"CASUSLUQ SƏNƏTDİR" və ya MÜHARİBƏDƏ ƏN TƏHLÜKƏLİ SİLAH HANSIDIR?..
Məxfi əməliyyatlar və "Eniqma"...
"Bəzən müharibədə qələbə düşmənin düşüncələrinin deşifrə edilməsindən başlayır..."
Düşmənə qalib gəlmək üçün onun düşüncələrini anlamaq gərəkdir. Strategiya bundan ibarətdir və casusluq elə ən ölümcül silahı əldə etməyə imkan verir.
Bu barədə Türkiyənin "Yeni Çağ" nəşri yazıb.
Nəşr qeyd edir ki, buna parlaq misal olaraq ikinci dünya savaşında Almaniyanın "Eniqma" məkrli şifrəli maşınını göstərmək olar.
Məxfi əməliyyatların mənşəyi bəşəriyyətin erkən tarixinə gedib çıxır. Hələ qədim zamanlarda hərbi sərkərdələr və kəşfiyyatçılar düşməni çaşdırmaq və ya məxfi məlumatlar toplamaq taktikasını işləyib hazırlayıb.
Antik dövrdə məxfi əməliyyatlar bir qayda olaraq kəşfiyyat məlumatlarının toplanmasına və düşmənin diqqətini yayındırmağa köklənib.
Məsələn, Fars imperiyası zamanında casuslar düşmən ərazisinə daxil olaraq məlumatlar toplayıb və ordunun yerdəyişməsini öyrənib.
Buna analoji olaraq Roma imperiyası həmçinin məxfi agentlərindən öz düşmənlərini müşahidə etmək və strateji əhəmiyyətli məlumatları toplanmaq üçün istifadə edib.
Strategiya düşmənin necə düşünməsindən başlayır. Casusluq düşmənin niyyətlərinin üstünün açılmasına yönəlib. Orta əsrlərdə cəngavərlər məlumatların toplanması, krallıq və feodal knyazlıqlar arasında diversiyalar üzrə vəzifələri icra edib.
Vətəndaş savaşları zamanı casusluq fəaliyyəti xüsusilə fəal olub. O cümlədən qalanın mühasirəyə alınması zamanı casuslar arxaya keçərək, düşmənin zəif yerlərini aşkar edib və mühüm məlumatlar əldə edib.
Müasir dövrdə məxfi əməliyyatlar daha məkrli olub. İkinci dünya savaşında müttəfiq qüvvələr düşməni çaşdırmaq üçün dezinformasiya və saxta kəşfiyyat əməliyyatları keçirib.
Məsələn, Normandiyada desant çıxarılmazdan öncə keçirilən "Fortitude" əməliyyatı Almaniyanı çaşdırmaq məqsədilə aldadıcı hərbi manevrlər və hərəkətlər seriyasını nəzərdə tutub.
"Soyuq müharibə" zamanı ABŞ və Sovet İttifaqı kimi böyük dövlətlər arasında kəşfiyyat savaşları baş verib.
Hər iki tərəf bir-birini müşahidə etmək, məlumatlar toplamaq və düşmənin niyyətlərini anlamaq üçün məxfi əməliyyatlara əl atıb. Casusluq fəaliyyəti, xüsusilə mühüm məlumatların toplanması və diversiyalar fəal şəkildə həyata keçirilib.
Bizim günlərdə məxfi əməliyyatlar terrorçuluqla mübarizədə və kəşfiyyat məlumatlarının toplanmasında mühüm rol oynayır. Məxfi əməliyyatlar və casusluq fəaliyyəti mütəşəkkil cinayətkarlıq, terrorçu təşkilatlar və kiberhücumlar kimi təhlükələrə qarşı istifadə edilir.
"Eniqma" şifrəli maşınının sındırılması
İnformasiya müharibənin ən güclü silahıdır. Casusluq bu silahdan bacarıqla istifadə etmək sənətidir.
Almaniyanın "Eniqma" şifrəli maşınının sındırılması ikinci dünya savaşında müttəfiqlərin uğurlu əməliyyatının nümunəsidir.
"Eniqma" mürəkkəb şifrəli sistem olub, almanlar tərəfindən hərbi və diplomatik kommunikasiyalarda istifadə edilib və onlar bunu təhlükəsiz hesab edib.
Müttəfiqlər "Eniqma"nın sirrinin tapılması üçün böyük səylər göstərib. Polşa riyaziyyatçısı Marian Reyevskinin rəhbərlik etdiyi qrup maşının əsas iş prinsiplərini təhlil edib və şifrənin bəzi açarlarını əldə edib. Bu, "Eniqma"nın sındırılması üçün mühüm addım olub.
Sonradan bu qrup Bletçli parkında toplaşaraq kompüter alimi Alan Tyurinqin rəhbərliyi altında "Eniqma"nın şifrəsinin sındırılması üzərində işə başlayıb.
Tyurinq "Bomba" elektromexaniki qurğu işləyib hazırlayıb, bu da mümkün kombinasiyaların yoxlanılması yolu ilə şifrələnmənın düzgün açarının axtarışı üçün istifadə edilib.
"Eniqma"nın sındırılması sayəsində müttəfiqlər almanların şifrələnmiş məlumatlarının izlənilməsi imkanını əldə edib.
Bu əməliyyat düşmənin hərbi planlarını, sualtı qayıqların yerdəyişməsini və digər məxfi məlumatları əldə etməyə imkan verib. Bu strateji üstünlük müttəfiqlərə müharibədə mühüm qələbələr qazanmağa imkan verib.
O cümlədən "Eniqma"nın sirrinin açılması almanların Şimali Afrikada hərəkətlərini əvvəlcədən müəyyən etməyə və səhrada Rommelin hücumunu dayandırmağa imkan verib.
Bundan başqa, şifrəli maşının sındırılması Normandiyada desant çıxarılmasına hazırlıqda böyük rol oynayıb.
"Eniqma"nın deşifrə edilməsi kriptologiya tarixində dönüş məqamlarından biri olub. Bu uğurun tarixçəsi elmi və riyazi qabiliyyətlə yanaşı, komanda işi və innovativ təfəkkür tələb edir.
"Eniqma"nın sındırılması kəşfiyyatın mühüm nailiyyəti olaraq ikinci dünya savaşının gedişinə təsir göstərib və onun dönüş nöqtələrindən biri hesab edilir.
Bəzən müharibədə qələbə düşmənin düşüncələrinin düşifrə edilməsindən başlayır...
Müəllif: Kağan Kaya
Digər xəbərlər
Tarix: 06-01-2024 22:44 | Bölmə: Araşdırma / Maraqlı | Baxış: 101

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024