«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ayın sonuna planlaşdırılan görüş baş tutmaya bilər - Ermənistan Azərbaycanın tələbindən yayınır...

Tarix: 15-01-2024 23:30 | Bölmə: Aktual | Baxış: 60



“Delimitasiya komissiyalarının növbəti iclası yanvarın sonunda baş tutacaq”.

Bunu Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan yerli mətbuata açıqlamasında bildirib. 

Onun sözlərinə görə, iclasda ilkin razılaşmalara uyğun olaraq, əvvəlcə komissiyaların birgə fəaliyyətinə dair əsasnamə layihəsi müzakirə olunacaq.

“Həmin əsasnamədə birgə iş zamanı istifadə üçün hüquqi əhəmiyyət kəsb edən sənədlərin və hüquqi aktların növləri və müvafiq hüquqi əsaslarla səlahiyyətli orqanlar tərəfindən tərtib edilmiş son topoqrafik xəritələr müəyyən edilməlidir”, - o əlavə edib.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən həftə yerli televiziya kanallarına müsahibəsində bu barədə danışıb. Dövlət başçısı deyib ki, hazırda işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir:

“Bu məsələ həm mənim Ermənistanın Baş naziri ilə təmaslarım əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır.

Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: Qazax-Tovuz bölgəsinin delimitasiya məsələsi”.

Beləliklə, Ermənistan tərəfi Azərbaycanın qaldırdığı bu məsələnin üstündən sükutla keçməyə cəhd edir. Ona görə də komissiyanın gündəliyini əvvəldən razılaşdırmaq mümkün olmasa, çox güman ayın sonuna təyin olunmuş iclas təxirə salına bilər.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024