«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Nazirliyin icarəyə götürdüyü ofisin qiyməti 29% artırıldı - 12 aya 584 min 485 manat ödəyəcək

Tarix: 31-12-2023 22:44 | Bölmə: Araşdırma | Baxış: 94



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.

Milli Observatoriya üçün inzibati bina sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi Alim Yusif oğlu Qiyasov (VÖEN – 1302620552) olub.

Milli Observatoriya Alim Qiyasova məxsus 2 691 kv. metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürəcək və icrə haqqı olaraq 584 min 485 manat 60 qəpik ödəyəcək.
Rəqəmlərdən də göründüyü aylıq icarə haqqı 48 min 707 manat olacaq. İcarəyə götürülən obyektin 1 kv. metrinin aylıq icarə haqqı 18 manat təşkil edəcək.

Onu da qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya 2023-cü ildə də 2 034 kv. metr sahəsi olan inzibati binanın 12 aylıq icarəsi üçün Alim Qiyasova 347 min 814 manat (ayda 28 min 984 manat) ödəyib. İcarəyə götürülən obyektin 1 kv. metrinin aylıq icarə haqqı 14 manat olub.

Açıqlanan məlumatlardan da göründüyü kimi, 2023-cü illə müqayisədə gələn il üçün icarə haqqı 28,6% artıb.

Onu da qeyd edək ki, daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi də Alim Yusif oğlu Qiyasovdan 1 980 kv. metr qeyri-yaşayış sahəsini 6 ay müddətinə icarəyə götürüb və icrə haqqı olaraq 169 min 428 manat 60 qəpik (ayda 28 min 238 manat) ödəyib.

Məlumat üçün onu da qeyd edək ki, nazirliyin 517 min manatlıq tenderinin qalibi olan Alim Qiyasovun sahibkar olduğu bildirilir. Bakı şəhəri, Zərgərpalan küçəsi, ev 66 ünvanında yerləşən “Grand Hotel” mehmanxanasının da Alim Qiyasova məxsus olduğu bildirilir./yeniavaz

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024