birbaşa bu məntiqə və bu razılaşmaya ziddir", - Paşinyan bildirib.

Eyni zamanda, o qeyd edib ki, Azərbaycan Ermənistana qarşı “tamamilə qəbuledilməz” olan ərazi iddiaları irəli sürməyə çalışır.

Beləliklə, Paşinyan İlham Əliyevin Bakı telekanallarına müsahibəsində səsləndirdiyi fikirlərə cavab verib. Onların mahiyyəti ondan ibarət idi ki, İrəvan Azərbaycandan Naxçıvana maneəsiz əlaqəyə razılıq verməsə, o zaman Bakı İrəvanla heç bir razılaşmaya getməyəcək və 2020-ci ilin noyabrından sonraki mövqelərdən qoşunları çıxarmayacaq./turan

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024