“BİR ADDIM BİR QARIŞ İRƏLİDƏ OLMAQ MƏHARƏTİ VƏ YA...- Aydın Canın şumlaması
Digər xəbərlər
Tarix: 25-01-2024 14:20 | Bölmə: Aktual | Baxış: 208
“Təbii seçmə, Təkamül və Milli Doktrina” Konsepsiyaları üstündə Ədəbi İnkişaf arzuları
Uzun müddətdir bu barədə fikirlərimi bölüşmək istəsəm də, həm də istəmirdim - əlimə bəhanə düşdükcə, yazını yubadırdım.
Hətta dostlara belə bir yazı vəd etsəm də, onları da intizarda saxlamaqdan vicdan əzabı çəkmirdim.
Ancaq son iki-üç gündə həm İbrahim Nəbioğlunun, həm də Firuz Mustafanın statusları nəhayət ki, məni sükunət kreslomdan durğuzdu, yazı stoluna gətirdi!
Bu gün Azərbaycanda kef-damağ və yaxud da əksinə, zillət içində yaşamaq üçün hər cür şərait var - hər təbəqə öz halı ilə razıdır! Kef çəkən də, zillət içində olan da. “Təbii seçmə” üsulu öz işini görüb.
Təkamül prosesi minimum... Azərbaycanda 500 ildir yoxdur təkamül!
Milli Doktrinadan söhbət gedə bilməz!
Lazım olan isə... məhz təkamül və milli doktrina konsepsiyalarıdır!
Yoxdur! Olmayacağı da sual altındadır! Olacağı da bəlli deyil!
Əslində, “Təbii Seçmə” üsulundan Təkamülə adlamağa cəmi “bir addım bir qarış irəlidə olmaq” istəyi yetərlidir!
Azərbaycan Dövlət olaraq... Dünya Dövlətləri içində 100 addım 1 qarış geridədir! – “Bir addım bir qarış” irəlidə olmaq xoşbəxtliyi heç üfuqdə görünmür, lap elə növbəti sivilizasiyaya qədər!
Sadəcə, bizi şmardan bugünkü iqtidarın eyforiya doğuran ehtizazlı hərbi qələbəsidir! Ən dəhşətlisi də odur ki, bu zahiri əzəmət və ilğımlı qüdrət anında əldən gedə bilər – təhlükə astanadadır... hər an, latınlar demiş, Hannibale ante portas!
Bu barədə düşünmək belə dəhşətli!
Ancaq bir orası da var ki, bu boyda bərbadlığın içində hərbi-siyasi-iqtisadi qüdrətlə eynilik-ekvivalentlik təşkil edən Ədəbi Təfəkkür-Düşüncə bizi diri və ayaqda saxlamağa ümidləndirir, “1 addım 1 qarış irəlidə olmaq” şansı məhz bu sahədə daha real görünür!
Fəqət... bu sahənin də “məşqçilik institutu” - ədəbi tənqid yox dərəcəsindədir!
Ədəbi tənqid öz yerini-sanbalını-dəyərini ifadə edə bilmir!
Ədəbi Tənqid konsepsiyaların mahiyyətini anlamır!
Ədəbi Tənqid lazım olanla məşğul deyil!
Ədəbi Tənqid nəinki ölkəni – fikri, düşüncəni, təfəkkürü, xalqı, dövləti bir addım bir qarış irəli sala bilir, özünü belə sükunətdən xilas edə bilmir!
Ədəbi Tənqidin Nizamnaməsi, Əsasnaməsi yoxdur! Anlayışı yoxdur Ədəbi Tənqidin ədəbi tənqiddən!
Götürün (istisnasız! Bir də deyirəm: istisnasız!!!) ədəbi tənqidlə bağlı bütün yazıları, oxuyun görün nə var o təqdimatlarda?
Kolxoz qoyunları kimi, ədəbi tənqidçilər roman, povest, hekayə, şeir, poema adına o məhsulları təqdim edirlər ki, o “məhsullar”da ya iqtidar təriflənir, ya müxalifət!
Adam az qala qışqırmaq istəyir ki, ay gicbəsər, artıq o mərhələ bitib e, durub adama, vətəndaşa, şəxsiyyətə, ziyalıya dəyəri onun rejimlə, dolayısıyla Heydər Əliyevlə, İlham Əliyevlə, indi də Paşayevlərlə mübarizəsinə görə dəyər verəsən!
