«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Qərbin dəstəyi bitərsə, Ukrayna bellərlə döyüşəcək"- Kuleba

Tarix: 16-01-2024 17:00 | Bölmə: Aktual | Baxış: 72


 
"Ukrayna heç bir halda təslim olmayacaq, çünki söhbət millətin mövcudluğundan gedir..."

"Əgər Qərb Rusiyanı Ukraynada dayandırmaq iqtidarında deyilsə, o zaman dünyanın digər guşələrində kimi dayandırmaq iqtidarındadır?.."
 
ABŞ Konqresi tərəfindən Ukraynaya maliyyə yardımın göstərilməsi barədə qərarın qəbul edilməsi üçün zaman demək olar ki, bitib, lakin hətta Qərbin dəstəyi olmadan da Ukrayna heç bir halda təslim olmayacaq.
 
Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba "ABC News" nəşrinə müsahibəsində bəyan edib.
 
"Hətta silahlarımız bitsə belə, biz bellərlə döyüşəcəyik, çünki söhbət Ukrayna üçün taleyüklü məsələdən-millətin mövcudluğundan gedir", - nazir deyib.
 
Kuleba bəyan edib ki, Ukraynaya daha çox maddi vəsaitin ayrılması NATO ilə Rusiya arasında Amerika qoşunlarının müdaxilə etməyə məcbur olacağı birbaşa qarşıdurmadan yan keçməyə potensial olaraq kömək edəcək.
 
"Ukraynaya yardımın dəyəri nə qədər olursa-olsun, Ukrayna uduzarsa, dünya düzəninin dəyişilməsinin bədəli bundan qat-qat yüksək olacaq", - o, deyib.
 
O, həmçinin Birləşmiş Ştatlar və onların müttəfiqlərinə Rusiyanın Ukraynada qələbəsinin digər düşmənlərinə hansı siqnalı göndərəcəyi ilə bağlı xəbərdarlıq edib.
 
"Əgər Qərb Rusiyanı Ukraynada dayandırmaq iqtidarında deyilsə, o zaman dünyanın digər guşələrində kimi dayandırmaq iqtidarındadır?"- Kuleba qeyd edib.
 
XİN rəhbəri həmçinin Ukrayna döyüş meydanında daha güclü mövqeyə malik olmayanadək Putin rejimi ilə istənilən danışıqları istisna edib.
 
ABŞ-ın Ukraynaya yardımı - bəlli olanlar
 
Dekabrın sonunda ABŞ Ukraynaya sonuncu hərbi yardım paketi ayırıb. Bununla da maliyyələşmə tükənib və Ağ evdə deyildiyi kimi, Konqres tərəfindən yeni maliyyə proqramı razılaşdırılmadan yeni silah tədarükü olmayacaq.
 
ABŞ prezidenti Co Bayden artıq xəbərdar edib ki, əgər Konqresdə respublikaçılar Ukraynaya hərbi yardımın maliyyələşdirilməsi proqramını təsdiq etməsələr, bunun ağır bədəlini ödəməli olacaqlar./moderator

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024