«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
PAŞİNYANIN 31 KƏND İDDİASI - Məqsədi nədir və hansı əraziləri nəzərdə tutur? /FOTO

Tarix: 04-03-2024 19:55 | Bölmə: Aktual | Baxış: 121



"Nikol Paşinyan 31 kəndin və 170 kvadratkilometr ərazinin Azərbaycanın nəzarətinə (və ya əlinə) keçdiyini açıqlayıb və belə bir xəritə də paylaşıblar".

XERİTE SON.jpg (270 KB)

Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli öz sosial media hesabında qeyd edib.

aziz.jpeg (273 KB)

Həmin paylaşımı təqdim edirik:

"Aydınlıq gətirmək lazımdır ki, Ermənistan bu iddialar ilə sülh prosesinə zərbə vurmağı hədəfləyir - desək, bu, ümumi yanaşmadır. Amma konkret nəyi hədəfləyir?

Bax bunu anlamaq üçün 2 detalı bölüşmək lazımdır;

1. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri deyib ki, Fransa bizə çox modern silahlar verib (Açığı, adamın ağlına nüvə silahından başqa nəsə gəlmir)

2. Niyə 31 kənd məsələsi ortalığa atılır?

Qazaxın 7 kəndinin və Kərkinin qaytarılması ilə bağlı Azərbaycanın artan real tələblərinə adekvat cavab vermək və bununla da sülhdən qaçıb, Fransadan aldığı silahları işə salmaq...

Bəs 31 kəndin əsl hekayəsi nədir?

Deməli, son müharibədən sonra GPS ilə müəyyənləşən yeni postlarımız elə zonalara düşür kı, orda mütləq erməni kəndi var: Cermux, Qafan aeroportu kimi nümunələr çoxdur.

Çünki faktiki sərhədin olmamasından istifadə edib Azərbaycan torpaqlarını öz əraziləri kimi istifadə ediblər, indi torpağın sahibi gəlib və adamlar dünyaya car çəkirlər ki, 31 kəndimizi Azərbaycan nəzarət altına alıb".

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024