Bitdi rejim söhbəti: ədəbiyyat 30 il korafəhim və gerizəkalı olduğunu nümayiş etdirdi, müxalifət 30 il duza getdi, sənin diktatura dediyin rejim sənin ölkənə ərazi bütövlüyü və işğaldan xilas gətirdi.
İndi də haqlı olaraq tələb edir ki, ay sənin ananı s...evim, di indi mədh elə, necə ki mənə diktatura deyəndə məhv eləmək istəyirdin! Sənin məhv üçün yazdığın şeirlər heç bir boka yaramadı, amma məni ittiham etdiyin diktaturamla sənə şərəf gətirdim, zəfər gətirdim!
O davanın da içinə bok qoydunuz siyasi ədəbiyyatın məğlubiyyətiylə ki “sənət sənət üçündür”, “sənət partiyalı olmalı deyil”!
Di indi hıqqan – bir medala nəinki yaradıcılıq prinsiplərini, hətta dalını da əldən ver... kimə desələr!
İllərlə və dəfələrlə yazmağımıza baxmayaraq, heç kim “1 addım 1 qarış irəli olmaq” eşqiylə alışmadı, bu prinsiplə yanaşmadı!
Dedik axı əvvəldə, Azərbaycan Dövlət olaraq 100 addım 1 qarış geridə və təhlükədə!
Dedik axı, Xalq 1000 addım 1 qarış geridə... hamıdan, hətta həbəşdən də!
Amma deyə bilmirik, Azərbaycan Ədəbiyyatı neçə addım neçə qarış geridə - çünki 10 milyon nəfərli Azərbaycan (cəmi 26 xalqlı) Ədəbiyyatında 100 xalqlı 150 milyonluq Rusiyadan 250 dəfə artıq istedadlı imzalar var!
Fəqət bu imzalar... nə Dövlətə, nə Xalqa, nə də Ədəbiyyata töhfə verə bilir!
ÇÜNKİ nə Siseron kimi çiyinlərindən qılınc asır Yazıçı-Şairi (üç-beş imza istisna olmaqla), nə də Domokl qılıncı missiyasını yerinə yetirir Ədəbi Tənqid (bir-iki nümayəndəsi istisna)!
Kələfin ucu çoxdan itib!
Heç bir resenziyada, məqalədə, icmalda, rezümedə, annotasiyada vurğulanmır ki, bu “ədəbi əsər” adlı “məhsul”a niyə üz tutulub? Hansı prinsiplə?
1. Bəşəridirmi?
2. Millidirmi?
3. Məhəllidirmi?
4. Dil, Tarix, Adət-Ənənə üçündürmü?
5. Siyasi Zəfər, Hərbi Güc, İqtisadi Qüdrət bəyan edilirmi?
6. Elm, Mədəniyyət, İncəsənət, Arxitektura təqdimatıdırmı?
7. Milli-mənəvi deqradasiyanın qarşısını alırmı, mental dəyərlərin təbliği üçündürmü?
Azərbaycan Dövləti, Xalqı, Əxlaqı, Elmi, Mədəniyyəti, Arxitekturası, Hərbi, İqtisadiyyatı, Milli-mental Dəyərləri, Fəlsəfi təfəkkürü, (ingilisə, ispana, almana, fransıza örnək olan) Yaşam Tərzi varmı sənin o təqdim etdiyin “məhsul”da?
Gi de Mopassanın “Gombul”unu, Stefan Sveyqin “Bir ürəyin qürubu”nu sən hələ indi yaşayırsan!
Sən hələ də Saday Budaqlının və Vaqif Nəsibin 50 il qabaq yazdığı iki hekayənin əsarətində qalıbsan!
Sən hələ də 200 il yaşasa da, nə sağlığında, nə ölümündən sonra iki Qarabağ, bir müstəqillik savaşından keçsən də, Söhrab Tahirinin “Daş ürək” hekayəsini adlamamısan!
Yusif Rzayev demiş, zalım balası, sən əvvəl hələ Süleyman Rəhimovu başa düş, sonra Kafkadan, Nitsşedən danışarsan!
