AŞPA "Tərtər işi"nin bütün fiqurantlarına bəraət verməyə çağırıb
Avropa Şurası Parlament Assambleyası (AŞPA) təşkilatın iştirakçısı olan ölkələrdə işgəncələrə qarşı mübarizə tədbirlərini gücləndirməyə çağırıb, xüsusən, Azərbaycan, Rusiya və Türkiyədə sistemli şəkildə işgəncə tətbiq edildiyini qeyd edib.
AŞPA Strasburqda təşkilatın qış sessiyasında "Avropada həbs yerlərində sistemli işgəncələr və qeyri-insani və ya ləyaqəti alçaldan davranış və cəza haqqında bəyanat" qətnaməsini qəbul edib.
Sənəd Kiprdən olan deputat Konstantinos Efstatiunun məruzəsi əsasında qəbul edilib.
"Avropa Şurası işgəncələrin və digər amansız, qeyri-insani və ya ləyaqəti alçaldan davranış və cəza növlərinin tətbiqinə qoyulmuş qadağaya riayət olunmasını təmin etməlidir.
Həbsdə olan şəxslər həssas vəziyyətdədirlər və dövlətlər onların fiziki rifahını qorumalı və istənilən travmalara görə məsuliyyət daşımalıdır", deyə Avropa Şurasının press-relizində bildirilir.
Deputatlar Rusiya, Azərbaycan və Türkiyə kimi dövlətlərdə "sistemli və ya geniş yayılmış işgəncələri və digər amansız rəftar formalarını" qəti şəkildə pisləyiblər, deyə məlumatda qeyd edilir.
Assambleya Azərbaycanla bağlı məlumatlardan, xüsusən, "Tərtər işi" çərçivəsində "dəhşətli" işgəncələrə görə dərin narahatlıq hissi keçirir. "Bu iş üzrə 2017-ci ildə saxlanılmış bir çox şəxs işgəncələrə və qeyri-insani rəftara məruz qalıb, bu işgəncələr nəticəsində təsdiqini tapmış 10 ölüm hadisəsi qeydə alınıb.
Saxlanılan şəxslər dövlətə xəyanət ittihamlarını qəbul etmələri məqsədilə işgəncələrə məruz qoyulub.
Saxlanılan və əvvəlcədən həbs edilən şəxslərin bəzilərinə indi bəraət verilsə və onlar azad edilsə də, digərləri həbsdə qalmaqdadır.
"Tərtər işi" ilə yanaşı, bəzi məlumatlarda siyasi müxalifətin nümayəndələrinə, jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı da işgəncə və amansız rəftar formalarının tətbiq olunduğu qeyd edilir, deyə sənəddə bildirilir.
Assambleya Azərbaycanı "Tərtər işi"ndə işgəncələrin tətbiqinə görə məsul olan bütün təqsirli şəxslərin, yüksək vəzifəli şəxslərin və dövlət orqanlarının məsuliyyətə cəlb edilməsini təmin etməyə çağırıb.
Eyni zamanda, bütün qurbanlara təzminat ödənilməsinin və işgəncə altında alınmış ifadələr əsasında verilmiş ittiham hökmləri ləğv edilməklə, onlara bəraət verilməsinin təmin edilməsi tələb olunur.
AŞPA Rusiyaya (Avropa Şurası Nazirlər Komitəsi 16 mart 2022-ci il tarixində Rusiyanın təşkilatdakı səlahiyyətlərini dayandırıb), Azərbaycana və Türkiyəyə "problemin köklü səbəblərini aradan qaldırmağı, sui-istifadə hallarının və qanunsuz təcrübələrin aradan qaldırılmasına yönəlmiş sistemli dəyişikliklər həyata keçirməyi" tövsiyə edib.
Yanvarın 24-də Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına baxmayaraq, ölkə Avropa Şurasının üzvü olaraq qalır və bu qurumun tövsiyələri yerinə yetirilməlidir.
Qeyd: 2017-ci ilin may-iyul aylarında Tərtərdə və digər rayonlarda yerləşən hərbi hissələrdə ən az 450 nəfər - hərbiçi və mülki şəxs saxlanılıb və qeyri-insani rəftara və işgəncələrə məruz qoyulub.
İşgəncələr nəticəsində 10 nəfər hərbiçi həlak olub. Saxlanılan şəxslərin əksəriyyəti Azərbaycan CM-in 234.1 (qanunsuz narkotik dövriyyəsi), bəziləri 228.1-ci (qanunsuz silah dövriyyəsi) ittihamı ilə məsuliyyətə cəlb edilib və uzunmüddətli həbs cəzasına məhkum edilib.
30-a yaxın şəxs "dövlətə xəyanət" ittihamı ilə uzunmüddətli həbs cəzalarına məhkum edilib.
İşgəncə faktları ictimailəşdirildikdən sonra Baş Prokurorluq 2021-ci ildə istintaqı bərpa edib. Nəticədə, 2022-ci ilin sonlarında "dövlətə xəyanətdə" ittiham olunan 20 nəfərə bəraət verilib.
Eyni zamanda, dövlətə xəyanət ittihamı ilə deyil, CM-in digər maddələri ilə həbs edilən 16 nəfərə bəraət verilib. 13 nəfərə isə daha əvvəl, 2018-ci ildə Hərbi Prokurorluğun qərarı ilə bəraət verilmişdi.
Lakin "Tərtər işi"nin 10 fiqurantı hələ də həbsdədir və onların qohumları və hüquq müdafiəçiləri işə yenidən baxılmasına və həbs edilən şəxslərin azad edilməsinə nail olmağa çalışır.
Müstəqil ekspertlər hesab edirlər ki, hərbiçilərin və mülki şəxslərin "dövlətə xəyanət" və xüsusən "ermənilərə xidmət etmə" ittihamı ilə kütləvi həbsi bəzi yüksək vəzifəli generalları tərəfindən 2016-cı ildə Qarabağda aprel döyüşləri zamanı döyüş tapşırıqlarını yerinə yetirməmələrinə bəraət qazandırmaq üçün başlanıb.
"Tərtər işi"nin qurbanları hesab edirlər ki, hələ repressiyalara görə məsul olan bütün generallar məsuliyyətə cəlb edilməyib./Turan
Digər xəbərlər
Tarix: 27-01-2024 14:45 | Bölmə: Aktual | Baxış: 66

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024