«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
AŞPA-dan ÇAĞIRIŞ: KİV azadlığına və jurnalistlərin təhlükəsizliyinə zəmanət verin

Tarix: 27-01-2024 12:50 | Bölmə: Aktual | Baxış: 81
AŞPA KİV azadlığına və jurnalistlərin təhlükəsizliyinə zəmanət verməyə çağırıb

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Təşkilata üzv ölkələrdə jurnalistlərin azadlığına və təhlükəsizliyinə zəmanətlər" adlı 2532 saylı qətnamə qəbul edilib.

Bəzi ölkələrdə dövlət orqanları və hakimiyyətdə olan siyasi qüvvələr KİV azadlığı və jurnalistlərin təhlükəsizliyi üçün təhdid mənbəyidir,
Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları yerinə yetirilmir, jurnalistlərə qarşı qətl, hüquqi təqib və böhtan kampaniyaları, KİV-lərin ələ keçirilməsi də daxil olmaqla, kriminal hərəkətlər törədilir. 

Təkcə 2023-cü ilin noyabr ayında Avropada 68 jurnalist və KİV işçisi saxlanılıb, deyə sənəddə bildirilir.

AŞPA KİV azadlığına bu çoxsaylı hücumlar və çox sayda cəzasızlıq faktları ilə bağlı ciddi narahatlığını ifadə edir. 

AŞ üzvü olan ölkələr jurnalistlərin səmərəli müdafiəsini və KİV-in müstəqilliyi və plüralizmi üçün təhlükəsiz mühiti təmin etməlidirlər. 

AŞPA üzv dövlətləri jurnalistlərin və media subyektlərinin müdafiəsi və təhlükəsizliyi üzrə milli strategiyalar işləyib hazırlamağa, KİV azadlığını məhdudlaşdıran qanunvericiliyi yenidən nəzərdən keçirməyə çağırır. 

Eyni zamanda, KİV-ə siyasi müdaxilənin və mülkiyyətin təmərküzləşdirilməsinin qarşısını alan qanunvericilik və normativ baza təkmilləşdirilməli, ictimai KİV-lər dəstəklənməli, onların həyat qabiliyyəti və redaksiya müstəqilliyi təmin edilməli,
özəl KİV-lərin ədalətli maliyyələşdirilməsi təmin edilməli, özəl KİV-lərə dövlət dəstəyi isə plüralizmin və keyfiyyətli məlumata çıxışın möhkəmləndirilməsinə yönəldilməlidir. 

Assambleya Azərbaycanda jurnalistlərin təqibi səviyyəsinin yüksək olmasından, Macarıstanda, Polşa və Serbiyada İV-lərin ələ keçirilməsi hallarının artmasından, habelə Türkiyədə saxlanılan jurnalistlərin sayından narahatdır.

Assambleya bu ölkələri Avropa Şurasının jurnalistlərin təhlükəsizliyinə yönəlmiş kampaniyasında iştirak etməyə və onun çərçivəsində bu problemlərin həlli üçün adekvat tədbirlər görməyə çağırır,- deyə sənəddə qeyd edilir./Turan

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024