«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
RUSİYADAN QAÇAN İŞ ADAMLARI HANSI ÖLKƏYƏ ÜZ TUTURLAR? - “Forbes”in araşdırması /SİYAHI

Tarix: 18-01-2024 19:30 | Bölmə: Araşdırma / Sosium | Baxış: 96



“Forbes” jurnalı 2023-cü ildə ölkədən gedən Rusiya vətəndaşlarının xarici ölkələrdə təsis etdiyi şirkətlər və başqa biznes subyektləri ilə bağlı araşdırma aparıb.

Nəşr xəbər verir ki, ötən il rusların ən böyük sərmayə qoyduğu ölkə Gürcüstan olub.

Belə ki, 2023-cü ilin sonunda Gürcüstanda qeydiyyata alınan yeni şirkətlərin sayı ən azı 13 000 olub.

2022-ci ilin fevralından 2023-cü ilin fevralına qədər ümumilikdə Rusiya vətəndaşı olan 16 minə yaxın fərdi sahibkar qeydiyyata alınıb.

İkinci yerdə Qazaxıstan gəlir. “Forbes” yazır ki, ötən il rusiyalılar bu ölkədə 6100 yeni şirkəti qeydiyyatdan keçiriblər. Bir il əvvəl-2022-ci ildə isə ruslar Qazaxıstanda 3500-ə yaxın şirkət yaradıblar.

Ermənistanda gəldikdə, 2023-cü ildə rusların açdığı şirkətlərin sayı 3400, 2022-ci ildə isə 7328 olub. Rəqəmlərdən görünür ki, ötən il daha az sahibkar bu ölkədə biznes qurmaqda maraqlı olub.

Ötən iki ildə Özbəkistan da Rusiyalı sahibkarların diqqət mərkəzində olub. Bu ölkədə 2023-cü ildə 745, 2022-ci ildə isə 900-ə yaxın şirkət fəaliyyətə başlayıb.
Onların bir çoxunu yeni Rusiya vətəndaşları - yenicə Rusiya pasportu almış özbək immiqrantlar açıb.

Avropa ölkələrinə gəldikdə, ilk sırada Çernoqoriya gəlir. Rusiya vətəndaşları 2023-cü ildə burada 3400 yeni hüquqi şəxs, 2022-ci ildə isə 2600 şirkət yaradıblar.

Serbiyada isə ruslar 2023-cü ildə 3000, 2022-ci ildə isə 6000 hüquqi şəxsi qeydiyyatdan keçiriblər.

Qeyd edək ki, “Forbes”in siyahısında Türkiyə də birinci onluqda yer alıb. 

Belə ki, 2023-cü ildə ruslar qardaş ölkədə 2750 şirkət açıb və beləliklə son 2 il ərzində Rusiya vətəndaşlarının qeydiyyatdan keçən şirkətlərin ümumi sayı 23713-ə çatıb.

Rusiyadan gedən sahibkarların maraq göstərdiyi ölkələr sırasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də önəmli yer tutur. 2023-cü ildə BƏƏ-də Rusiya vətəndaşlarının iştirakı ilə təxminən 950–1000, 2022-ci ildə isə 850-yə yaxın şirkət yaradılıb.

Qeyd edək ki, 2022-ci ilin fevralında Ukraynaya qarşı təcavüzkar müharibə başladıqdan qısa müddət sonra çoxu sahibkarlar, imkanlı təbəqənin nümayəndələri olmaqla Rusiyadan yüz minlərlə vətəndaş gedib. 

Onlar postsovet məkanında, Avropada, eləcə də ərəb ölkələrində yenidən iş həyatına başlayıblar.

Bu fakt Rusiya iqtisadiyyatını milyardlarla dollar kapitaldan, məhsuldar qüvvələrdən məhrum edir. Bu tendensiyanın zərəri yaxın illərdə Rusiya iqtisadiyyatında, milli gəlirlərinin həcmində dərindən hiss ediləcək.

E.Rüstəmli

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024