Sənin oxucu intellektin elə hesab edir ki, bütün dünya oxucuları elə Kəramət Böyükçölün, Şəhriyar del Geraninin, Şərif Ağın, Aqşin Yeniseyin oxucuları ilə eyni ağılda-zövqdədir.
Hər yerdə üç-beş Belinski, İbrahim Nəbioğlu, Rauf Qaraişıq, Firuz Mustafa ola ya olmaya. Azad Mirzəcanzadə son 100 ildə bircə nəfər oldu!
Azərbaycan Yazıçısı-Şairi yazdığına imza atanda qəti fikirləşmir ki, bunu İbrahim Nəbioğlu, Rauf Qaraişıq, Xan Rəsuloğlu, Zahid Sarıtorpaq, Firuz Mustafa, Fazil Mustafa, Etibar Əliyev görə, oxuya bilər!
Hələ demirəm, “Nabokov”, “Bulqakov”, “Brodski”, “Nitsşe”, “Höte”, “Moem” oxuyacaq!
Oxuyacaqlar və deyəcəklər – sənə şair-yazıçı deyənin, səni çap edənin anasını...
Təsəlli odur ki, Azərbaycan Ədəbi Tənqidi... arxayındır: oğurluq eləmirlər, oğraşlıq eləmirlər, yazırlar da, zaman artıq olanları siləcək!
Ağıla bax e!
Zaman siləcək, oğrulur-oğraşlıq eləmirlər!
Pah!
Ə, vallah, oğurluq-oğraşlıq eləsələr, yenə yaxşıdır, cəzası var, bunların elədiyi o oğurluqdan-oğraşlıqdan daha pisdir, amma cəzası da yoxdur – fikri-əxlaqi-mənəvi cinayətlərdir!
30 il ərzində Azərbaycan ədəbi mühiti BƏŞƏRİ prinsiplə heç nə yazmayıb – kim oxuyubsa, adını yazsın bura o əsərin!
30 il ərzində Azərbaycan ədəbi mühiti ancaq və ancaq milli çərçivədə... ad, ev, vəzifə alıb güzəran qurmaq üçün yazıb – dava da, mübarizə də bunun üstündə olub!
Milli məhdudiyyətli bu ədəbi əsərlər ona xidmət edib ki, oxucu dəyərləndirsin: hakimiyyətə qarşıdır, yoxsa hakimiyyət üçündür!?
FAKTİKİ İSƏ... Azərbaycan Ədəbi Mühiti üçün bundan münbit zəmin ola bilməzdi: beynəlxalq arenaya çıxmaqla “1 addım 1 qarış irəlidə olmaq” şansı o qədər gözəl nümayiş oluna bilərdi ki!
Ən ağıllılarımız nəyin davasını apardılar? – AYB və köhnələri daş-qalaq etməklə.
Nə AYB-dəkilərdən, nə də köhnələrdən birinin də ağlı çatmadı desin ki, a bala, dur, yaz, çıx beynəlxalq arenaya, al yerini, haqqını! Bizi də 1 addım 1 qarış irəli apar!
O bunun anasını-atasını söydü, bu ona agent dedi, bu birisi o birisini zəhərlədi, o birisi bu birisinin arvadına şeir yazdı, bir başqası bir başqasının məşuqəsini ələ keçirdi və axırda... hərəsi bir ev, medal, sayt aldı, oturdu!
30 ilin icmalına bax, sən allah!
Bu boyda istedad kontingentinə malik ölkənin ədəbi yaradıcılığına bax, sən allah!
Ədəbi Tənqidin təqdim etdiyi, müzakirəsini açdığı əsərlərə bax, sən allah!
Bu günə, yəni müstəqilliyin 30 illiyinə Azərbaycanda ən azı 3 əsər (roman-povest-salnamə) olmalıydı ki, Nobel mükafatına təqdim olunsun!
Azərbaycanda ən azı 3 şeir olmalıydı ki, bəşəriliyi ilə diqqəti cəlb edəydi!
Azərbaycan şair-yazıçıları neylədi? Qaçdılar dəqiqəbaşı Türkiyəyə bələdiyyə şölənlərinə, hərəsi də qayıdanda bir kilo ödüllə - bu ona verir, o buna verir... ödül! Bələdiyyə şölənlərində!
Qardaşlar təzədən qardaş olduqlarını nümayiş etdirirlər! Qloballaşan dünyada özü də, inteqrasiyanın gur vaxtında – qardaşlar bir-birinə mədhnamə deyir!
