Sənədsiz evlərlə bağlı MÜHÜM AÇIQLAMA - "De-fakto yaşayanın de-yure yaşadığı inkar edilir"
Ötən gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsi zamanı vətəndaşların qeydiyyatındakı problemlərdən də danışılıb.
Millət vəkili Zahid Oruc bildirib ki, vətəndaşların qeydiyyat məsələsində ciddi problemlər var:
“Hesabatda Ombudsmanın müraciəti ilə vətəndaşların probleminin həll edildiyi qeyd edilib. Bəs Ombudsmana müraciət etməyənlər necə? Biz istəyirik ki, bu vətəndaşların hamısının problemi həll olunsun. Sənədsiz evlərin qeydiyyata alınması problemi həll edilməlidir. Bu məsələyə məruzədə yer verilib.
Hökumət strukturlarından bununla bağlı ciddi addım atmağı tələb edirik. Necə olur ki, vətəndaş yaşadığı evdən övladını əsgər yola salır, bütün kommunal xidmət haqlarını ödəyir, amma orada qeydiyyatda deyil”.
Məlum olduğu kimi, Abşeron yarımadasında son 25 ildə çoxlu sayda yaşayış massivləri salınıb. Həmin massivlərin çoxunda əmlak sahibi olan şəxslər bu vaxtadək Dövlət Reyestrindən çıxarış ala bilmirlər. Ona görə də illərlə yaşadıqları evə pasport qeydiyyatına düşə bilmirlər.
Amma həmin adamlar bütün kommunal xərcləri ödəyirlər. Üstəlik onlar hansısa rayonda pasport qeydiyyatında olmalarına baxmayaraq, ölkənin ictimai, sosial-iqtisadi həyatına Abşeron yarımadasından qoşulurlar. Yəni, de-fakto Abşeronda yaşayan vətəndaşın de-yure burada yaşadığı inkar edilir.
“Çıxarışsız əmlakların sayı yarım milyondan artıqdır”
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, təkcə Abşeron yarımadasında yüzminlərlə, bütövlükdə isə ölkə üzrə 500 mindən artıq çıxarışı olmayan əmlaklar mövcuddur:
“Bu da o deməkdir ki, ən azı 2 milyon insan Abşeron yarımadasında qeydiyyatsız yaşayır. Açıq deyək ki, vətəndaş evini tikib, içində yaşayır. Bütün kommunal xidmətlərdən yararlanır.
Amma dövlət bu vəziyyətdə çox şey itirir. Əgər həmin evlərə çıxarış verilsə, vətəndaş ilk növbədə faktiki yaşadığı əraziyə pasport qeydiyyatına düşər. Bundan başqa vətəndaş əmlakını asanlıqla satışa çıxarar, banka girov qoya bilər, sığorta etdirər.
Bütün bunlardansa təkcə vətəndaş yox, dövlət də qazanar.
Hər il dövlət büdcəsinə ortalama milyonlarla manat vəsait daxil olar. Çıxarışı olmayan əmlaklar sığorta bazarından məcburən kənarda qalır. Girov predmeti ola bilməməsi də bankların əl qolunu bağlayır.
Ən əsası çıxarışı olmayan evlər bu gün alınıb-satılır. Amma bu əməliyyatlar notarial qaydada deyil, fərdi qaydada, nəğd ödəniş aparılmaqla həyata keçirilir.
Bundansa itirən yalnız dövlətdir. Ona görə də sənədsiz evlərə çıxarış verilməsi bir çox problemlərə, o cümlədən də qeydiyyat məsələsinə çözüm olar”.
Surxay Atakişiyev
Digər xəbərlər
Tarix: 02-03-2024 18:05 | Bölmə: Aktual | Baxış: 126

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024