“Əslində Paşinyan yox, Ermənsitan təslim olub”- Petrosyandan sensasion məqalə
“Paşinyanın yerində kimin – Robert Koçaryanın, Serj Sarkisyanın, lap belə deyək ki, İşxan Saqatelyanın olmasından asılı olmayaraq istənilən şəxs, Ermənistana qəbul etdiriləcək qərarı itaətkarcasına qəbul etməli olardı”.
AzadlıqRadiosunun erməni xidməti – Azatutyunun məlumatına görə bunu özünün ilur.am saytında dərc etdiyi məqaləsində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan yazıb.
Ter-Petrosyanın fikrincə “hazırkı daxili siyasi qarşıdurma” Ermənistanın qarşıdan gələn çətin danışıqlardakı mövqeyini zəiflədir: “Kompromislərdən imtina və status quo-nun saxlanması siyasətinin milli fəlakətə gətirib çıxardığını sübut etməyə ehtiyac yoxdur. Fəlakətdən sonra bunu hətta həmin siyasətin bəzi keçmiş tərəfdarları da etiraf edirlər”.
Levon Ter-Petrosyanın məqaləsində daha sonra deyilir: “Amma bununla yanaşı, özlərinə haqq qazandırmaq üçün bir çoxları isbat etməyə çalışırlar ki, onlar lap kompromis yolunu seçsəydilər də nəticəsi belə olacaqdı. Bu, aciz bir şəkildə özünə haqq qazandırmaq çəhdindən başqa bir şey deyil... Çünki tarix feilin şərt formasını xoşlamır”.
Ermənistanın birinci prezidenti yazır ki, tarix yalnız baş verənləri qeydə alır: “Buna görə də Qarabağ münaqişəsinin kompromis yolu ilə həllinin əleyhdarları (dövlət xadimləri, ziyalıların nümayəndələri) öz antimilli hərəkətlərinə nə qədər haqq qazandırmağa çalışsalar da, gec ya tez, tarix məhkəməsinin qarşısında dayanacaqlar... Bundan hələ heç kim qaça bilməyib”.
Levon Ter-Petrosyan yazır ki, kompromis əleydarlarının bugünkü hərəkətləri də Ermənistan və Qarabağdakı böhranı dərinləşdirir.
Keçmiş prezident bildirir ki, indiki müxalifətin başlıca məqsədinin nə olduğu bilinmir: “Serj Sarkisyanın təşəbbüsü ilə Paşinyana “təslimçi” yarlığı yapışdırılıb. Bu bəlkə həqiqət olsa da, yarımçıq həqiqətdir. Əslində Paşinyan yox, Ermənsitan təslim olub. Paşinyan sadəcə olaraq Ermənistanın kapitulyasiyası haqqında bəyanata qol çəkib.
Bu səbəbdən də Paşinyanın yerində kimin – Robert Koçaryanın, Serj Sarkisyanın, lap belə deyək ki, İşxan Saqatelyanın olmasından asılı olmayaraq, istənilən şəxs Ermənistana qəbul etdiriləcək qərarı itaətkarcasına qəbul etməli olardı”.
Levon Ter-Petrosyan yazır ki, problem Ermənistanda kimin lider olmasından asılı deyil: “Əgər bu sadə həqiqət başa düşülməsə, ölkəmizin daxili siyasi silkələnməsi davam etdirilsə, bizdən tələb olunacaq qərarlar, Paşinyanın, yoxsa başqa birinin yekun sənədə qol çəkməsindən asılı olmayaraq dəfələrlə ağrılı olacaq”.
Keçmiş prezidentin fikrincə müxalifətin indiki liderləri bunu başa düşmürlərsə, deməli onların siyasətdən anlayışları yoxdur: “Yox, əgər onlar bunu anlayaraq daxili siyasi silkələnməni davam etdirirlərsə, deməli onlar milli maraqlara qətiyyən aidiyyatı olmayan başqa maraqları güdürlər”.
Bununla yanaşı Ter-Petrosyanın fikrincə müxalifətin təşkil etdiyi etirazlara hazırkı hakimiyyətin sərt reaksiyası da milli maraqlara xidmət etmir: “Ümidsiz bir şəkildə nikbin olaraq, mən hər halda gözləyirəm ki, qarşıduran tərəflər, nəhayət, öz mövqelərinin təhlükəliliyini dərk edəcək, vəziyyəti daha da mürəkkəbləşdirməmək və yeni təhlükələrdən yan keçmək naminə hər hansı bir razılaşmaya nail olacaqlar”.
Levon Ter-Petrosyan yazır ki, “əgər ziyalıların nümayəndələri vətənpərvər bir işlə məşğul olmaq istəyirlərsə, qoy Nikol Paşinyanı, Robert Koçaryanı, Serj Sarkisyanı bir masa ətrafına gələrək daxili siyasi böhrandan çıxış yolu tapmağa məcbur eləsinlər”.
Press-fakt.com
Digər xəbərlər
Tarix: 06-05-2022 10:00 | Bölmə: Aktual / Rezonans | Baxış: 198

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024