Ədəbi Tənqid... Pribaltika, Skandinaviya timsalında nümunə gətirmir – balaca-balaca ölkələr, hərbi-iqtisadi qüdrətin önəmsizliyi, xalqın əngin düşüncə tərzi-təfəkkürü abardılmır!
Axtarsan bir orduluq Azərbaycan yazıçı-şair kontingentindən ki, neçəsi ciddi şəkildə Fəxri Uğurlunun, Səlim Babullaoğlunun, Seyfəddin Hüseynlinin xarici ədəbiyyat təqdimatlarında olub, oxuyub onların buraxdığı jurnalı, ya bir olar, ya iki!
Axtarsan ki, neçə şair-yazıçı erməni-gürcü, latış-litov-eston, isveçli-norveçli-danimarkalı gənc, yeni nəsil şair-yazıçını əvvəldən axıra oxuyub yaşıdlarından, ya bir olar, ya iki!
Onların yaşam və düşüncə tərzinə, performanslarına baxsan, bizimkilərin baş-ayaq atmağına, əl atarsan avtomat “Kalaşnikov”a, nəsillərini yer üzündən silməyə ayağa qalxarsan, tətiyi axıracan buraxmazsan!
Haram və oğurluq pullarla, dilənçi payı ummaqla, əl tulası kimi bəslənməklə gün keçirir Azərbaycan ədəbi tənqid mühiti və Azərbaycan şair-yazıçısı!
Böyük anlamda – bəşəri miqyasda heç nə gözləməyə dəyməz!
Milli miqyasda da həmçinin – prinsip yanlışdır: sən bu rejimin əleyhinə nəsə yazırsansa, qaragüruh (ona görə ki, qaragüruh, zamanın ədəbi meyarları tamam fərqlidir, bəşəri olmaq istəyən məhəlli istəklərlə heç bir uğur əldə edə bilməz) səni alqışlayar – oxucu qismində, sən bu rejimin lehinəsənsə, ən azı əleyhinə bir şey yoxdursa, yazdığın önəm daşımaz, ədəbi tənqid səni görməzdən gələr!
Toplumu qaragüruh statusundan qoparmaq lazımdır!
Əsas problem budur: səsvermə hüququ olan 76 yaşlı anam əgər Homerdən üzübəri ta Salam Sarvanacan hamısını dərk etmirsə, bu xalq həmişə 100 addım 1 qarış geridə olacaq, ona görə də ədəbi tənqid BƏŞƏRİ olanları yadellilərdən görəcək, milli olanları özümüzdən.
Xalq da kütləvi şəkildə məhəlli olanla kifayətlənəcək. Belə durum adamın cərcənəyini aralı saxlayır ki, sonda gücə düşən çanaq olur!
Ədəbiyyat ancaq büzdümdə özünə yer tapa bilər!
Tənqidçi dostlarım yoxdur, dost olmaq mümkün deyil – səninlə Haydeggerdən danışır, ayrılır, görürsən Yaftıməlidən bir səhifə yazısı gedib “Ədəbiyyat” qəzetində!
Haydeggeri dərk edən düşüncə Yaftıməliyə möhtacdır!
Və...
Mənə irad bildirən dostlara həmişə izah edirəm:
Mən (məsələn) Vüqar Əhməddən ona görə yazıram ki, Baloğlan Əşrəfovu ona görə təbliğ edirəm ki, öz anamla birgə yüzminlərlə ana onları başa düşür!
Yüzminlərlə Ananı Bulqakovu başa düşmədiyinə görə tutub s...ürütləyəsi deyilik ki?
Amma gələcəkdə bir addım bir qarış irəlidə olmaq üçün yüzminlərlə ana olacaq qızlara Homerdən üzübəri hamısını öyrətməliyik!
Bu, Ədəbi Tənqidin işidir! Vəzifəsidir!
Borcudur!
Mən arada ortabab şairlərdən-yazıçılardan yazıram – bəytərifi kimi çıxır, heç o şair-yazıçıların məndən xəbəri yoxdur: onlar el şənliklərində, yeyib-içmək məclislərində işə yarayır.
Gündəyməzdən murdar yeri yoxdur insanın, hələ də kimsə kəsib atmayıb orasını!
