AŞ-a MÜNASİBƏTDƏ KİMİN MARAĞI ƏSAS OLMALIDIR: Vətəndaşların, yoxsa hakimiyyətin?
Avropa Şurası Parlament Assambleyasının yanvarın 24-də keçirilən iclasında deputatlar Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair 15898 saylı qətnaməni təsdiqləyiblər.
Sonda qətnamə müəllifləri vurğulayıblar ki, Azərbaycan AŞPA-dan qovulmur, sadəcə olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlıdır və bu istiqamətdə konkret addımlar atmağa çağırılır.
İclasdan öncə isə Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti bəyanatla çıxış edib.
Bəyanatda bildirilib ki, dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.
Azərbaycanın səlahiyyətlərinin məhdudlaşdırılması haqqında təşəbbüsü almaniyalı deputat Frank Şvabe irəli sürmüşdü.
O, səbəb kimi Azərbaycanda insan hüquqlarının pozulmaqda davam etməsini və siyasi məhbuslarının sayının artmasını, rəsmi Bakının fevralın 7-də keçiriləcək prezident seçkilərini dəyərləndirmək üçün AŞPA nümayəndə heyətini dəvət etməkdən imtina etməsini göstərib.
Eyni zamanda, o, Azərbaycanın 2023-cü ildə AŞPA məruzəçilərinin Laçın dəhlizinə buraxmaqdan imtina etdiyini xatırladıb.
Yerli media orqanlarında, daha doğrusu hakimiyyətyönlü mediada yayılan eyniməzmunlu mətnə görə, Azərbaycan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanın nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək qərarına cavab olaraq Avropa Şurasından çıxma prosedurunu nəzərdən keçirir.
Hətta rəsmi Bakı həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) yurisdiksiyasını qəbul etməkdən imtina edə bilər.
Bu mətnin demək olar ki, eyni formada əksər yerli mediada yayılması yazının hakimiyyətin göstərişi ilə olduğuna işarə edir.
***
Baş verənlərlə bağlı hüquqşünas Xalid Ağəliyev ASTNA-nın suallarını cavablandırıb.
Sual: Xalid bəy, AŞPA-nın iclasında Azərbaycan nümayəndə heyətinin 1 illik səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə təsdiqlənib. Sizcə nə dərəcədə ədalətli qərardır?
Cavab: Qətnamənin tam mətni açıqlanıb. Müzakirələrdəki çıxışlar, əsaslandırmalar da məlumdur, onları dinləmişik.
Qətnamənin əsaslandırması əsasən, 4 məqam üzərində qurulub. Birincisi, siyasi məhbusların sayının getdikcə artmaqda olması və bu problemin həlli üçün gərəkli addımların atılmadığı göstərilir.
Təəssüf ki, bu əsası aradan qaldıra biləcək arqument tapmaq mümkün deyil. Hazırda 10-dan artıq jurnalist şübhəli ittihamla həbsdədir, onların əksəriyyəti son 1-2 ayda həbs ediliblər. Digər əsas kimi, Avropa Şurası məruzəçiləri ilə əməkdaşlıqdan yayınma göstərilib.
Bunun da əsasları var, məruzəçilər ölkəyə gələ, görüşlər keçirə, siyasi məhbus sayılan şəxslərlə görüşə bilmirlər. Başqa bir əsas fevral seçkilərinə AŞPA müşahidəçilərinin dəvət edilməməsi göstərilib, hansı ki, bunu da ölkənin götürdüyü öhdəliklər tələb edir.
Digər əsas Azərbaycanın Qarabağdakı erməni vətəndaşlarının ölkəni tərk etməyə məcbur edilməsi göstərilib. Bu, bizim xüsusilə diqqətlə yanaşdığımız, qəbul etmək istəmədiyimiz yanaşmadır. Çünki, həmin olaylar zamanı Azərbaycan hərbi baxımdan kifayət qədər səliqəli davranmışdı.
Ola bilsin, həmin prosesləri izləməsi və gərəkli bilgiləri toplamaları üçün Azərbaycan AŞ nümayəndələrinə yetərli imkanlar yaratmalı idi ki, belə mülahizələr yaranmasın.
Sual: İclasdan öncə Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti bəyanatla çıxış edib.
