«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Azərbaycan-yəhudi münasibətləri 2700 il əvvələ gedib çıxır”- İsrail mətbuatı

Tarix: 21-02-2024 13:30 | Bölmə: Aktual | Baxış: 102



“Bir çox amerikalı yəhudi prezident Baydenin nə vaxtsa yəhudi icmasını ABŞ vergi ödəyicilərinin pulu ilə maliyyələşdirəcəyini yalnız arzulaya bilər, halbuki Prezident Əliyev bunu Azərbaycandakı yəhudi icması üçün edir”.

Bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusununun sabiq polkovnik-leytanantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar ölkəsinin nüfuzlu “Israel Ha Yom” nəşrində dərc olunmuş “Dostunu tanı” sərlövhəli məqaləsində yazıb.

Qeyd olunub ki, İsrail beynəlxalq arenada bu qədər problemlə üzləşdiyi bir vaxtda antisemitizm təcrübəsinə malik olmayan və yəhudi dövlətindən dəstəyini əsirgəməyən Azərbaycanı həqiqətən dəyərləndirməlidir. 

Necə ki İsrail əleyhinə etirazçılar Nyu-York və London küçələrində yürüş etsələr də, Bakıda onlara praktiki olaraq heç bir yerdə rast gəlinmir. 

Bəli, azərbaycanlılar bu münaqişədə dinc əhalinin əziyyət çəkməsindən çox kədərlənirlər, lakin İsrailə qarşı qərəzli mövqe tutmurlar. Onları dünyanın digər xalqlarından fərqləndirən də budur.

Müəllifin fikrincə, bəziləri İsraillə Azərbaycan arasındakı zəngin münasibətləri qısqanclıq zəminində “silah əvəzinə neft” sazişi ilə səciyyələndirməkdən uzağa gedə bilməsələr də, iki ölkə arasında strateji münasibətlərdə bundan qat-qat artıq dəyərlər var. 

Tarixə qısa ekskurs edən israilli professor diqqətə çatdırıb ki, Azərbaycan-yəhudi münasibətləri 2700 il əvvələ, Babil sürgünündən qaçan yəhudilərin Qafqazda məskunlaşdığı vaxta gedib çıxır. 

Yəhudilərin sıxışdırıldığı digər ölkələrdən fərqli olaraq əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda yəhudi xalqı heç bir ayrı-seçkiliklə üzləşməyib.

Əksinə, yəhudi icması bu yaxınlarda növbəti dəfə prezident seçilmiş İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir.

Məqalədə qeyd olunur ki, Qafqaz Dağ Yəhudiləri Ümumİsrail Assosiasiyasının sədri, Dağ Yəhudilərinin Parlament Lobbisinin baş direktoru, Xarici İşlər Nazirinin Qafqaz Yəhudilərinin Məsələləri üzrə müşaviri Pavel Elizarov Azərbaycan Prezidenti İlham Əliyevə qələbə münasibətilə təbrik məktubu ünvanlayıb.

O bunu ona görə edib ki, Prezident İlham Əliyev və onun atası mərhum Heydər Əliyev Sovet İttifaqının squtundan sonra Azərbaycanda yəhudi həyatının bərpasında, sinaqoqların yenidən qurulmasının maliyyələşdirilməsində, yəhudi məktəblərinin fəaliyyətində və digər fəaliyyətlərdə görkəmli rol oynayıblar. 

Bir çox amerikalı yəhudi prezident Baydenin nə vaxtsa yəhudi icmasını ABŞ vergi ödəyicilərinin pulu ilə maliyyələşdirəcəyini yalnız arzulaya bilər, halbuki Prezident Əliyev bunu Azərbaycandakı yəhudi icması üçün edir.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: https://www.israelhayom.com/opinions/know-thine-fr...



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024