“Nə sifariş gəlibsə, onu elan eləyin, mən siyasi girovam”- Bəxtiyar Hacıyev
Digər xəbərlər
Tarix: 08-01-2024 17:05 | Bölmə: Araşdırma | Baxış: 54
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev istintaq dövründə anonim müraciət əsasında ona qaçaqmalçılıq, çirkli pulların yuyulması, qanunsuz sahibkarlıq və başqa ittihamların verildiyini deyir.
Press-fakt.com “Azadlıq radiosu”na istinadla xəbər verir ki, vəkillər də bunu təsdiqləyirlər.
Onlar bildirirlər ki, bir elektron poçt ünvanından məktub və sənədlərin surətləri göndərilib. Vəkillərin fikrincə, istintaq göndərənin kimliyini araşdırmadan, sənədlərin əslini tapıb ortaya çıxarmadan ağır ittihamlar irəli sürüb. Bütün bunlar yanvarın 7-də B.Hacıyevin işi üzrə məhkəmənin ilkin hazırlıq iclasında dilə gətirilib.
İctimai fəalın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
B.Hacıyev 2022-ci ilin dekabrında həbs edilərkən bloqer Ülviyyə Muradova (Alovlu) ilə aralarındakı insidentə görə təqsirləndirilsə də, 6 ay sonra onun təşkilatının fəaliyyəti, maliyyə məsələləri ilə bağlı yeni ittihamlar ortaya çıxdı.
İndi özü də, vəkilləri də tələb edirlər ki, həbs olunanda ona verilmiş xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları araşdırılsın və digər ittihamlara elə indidən xitam verilsin. Yanvarın 7-də vəkillər məhkəmədə bu haqda vəsatət qaldırıblar.
“İttihamların əsaslandığı sübutlar qanunsuzdur”
“İttihamların əsaslandığı sübutlar qanunsuzdur”
“Qanun anonim müraciətlərin araşdırılmasını, onun əsasında kiməsə ittiham verilməsini qadağan edir. İstintaqa hansısa e-mail ünvanından nəsə göndərilib.
Bunu göndərən kimdir, nəçidir, bilinmir. Anonim müraciət, mənbəyi bilinməyən, əsli olmayan sənədlərlə Bəxtiyar Hacıyevə verilən ittihamların hamısına xitam verilməlidir. Çünki o ittihamların əsaslandığı sübutlar qanunsuzdur”, - vəkil Elçin Sadıqov belə deyib.
B.Hacıyevin hüquqqoruyucu fəaliyyətinə görə cəzalandırıldığını vurğulayan vəkillər onun ev dustaqlığına buraxılmasından da ötrü vəsatət veriblər.
Müdafiəçilər bildiriblər ki, əslində istintaq müddəti 13 aydan çox ola bilməsə də, baş prokuror Kamran Əliyev B.Hacıyevə münasibətdə bu müddətin uzadılmasına qərar verib. Onlar baş prokurorun sözügedən qərarının qanunsuz olduğunu vurğulayıblar.
İctimai fəalın özü də 13 aydan sonrakı dövrdə həbsdə qanunsuz saxlandığını, özünü təqsirləndirilən şəxs deyil, girov saydığını deyir. Onun sözlərinə görə, təqsirsizliyini sübut etməkdən ötrü vəkilləri istintaqda 40-a yaxın vəsatət versələr də, heç biri təmin olunmayıb.
Bu məhkəmədən də qanuni və ədalətli yanaşma gözləntisi olmadığını vurğulayan B.Hacıyevin fikrincə, hansı sifariş gələcəksə, hakimlər də o hökmü oxuyacaqlar:
“İstərdim ki, özümü məhkəmə qarşısında hiss eləyim, amma eləmirəm. Vəkillərim nikbindir, vəsatətlər verirlər. Mənə qalsa, heç bir vəsatət verilməsin, siz də nə sifariş gəlibsə, onu elan eləyin, qurtarsın.
Mən siyasi girovam. Bir ay sonra ölkədə prezident seçkisi keçiriləcək. Bir dəfə də olsun seçkiyə siyasi məhbuslarsız getməyiblər. Belə çıxır ki, özünü güclü sayan hakimiyyət Qubad İbadoğlu, Bəxtiyar Hacıyev və digərlərindən qorxur”.
Hakim Əli Məmmədov ictimai fəalın çıxışını dayandırıb, hətta iki dəfə protokol qaydasında ona xəbərdarlıq edib.
Prokuror vəsatətlərin təmin olunmamasını istəyib. Fikrini də belə əsaslandırıb ki, hələ məhkəmə araşdırması aparılmalı, işdəki sübutların qanunsuz olub-olmadığı prosesin gedişində aydınlaşdırılmalıdır.
Hakimlər də B.Hacıyevin ev dustaqlığına buraxılması, qanunsuz sübutlara əsaslanan ittihamlara xitam verilməsi, əlavə şahidlərin dindirilməsi və s. haqda vəkillərin qaldırdığı vəsatətlərin hamısını rədd ediblər.
Qərar verilib ki, ictimai fəala qarşı 10-a yaxın maddə ilə irəli sürülmüş ittihamların hamısına məhkəmədə baxılsın. Məhkəmə baxışı yanvarın 19-na təyin edilib.
Xatırlatma
Xatırlatma
Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs olunarkən ona Cinayət Məcəlləsinin 221.2.2 (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələri ilə ittiham verilmişdi. Bu ittihamlarda Yasamal rayon Məhkəməsindəki zalların birində onunla bloqer Ülviyyə Muradova (Alovlu) arasındakı insidentdən bəhs olunur.
B.Hacıyevin məhkəməsində iki nəfər – bloqer Ü.Muradova və Yasamal rayon Məhkəməsinin icra məmuru Orxan Abdullayev zərərçəkmiş qismində tanınıb.
İstintaqın gedişində B.Hacıyevə qarşı qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və s. əlavə ittihamlar irəli sürülüb.
O özünü təqsirli bilmir, bu ittihamların hamısının əsassız olduğunu deyir və daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına tənqidlərinə görə onun sifarişi ilə həbs olunduğunu iddia edir.
B.Hacıyevə verilən ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024