Bəyanatda bildirilib ki, dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər.
Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib. Azərbaycan nümayəndə heyətinin bu addımını necə qiymətləndirirsiz?
Cavab: Qətnamənin hazırlanması, qəbulu prosesindəki çıxışlardan bizim gördüyümüz qədəri ilə əsas diqqət insan haqlarının durumu ilə əlaqəli problemlərə yönəlmişdi.
Problemlərin artıq sistemli hal aldığı, gözlənilən gərəkli addımların atılmadığı, Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icra durumunun problemli qaldığı ifadə olunmuşdu.
Bu baxımdan, təhdid və şantaj dilinin olduğunu söyləməyə əsasım yoxdu. Bu addım daha çox demarş məzmunu daşıyırdı.
Sual: Azərbaycan nümayəndə heyətinin 1 illik səsvermə hüququndan məhrum edilməsi nə deməkdir?
Bununla Azərbaycan, o cümlədən nümayəndə heyətinin üzvləri nələrdən məhrum olurlar?
Cavab: Avropa Şurası Avropa ölkələrinin ən köklü qurumudur, bu qurumun özünün bir neçə nüfuzlu təşkilatları var, yalnız AŞPA-dan ibarət deyil.
Məsələn, AŞ Nazirlər Komitəsi, Avropa Məhkəməsi və digər quruluşlar var. Bu hadisə o deməkdir ki, Azərbaycanın nümayəndə heyəti AŞPA-da səs verə bilməyəcəklər.
Onlar iclaslara qatıla bilərlər. Səsvermə hüququnun məhdudlaşdırılması bir çox qərarların qəbuluna təsir imkanlarını aradan qaldırır. Texniki baxımdan bunları qeyd edə bilərik.
Amma ümumən yanaşdıqda, xatırlatmaq istərdim ki, Azərbaycanın AŞ-na üzvlüyü bir neçə illik gərgin çalışmaların sonunda 2001-ci ildə baş vermişdi.
Həmin vaxt ölkə bunu bayram kimi, sevinclə qarşılamış, böyük uğur kimi qəbul etmişdi. Hazırkı qərarı isə dramatikləşdirmədən bunun bir qədər əksi kimi də qəbul oluna bilər.
AŞ-ın tarixinə baxsaq görərik ki, belə duruma iki dəfə rastlanıb. Ağır hərbi çevrilişdən sonra Yunanıstan, Ukraynaya müdaxilədən sonra Rusiya belə hal yaşayıb.
Amma faciə baş verməyib, silkələnib, xüsusilə, bizim Konstitusiyamızda da qalın hərflərlə təminat altına alınmış təməl hüquq və azadlıqların durumu ilə əlaqəli neqativləri aradan qaldırmaq lazımdır.
Bu, təkcə, AŞ üzvlüyü, səsvermə hüququnun qaytarılması üçün vacib deyil, hər bir ölkə üçün ən qiymətli şey olan vətəndaşların maraqları, mənafeyi baxımından olmazsa, olmazdır.
Sual: Ümumiyyətlə, Avropa Şurası Azərbaycana nə üçün lazımdır?
Cavab: Avropa Şurası Avropa qitəsinin insan hüquqları sahəsindəki başlıca beynəlxalq birliyidir. İnsan haqları sahəsində ciddi problemləri olan 1-2 ölkə xaric, bütün Avropa ölkələri bu təşkilatda birləşiblər.
Bizim Konstitusiyamız da insan hüquqları, demokratiya, hüququnun aliliyi kimi prinsipləri təminat altına alır, AŞ bu sahədə də bir lokomotiv rolunu üzərinə götürüb. Əksər Avropa ölkələri bu sahədəki irəliləyişlərə bu qurumun töhfələri ilə nail olublar.
Orda təmsilçilik qeyd etdiyim və etmədiyim sahələrdə ölkələrə böyük faydaları təmin edir. Bu baxımdan, bir Avropa ölkəsi üçün orda olmaq çox əhəmiyyətlidir.
Sual: Təcrübədə olub ki, 2017-ci ilin martında beynəlxalq Mədən Şənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) İdarə Heyətində Azərbaycanın MSŞT-dakı fəaliyyətinin dayandırılması ilə bağlı qərar verildi.
