«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MİRZOYAN ERMƏNİSTANIN "ŞƏRTLƏRİNİ" AÇIQLAYIB - İrəvan Rusiyaya dirənməkdə davam edir

Tarix: 24-01-2024 13:15 | Bölmə: Aktual | Baxış: 117


Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan dünən keçirdiyi mətbuat konfransında Azərbaycanla normallaşma prosesi ilə bağlı İrəvanın mövqeyini açıqlayıb.

Mirzoyan Bakıdan səsləndirilən son bəyanatlara cavab olaraq bildirib ki, “heç kimin yeni sərhədlər çəkmək səlahiyyəti yoxdur, biz öz mövqeyimizdə möhkəm qalırıq. Delimitasiya prosesi zamanı müvafiq komissiyalar hüquqi əsaslarla çəkilmiş sərhədləri Sovet İttifaqında mövcud olduğu kimi bərpa etməlidirlər”.

Nazirin sözlərinə görə, İrəvan sülh gündəminə sadiq qalır və Azərbaycanın konstruktiv sahəyə qayıdacağına və sülh prosesinin başa çatacağına ümid edir.

Noyabrın 9-da “Zəngəzur dəhlizi”nin açılmasını Ermənistanın üzərinə götürdüyü öhdəliklər olduğunu açıqlayan Rusiya xarici işlər naziri Sergey Lavrova cavabında Mirzoyan yenə saxtakarlıq edib.

O, həyasıcasına iddia edib ki, Ermənistan nə noyabrın 9-da, nə də sonrakı digər bəyanatlarında heç bir dəhlizin yaradılması ilə bağlı heç bir öhdəlik götürməyib.

Mirzoyanın fikrincə, Bakının tələbi - Rusiya sərhədçilərinin nəzarəti altında, gömrük və pasport nəzarəti olmayan yol Ermənistanın suverenliyinin pozulması deməkdir.

“Əgər Bakı ilə üzbəüz danışıqlar davam edərsə, İrəvan üçün vasitəçilərin olması vacibdir, yoxsa onlar birbaşa danışıqlara hazırdırlar?” 

Xarici işlər naziri bu suala cavaında qeyd edib ki, bu, İrəvan üçün vacib məsələ deyil və önəmli olan danışıqların məzmundur.

“Bakının Rusiyada sülh müqaviləsi imzalamağa hazır olub-olmadığını bilmirəm, qapalı görüşlərdə Azərbaycan tərəfdən belə təminat eşitməmişəm. Əgər Sergey Lavrov belə iddia edirsə, ola bilsin ki, onun belə bir iddia ilə çıxış etmək üçün əsası var”, - deyə Mirzoyan bildirib.




Mirzoyanın açıqlamalarını şərh edən politoloq Elxan Şahinoğlu hesab edir ki, onu dediklərinən bir neçə məticə çıxarmaq olar: 

“Birincisi, İrəvan Azərbaycanla sülh sazişi imzalamaq üçün qarşılılıqlı olaraq ərazi bütövlüyünün tanınmasıyla yanaşı sərhədlərin dəqiqləşməsini də istəyir.

Görünür, İrəvan hələ də ümid edir ki, sülh sazişi çərçivəsində Azərbaycan ordusu sərhəddəki yüksəkliklərdən geri çəkiləcək. Bunun baş verməyəcəyini Prezident İlham Əliyev bir neçə dəfə bildirib. 

İkincisi, Ermənistan Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində olmasını istəmir. Bu baxımdan Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovun “dəhliz rusiyalı hərbçilərin nəzarətində olmalıdır” yanaşmasını qəbul etmir.

Ararat Mirzoyan dəhlizin yalnız Ermənistan qüvvələrinin nəzarəti altında olmasını istəyir ki, buna da rəsmi Bakı razılaşmayacaq. 

Üçüncüsü, Ermənistanın ümidlə başladığı Türkiyə ilə dialoq hazırda dondurulmuş haldadır. Bunun səbəbi odur ki, Ankara Bakı ilə strateji müttəfiqliyə sadiq qalaraq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra Ermənistanla sərhədin açılmasını mümkün sayır”.

Politoloq vurğulayır ki, İrəvan Türkiyə ilə sərhədin açılmasını və ikitərəfli ticarətin başlamasını istəyirsə, ilk əvvəl Azərbaycanla sülh sazişi imzalamalıdır.

Rasim Əliyev 

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024