Olanımız budur el şənliyi, yeyib-içmək məclisləri üçün!
Düzdür, yaxşı hal deyil, day hamımız Qədir Rüstəmov deyilik ki, deyək, əziyyət çəkiblər, yazıblar, qulaq asırıq da. Day Rəfael kimi boynumuza da alası deyilik ki, “biz də səy-səy qulaq asırıq”
Amma həqiqət elə budur!
Üzgörənlik edirik – sonra da don geyindiririk! Az qala özümüz özümüzə desək də ki, doğrudan da bu oğurluqdan-oğraşlıqdan daha pisdir, amma yenə də utanmaz-utanmaz keçirik! Bir-birimizin yanından və ədəbiyyatın üstündən!
Halbuki bizim üstün ola biləcəyimizi ən kəsə yolla və tez bir zamanda nümayiş etdirməyin mümkün olduğu produktiv sahələr ədəbiyyat və idman idi!
Ədəbiyyatçılarımız alverçiliyi, idmançılarımız banditliyi seçdi: dünya çempionatlarında yer tutan ən güclülərimiz bir qismi istisna olmaqla, kriminala qurşanıb, dinc xalqa zorakılıq tətbiq etmək göstərişlərinə can-başla əməl etdiklərini nümayiş etdirdilər!
Bir ədəbi imza salamat çıxmayıb e – hərəsi bir umacaqla özünü “ədəbi kriminal qruplaşma”ya pərçim edib!
İddiası Söz və Tanrı olanlar isə çəkilib bir kənara – ya əyalətə, ya hücrəyə: Zahid Sarıtorpaq, Ramiz Qusarçaylı, Rauf Qaraişıq, Xan Rəsuloğlu, Zakir Məmməd kimi...
Bu boyda uzunçuluqdan sonra qısa da demək olar: Stefan Sveyq deyirdi ki, vicdan min şahidə bərabərdir!
Hər kəs özünə min şahid vicdanını gətirib təqdim olunan “əsər”ə cəmi üç prinsiplə dəyər versə, bizim Ədəbi Zirvəmiz çoxdan Nobel və digər əlaqəli mükafatlar olar!
1. Bəşərilik, 2. Millilik 3. Məhəllilik!
Bəşəridirmi – uğuru nə ilə gətirəcək, nəyiylə uğurludur?
Millidirmi – hansı halda və necə beynəlmiləl anlam kəsb edəcək, cazibədar olacaq alman, ingilis, fransız üçün... Azərbaycanı bütövlükdə persona statusuna qaldıracaq!
Məhəllidirmi – qaragüruhmu xoşlayacaq, hökümətmi narahat olacaq, müxalifətmi alqışlayacaq, bundan xeyri nə olacaq, xalqa ziyanı nədədir?
Hə, məhəlli olanları başlayın təqdimata – itin dişi, donuzun dərisi! Bu məqam üçün doğrudur: oğurluq eləmirlər, oğraşlıq eləmirlər, zaman siləcək!
Bizə düşən sadəcə odur ki, görməyək, vaxtımızı itirməyək, zatən də o kontingent bəlli!
YAZIYA SÖZARDI: İbrahim Nəbioğlu status paylaşmışdı, yapon yazıçı xanım Süni İntellektdən istifadə edərək, mükəmməl və qənirsiz bir əsər yazıb, hardan neçə faiz götürdüyünü də etiraf edib.
Ustad İbrahim Nəbioğlu ədəbiyyatın gələcəyi üçün narahatlığını ifadə edib, bu yazını da yazmağa təkan həm də o status oldu, deyim ki, əziz İbrahim Nəbioğlu, qəti narahat olmayın, elə uğurlar bizə vız gəliyo, O ƏDƏBİYYATın bizə aidiyyatı yoxdur, nöşün ki...
Deməli, Azərbaycanda ciddi və mübariz yazıçılardan biridir, sanballı əsərləri də var, az qala özümü günahlandırırdım ki, niyə bu adamın romanlarını oxuyub qəşəng təqdimatla yazmıram – bəlkə də 20 il olar. Vicdan əzabı çəkirdim!
O gün görürəm ki, mahiyyəti və faktologiyası, naturası və düşüncə miqyası prozadan o yana keçməyən bərbad bir “məhsul” haqqında dəyərli roman statusunda çözümlər yapıb!
