KOMİSSAR BORREL "QIRMIZI XƏTTİ" KEÇİB - Azərbaycan-Aİ əlaqələri təhlükə altındadır
Azərbaycan gənclərinə böyükləri “avropalaşmağı” da məsləhət görüb, vəsiyyət ediblər. Ancaq avropalıların qurduğu Avropa İttifaqı kimi nüfuzlu təşkilatın rəhbərlərinin çıxışlarını təhlil edəndə fərqli mənzərə yaranır.
Bu qurumda baş verən korrupsiya və ədalətsiz mövqe təəssüf və təəccüb yaradır.
Son günlər isə Avropa İttifaqının rəhbərliyi faktları saxtalaşdırmağa, təhrif etməyə başlayıb. Bu, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrelin çıxışlarında özünü daha qabarıq göstərir.
O iddia edir ki, guya Azərbaycan Ermənistana qarşı ərazi iddiaları ilə çıxış edib, guya Azərbaycan Ermənistan ərazisini “işğal edib” və s. Bu təhriflərlə Azərbaycana qarşı ittihamlar irəli sürüb.
Aİ-də Fransa hakimiyyəti hegemonluq edir. Borrelin də çıxışı daha çox rəsmi Parisin nümayəndəsinin çıxışını xatırladır.
Azərbaycan və Ermənistan rəsmiləri sülh, danışıqlarla bağlı məsələləri müzakirə etməklə bağlı açıqlamalar verdikləri bir şəraitdə Avropa İttifaqı rəsmisinin bu təhrif dolu çıxışı iki ölkə arasında normallaşma prosesinə zərbə vurur.
Belə çıxışlar rəsmi Bakının İrəvana etimadına, etibarına xələl yetirir.
Aİ rəsmisinin çıxışındakı təhriflərin bəzilərinə münasibət bildirmək istərdik. Azərbaycan Ermənistana heç vaxt ərazi iddiası irəli sürməyib.
Sadəcə, rəsmi Bakı tarixi faktları və Ermənistan adlı dövlətin son yüz ildə yaranması prosesinə, habelə bu ölkənin erməniləşməsinə, azərbaycanlıların (türklərin) bu ölkədən sıxışdırılıb çıxarılmasına dair tarixi faktları sadalayıb.
Bundan başqa, həmin ərazilərin, doğrudan da, türklərə aid olduğunu təsdiqləyən yer adlarının süni olaraq erməniləşdirilməsinə münasibət bildirib, tarixi təhriflərin və ədalətsizliyin aradan qaldırılması istiqamətində fəaliyyət göstərir.
Aİ-nin ali nümayəndəsinin faktları açıq-aşkar təhrif etməsi ilk hal deyil, bundan əvvəl Borrelin hətta ermənilərin özlərinin də “120 min” hesab etdiyi Qarabağ ermənilərinin sayını “150 min” kimi səsləndirməsi də mexaniki səhv deyildi.
Azərbaycanla Ermənistan arasında sərhəd müəyyənləşməyib. Digər tərəfdən, həmin bölgələrdən Azərbaycana qarşı daim təhrikedici hadisələr törədilir. Bunun qarşısının alınması, regiona köçürülən azərbaycanlı məcburi köçkünlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə rəsmi Bakı həmin istiqamətdə sərhədçilərini saxlayır.
Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı illərdə bölgədə torpaqlarına heç vaxt sərhəd nişanı qoymayıb. Bununla da iki dövlət arasında sərhədlərin qeyri-müəyyən olduğunu əməli ilə təsdiqləyib.
Jozep Borrel və Avropa İttifaqının ayrı-ayrı rəsmiləri heç vaxt 300 minə yaxın qərbi azərbaycanlının pozulmuş hüquqlarından bəhs etməyib, onların pozulan haqlarının bərpa edilməsi ilə bağlı rəsmi İrəvana etiraz bildirməyiblər.
Aİ rəsmisi Fransanın vəkili rolunda da özünü göstərib. Fransa diplomatlarının Azərbaycan ərazisində casusluğunu, dövlətin əleyhinə fəaliyyətini müdafiə edib, rəsmi Parislə həmrəyliyini bildirib.
Aİ rəsmisinin çıxışı yada Fransa Prezidenti Emmanuel Makronun və komandasının, habelə bu ölkə parlamentarilərinin anti-Azərbaycan, saxta çıxışlarını xatırladır.
Sanki Borrel Yelisey sarayının Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı yazdıqlarını oxuyur. Elə Aİ də özünü Fransa kimi aparır. Çünki Avropa İttifaqı beynəlxalq aləmdə baş verən hadisələrdə mövqesiz haldadır.
Britaniyanın İttifaqı tərk etməsi isə onun nüfuzunun göstəricisidir. Avropa İttifaqı yarandığı gündən indiyədək ABŞ-nin kölgəsində böyüyüb, özünü böyük görüb. İndi belə vəziyyətdə özünü güc mərkəzi hesab edir. Buna isə gücü çatmır. Odur ki, Borrelin timsalında səhvlərə, təhriflərə və saxtakarlıqlara yol verir.
Odur ki, Avropa İttifaqının rəsmisinin bu kimi çıxışları təşkilatın nüfuzuna zərbə vurur. O bu çıxışı ilə “qırmızı xətt”i keçib. Borrel Azərbaycan-Aİ əlaqələrinə çox böyük zərbə vurub. Təşkilata etimadı zədələyib.
O və onun kimi fəaliyyət göstərənlər faktiki olaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında Aİ-nin rolunu, rəsmi Bakı ilə İrəvan arasında vasitəçiliyini heçə endirirlər. Atalarımız yaxşı deyiblər: “Kovxası gülüm olanın başına külüm olar”.
“Report” İnformasiya Agentliyi
Digər xəbərlər
Tarix: 24-01-2024 16:50 | Bölmə: Aktual | Baxış: 138

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024