Auditorlar Palatasında 700 min manatı “yeyiblər”- CİNAYƏT DOSYESİ
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi Azərbaycan Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzovanın cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib.
İttihama görə Azərbaycan Auditorlar Palatasının 3 vəzifəli şəxsi xüsusilə külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.
Daxili araşdırma nəticəsində 2018-2023-cü illər ərzində Maliyyə və texniki təminat idarəsinin əməkdaşları tərəfindən küllü miqdarda vəsaitin mənimsənilməsi aşkar edilib.
Bunu nəzərə alaraq Palata rəhbərliyi tərəfindən 2023-cü ilin 10 iyul tarixində hüquq-mühafizə orqanlarına müraciət edilib, araşdırma aparılması, günahkarların məsuliyyətə cəlb edilməsi və mənimsənilmiş vəsaitin Auditorlar Palatasının hesabına qaytarılması xahiş edilib.
Palatanın maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və digər auditoru Fəridə Novruzovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə dəymiş ziyan 700 min manatdır. Cinayət işi üzrə Azərbaycan Auditorlar Palatası zərərçəkmiş qismində tanınıb.
Məhkəmə iclasında çıxış edən müttəhimlərin vəkilləri vəsatətlə çıxış edib işin ibtidai istintaqa qaytarılmasını istəyiblər. Bildirilib ki, ibtidai araşdırma düzgün aparılmayıb. Vəli Rəhimovun vəkili bildirib ki, Gövhər Əhmədovanın ifadəsi ilə həm Vəli Rəhimova, həm də Fəridə Novruzovaya əlbirlik ittihamı verilib:
“Gövhər Əhmədova ifadəsində Vəli Rəhimovun tapşırıqlarını yerinə yetirdiyini göstərib. Amma bunu təsdiq edən nə bir SMS, nə telefon zəngi, nə də şahid ifadəsi var. İstintaqda bank kartları ilə bağlı sorğular verilib, çıxarışlar alınıb. Müstəntiq ya o çıxarışlara baxmayıb, ya da baxmaq istəməyib.
Orada Gövhər Əhmədovanın üç övladının bank kartlarından bəhs olunur. Birinci övladı deyir ki, mənim xəbərim olmayıb, kartlardan pulları anam çıxarıb. Amma çıxarışlardan görünür ki, həmin kartla Türkiyədən mallar alınıb, restoranlarda hesab verilib”.
Vəkil həmçinin deyib ki, 2020-ci ildə Vəli Rəhimovun oğlu şəhid olub, özü həyatdan küsüb, təxminən bir il uzaqlaşıb: “Baş verənlərə nəzarət edə bilməməsinin səbəbi də bu olub. Qayıdandan sonra neqativ hallar aşkar edib, özü bu barədə rəhbərliyə məlumat verib.
Komissiya təşkil edilib, amma ekspertiza keçirilməyib. Çox primitiv araşdırma aparılıb, məhkəmə istintaqı zamanı bunu araşdırmaq mümkün olmayacaq. Ona görə də ibtidai istintaqa qaytarılmasını istəyirik”.
Digər təqsirləndirilən Fəridə Novruzovanın vəkili də vəsatətin təmin olunmasını istəyib. Müdafiəçi bildirib ki, Gövhər Əhmədovanın övladları da bu işdə iştirakçıdırlar: “Fəridə xanımın müdafiə hüquqları pozulub. Onu aldadaraq sənədlərə qol çəkdiriblər, yanında vəkil olmayıb. Ona görə də ibtidai istintaqa qaytarılsın və cinayət işinə xitam verilsin”.
Təqsirləndirilən Gövhər Əhmədovanın vəkili cinayət işinin ibtidai istintaqa qaytarılmasına etiraz edib. O bildirib ki, cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiya Baş İdarəsində aparılıb. Gövhər Əhmədovanın uşaqlarının ünvanına səsləndirilən fikirlərə də münasibət bildirib.
Deyib ki, onların bu işdə əlbirliyi barədə səsləndirilənlərin heç bir əsası yoxdur.
Dövlət ittihamçısı Orxan Kəngərli də vəsatətin təmin olunmamasını istəyib. Təqsirləndirilənlərdən Vəli Rəhimov və Fəridə Novruzova müdafiə hüquqlarının pozulduğunu məhkəmənin diqqətinə çatdırıblar.
Vəli Rəhimov bildirib ki, ona cinayət işinin materialları ilə tanış olmaq üçün şərait yaradılmayıb. Fəridə Novruzova isə dindirmələrdə vəkilinin iştirak etmədiyini, yalnız sonda yanında müdafiəçisi olduğunu deyib.
Daha sonra məhkəmə hazırlıq iclasının qərarını qəbul etmək üçün müşavirəyə yollanıb. Müşavirədən sonra qərar elan edilib. Qərara görə, iş məhkəmə baxışına verilib. Məhkəmə prosesi yanvarın 26-na təyin edilib./musavat.com
Digər xəbərlər
Tarix: 12-01-2024 18:15 | Bölmə: Araşdırma | Baxış: 81

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024