O qədər rahatlaşdım ki – nə yaxşı bu ağılda adama yazıçı deməmişəm! Hətta yaxşı yazıçılardan olsa da, hətta dünya ədəbiyyatını gözəl bilsə də!
Adamın ədəbi əxlaqı sıfır!
Adamın ədəbi tərəzisi sıfır!
Adamın ədəbi vicdanı... utanmaz! həyasız!
Bir var mənim kimi, kişi olaraq etiraf edəsən ki, dostumdur, yazıram, əcəb edirəm, mən belə görürəm, bunu cəmiyyətə ki, yedirtmirəm. Amma bu, cəmiyyətə təqdim edir, qarant durur, hətta borclu çıxardır!
Bilmək də olmur ki, bu adam bu təqdimatla kimə nə mesaj verir, kimdən nə qoparmaq istəyir!!!
Unudur ki, adama deyərlər... ə, durrr, get... Mo Yanı oxu, o yapon qızı oxu!
Bütün bəşəriyyət ədəbiyyat sarıdan narahat olsa, ədəbiyyatsız qalsa, bu Ədəbi Tənqidlə bizim ədəbiyyat həmişə var olacaq və həmişə də oxucularımız olacaq!
SON: Bəlkə də bir on ildir izləyirəm – Emil Rasimoğlu Siseron kimi, çiyinləri üstündə qılınc ucları asılmış vəziyyətdə gəzir!
Ədəbi Vicdanı onun üçün Domokl qılıncıdır!
Əgər biz 1 addım 1 qarış irəli olmaq istəyiriksə, Emil Rasimoğlu ədəbi tənqid prinsipləri ilə yanaşmalıyıq - əgər ən pis və aşağılayıcı tənqidi mənə aid olsa belə, ikiəlli onunla razılaşaram!
Sadəcə, Emil Rasimoğlunun bir səhvi-yanlışı var: bilə-bilə ki, bu “məhsul” “ikinci növ” məhsuldur, “ikinci növ” məhsula da “birinci növ” və ya “əla növ” məhsulun tələbləri ilə yanaşır! Müstəviləri qarışdırır – Vaqif Bayatlı çözülən müstəvidə heç bir halda Mədinə Gülgündən söhbət açılmaz!
Mədinə Gülgün ayrı müstəvidir, - misal üçün dedim!
Təsnifat problemləri var.. bütün Ədəbi Tənqidin ümumi dərdi kimi!
Qalan bütün hallarda ədəbi tənqidi Emil Rasimoğludan oxumaq olar!
Hətta mən deyərdim ki, əgər Emil Rasimoğlu hansısa əsəri roman kimi qəbul etmirsə, hansısa şeiri şeir saymırsa, deməli, o əsər roman, o şeir şeir deyil!
Nəzərə alaq ki, heç bir sahədə oturuşmuş prinsipləri olmayan bir mühitdə bu qədər cəsarətli olmaq özü də 1 Addım 1 qarış irəlidə olmağın təntənəsidir!
Fikir verin: MEDİA şərt qoyub ki, gündə 20 xəbər qoymalıdır hər sayt!
Adama sual da vermirlər ki, a kişi, Azərbaycan nə boyda ölkədir ki, bu ölkədə hər sayt 20 xəbər qoya bilsin?
Əgər cəmi bir xəbər olursa gün ərzində, onda bu ölkə üçün çox böyük uğur sayıla bilər və bütün saytlar o xəbərin doğruluğunu təsdiqləməklə-tirajlamaqla məşğul ola bilər! Yəni 20-30-40 mənbə təsdiqləyər! Ki... sən demə, Azərbaycanda nəsə XƏBƏR ola biləcək olay baş verdi!
Son 30 ildə... Xəbər... Şuşanın azad olunmasıydı, Xəbər Zəfər bəyanatıydı, Xəbər Laçının-Kəlbəcərin-Ağdamın döyüşsüz təhvil alınmasıydı, Xəbər Araikin tutulub Bakıya gətirilməsiydi!
Xəbərlik heç nə baş verməyən ölkədə böyük ədəbi əsərlər gözləmək özü də bir az sadəlövhlük olar, amma, ancaq, lakin, fəqət... stəkanda fırtına yaratmaq məhz elə xəbərçilərin və ədiblərin işidir, missiyasıdır!
Ümid edək...
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024