«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
«Jurnalistika cinayət deyil» - ABŞ bir daha Azərbaycana çağırış etdi

Tarix: 17-01-2024 14:25 | Bölmə: Aktual / Rezonans | Baxış: 142


Aleks RaufoğluAleks RaufoğluVaşinqton müxbiri

ABŞ çərşənbə axşamı bir daha Azərbaycan hökumətini insan hüquqlarına və əsas azadlıqlara, o cümlədən ifadə azadlığına hörmət etməyə çağırıb. "Azərbaycanda jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının və müxalifət xadimlərinin son həbsləri dərin narahatlıq doğurur. Yalnız son iki ayda ondan çox adam saxlanılıb", - Dövlət Departamentinin sözçüsü TURAN-ın sualına cavabında bildirib. 


Noyabr ayından bəri həbsdə alınan jurnalistlərin sayı 10 çatıb. Elnarə Qasımova və Şahin Rzayev son iki gündə bəbs edilib. 

Bazar ertəsi Bakı məhkəməsi “Abzas Media” xəbər saytının müxbiri Elnarə Qasımovanı qaçaqmalçılıq ittihamı ilə aprelin 3-dək həbs edib. 

Ertəsi gün Cənubi Qafqazı işıqlandıran “JAM NEWS” agentliyinin siyasi şərhçisi Şahin Rzayev xuliqanlıq ittihamı ilə 15 sutka həbs edilib. Bir gün sonra apellyasiya məhkəməsi onu cərimələyərək azadlığa buraxıb. 

“Prezident Baydenin Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə dediyi kimi, “Jurnalistika cinayət deyil, o, azad cəmiyyətin əsasını təşkil edir.” 

Biz Azərbaycan hökumətini hamının insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırmaqda davam edirik, o cümlədən ifadə azadlığına,” - Dövlət Departamentinin nümayəndəsi qeyd edib./Turan

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024