«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneədir”- Paşinyan

Tarix: 01-02-2024 21:00 | Bölmə: Aktual | Baxış: 103


“Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağ və Ermənistanın birləşdirilməsinə əsaslanırsa, bölgədə müharibə olacaq, heç vaxt sülh olmayacaq”. 

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Radiosunun efirində bəyan edib. 

Baş nazir ölkənin Müstəqillik Bəyannaməsini Azərbaycanla sülhə maneə adlandırıb və Ermənistan Konstitusiyasının dəyişdirilməsini zamanın tələbi olduğunu vurğulayıb.

O həmçinin Ermənistanın öz təhlükəsizliyini sərbəst şəkildə təmin edə bilməsinin vacibliyindən danışıb. 

“Biz bu mühitdə yaşamağı bacarmalıyıq və mümkün qədər müstəqil şəkildə öz təhlükəsizliyimizi təmin etməliyik”, - deyə hökumət başçısı bildirib. 

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024