Bu qərarın ardınca Azərbaycan hökumətinin təmsilçiləri dərhal MSŞT-ni tərk etdilər.
Birdən Azərbaycan belə bir addım atıb Avropa Şurasından çıxarsa, hökumət olaraq, vətəndaş cəmiyyəti, ictimaiyyət olaraq nələrdən məhrum olacağıq?
Cavab: Dediyiniz birliklə Avropa Şurasında təmsilçiliyin müqayisəsi məncə, o qədər də uyğun deyil. Şura əvvəl də qeyd etdiyimiz kimi kifayət qədər daha təsirli və böyük miqyaslı quruluşdur.
AŞ insan hüquq və azadlıqlarının Avropada ən uğurlu müdafiə mexanizmini təqdim edən bir qurumdur.
Avropa Şurasından çıxmaq 3-5 günün işi deyil. Bu proses azı 1 ilə qədər vaxt aparan prosesdir. Həm də belə addımın atılması az ehtimal olunandır. Həm hökumət, həm vətəndaş cəmiyyəti ən müxtəlif sahələrdə bu qurumdan dəstək alır.
Ən başlıcası, bu təşkilata üzvlük 10 milyonluq ölkəyə hüquq və azadlıqların təsirli müdafiəsi imkanı yaradır. Belə addım bütün ölkə həyatını təsirləndirən addım olardı.
Sual: Avropa Şurası Nazirlər Komitəsində bir neçə iş var, o cümlədən Avropa Məhkəməsində olan işlər var. Azərbaycan Avropa Şurasından çıxarsa, onların aqibəti necə olacaq?
Cavab: Şuraya üzvlüklə bağlı məsələlər onun nizamnaməsi ilə tənzimlənir. Həmin sənədə görə, üzv ölkələr üzvlükdən çıxmaq üçün müraciət edə bilərlər.
Belə müraciət ilin son 3 ayında təqdim edilirsə, ona baxılıb yekun qərar verilməsi növbəti ilin sonuna qədər davam edir. İlin əvvəlində müraciət daxil olursa, ilin sonunda yekun qərar verilir.
Bu müddət çərçivəsində bütün prosedurlar davam edir – həm AİHM-ə şikayətlərin göndərilməsi, göndərilmiş şikayətlərə baxılması və.s. AİHM-in qərarlarının icrasına nəzarət mexanizmi də həmçinin, işləməyə davam edir.
AİHM-də icraata qəbul edilmiş şikayətlərə baxılması və qərar verilməsi isə icraatda olan şikayətlər bitənə qədər davam edir. AŞ üzvlüyündən çıxma təsdiqləndikdən sonra şikayət vermək imkanı tükənmiş olur.
Sual: Azərbaycan vəziyyəti düzəldə bilmək üçün hansı addımlar atmalıdır?
Cavab: Hirslə qalxan, zərərlə oturar, - deyimi var. Bu mərhələdə soyuqqanlı davranmaq, ölçü-biçili qərarlar verilməsi ən doğru olandır. AŞPA-nın müvafiq qətnaməsində səsvermə hüququnun məhdudlaşdırlmasına göstərilən əsaslar ətraflı ifadə edilib.
Qarabağ məsələsi ilə bağlı göstərilənlər xaric, yerdə qalan məsələlər doğrudan da problemlidir.
İstər media azadlığının, jurnalistlərin durumu olsun, istər siyasi məhbus məsələsi olsun, istər Avropa Məhkəməsinin qərarlarının tam icra edilməməsi olsun, bu sahələrdə illərdir ki, mövcudluğunu saxlayan problemlər var.
Son 2 ildə ölkədəki bütün siyasi institutları təsirləndirən 2 qanun – Media haqqında və Siyasi partiyalar haqqında qanunlar qəbul edilib. Həmin qanunlara AŞ standartları işığında mənfi rəy verilib.
Qeyd edilən məsələlər sahəsindəki narahatlıqları çözməyə yönəlik addımların atılması həm AŞ-da təmsilçilik baxımından, həm də ölkə vətəndaşlarının mənafeyi, maraqları baxımından çox faydalı olardı./Turan
Kamran Mahmudov /Müxbir
Digər xəbərlər
Tarix: 28-01-2024 14:30 | Bölmə: Aktual / Müsahibə | Baxış: 129

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024