"Qanunsuz hərəkətləri etməyimizə rəisimiz göstəriş verib"- MN-dəki 143 milyonluq cinayət işi
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Anar Məmmədov bildirib ki, 2015-2019-cu illərdə Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsində maliyyə xidmətinin rəisi olub:
“Artıq sifariş verərək dövlət büdcəsindən əlavə pullar alaraq mənimsəmişik. Əlavə yazılan pulların 40 faizini geri qaytarmışam. Həmin pulları Cəlal Kazımova vermişəm.
Hərbi hissədə yoxlamalar aparılıb, əlavə şişirdilmiş vəsaitlər müəyyən edilib. Həmin vasitələri də özümüzə götürmüşük. Sonradan yoxlamaya gələnlərə isə həmin vəsaitlərin bir hissəsini vermişik”.
Şahid deyib ki, Maliyyə Nazirliyinin apardığı yoxlamalarda iştirak edib və həmin yoxlamaların nəticəsi ilə razı olub: “İşlədiyim birinci hərbi hissədə aparılan yoxlama zamanı 391 961 manat, digər hərbi hissədə isə 50 min manat mənimsəmə müəyyən edilib. Həmin məbləğin 161 min manatı mənim tərəfindən mənimsənilib.
Qalan vəsait isə müxtəlif vaxtlarda yoxlamaya gələn Həsən Paşayev və Kərəm müəllimə verilib. Bundan əlavə isə yoxlamaya gələn Cəlal Kazımova da pullar vermişəm.
Birinci xidmət etdiyim hərbi hissədə Cəlal müəllimə tabe olmuşam. Bu səbəbdən yoxlamaların çoxunu da onun özü aparıb. Cəlal müəllim mənim rəisim olub, nə deyib, onu da etmişəm. Onların həmin pulları kimlərə çatdırdığın bilməmişəm”.
Prokurorun suallarına şahid belə cavab verib: “Tərəfimdən vurulmuş ziyanın ödənilməsi istiqamətində çalışıram və yaxın müddətdə ödəyəcəyəm”.
Təqsirləndirilən şəxs Cəlal Kazımov şahidin dediklərinə etiraz edib. Cəlal Kazımov şahidi yalan danışmaqda ittiham edib: “Bu bizim qoyduğumuz qaydayla işləməyib. Heç kimə də bir qəpik pul verməyib. Bu, Daxili Qoşunlardan gəlmişdi. Orada gizir idi, bizdə zabit oldu.
Bu hərbi hissədə olan qadınların kartlarına pulları vurub, sonra onlardan hansısa yolla pulları alıb. Bununla bağlı məsələləri birbaşa təftişinin rəisi olan Rafael Xələfova məruzə etmişəm. Məndən qabaq heç kim bunun işini yoxlamayıb. Çünki bu Namiq Poladovun yaxın adamı idi. Hər ikisi eyni vaxtda Daxili Qoşunlardan bir gəlmişdi.
Bunun işində çatışmazlıqları aşkar edib, izahatını almışdım, artıq olan pulları da vermirdi. Axırda bağını satıb verəcəyini bildirdi. Sonradan nazirlikdə aləm bir-birinə dəydi.
Dedilər onunla nə işin var? Birbaşa nazirinin bacanağı olan general Elxan İbrahimova çıxmışdı. Bütün məsələləri birbaşa Nizami müəllimə dedim”.
Nizami Məmmədov məsələyə münasibət bildirib. O deyib ki, məsələlərdən xəbərdar olub: “Tapşırıq verdim ki, heç kim ondan pul almasın, nə də artıq maliyyə sifarişi qəbul etsin. Həm də ona ciddi nəzarət edilməsi ilə bağlı tapşırıq verdim. Bir müddət sonra həmin hərbi hissədən çıxartdım, başqa balaca hərbi hissəyə göndərdim.
Anar Məmmədovda olan artıq pulun dövlət büdcəsinə qaytarılmasını tələb etdim və pul dövlət büdcəsinə qaytarıldı. İndi burda bilirəm ki, bu getdiyi hərbi hissədə də pul mənimsəyib”.
Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə şahidə dövlətə tərəfindən vurulmuş ziyanı ödəməyi təklif edib. Deyib ki, şahid Anar Məmmədov tərəfindən vurulmuş ziyanla bağlı burada olan digər təqsirləndirilən şəxslərə ümumi ittiham verilib.
Vəkil deyib ki, tərəflərin vurulmuş ziyanı ödəməsi ümumi işin xeyrinə ola bilər.
Bu məsələ ilə bağlı prosesə sədrlik edən hakim Fikrət Əliyev də şahidə qısa arayış verib: “Bütün görülən işlər vahid cinayət işində birləşdirilib. Ziyanın ödənilməsi işin hallarına müsbət nəticələnir.
Cinayət Məcəlləsinin 179-cu maddəsi üzrə ziyan ödənildiyi halda istintaq tərəfindən cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilir. Lakin dəymiş ziyanı ödəməyən şəxsin barəsində həbs qətimkan tədbiri seçilir.
Şahidlərlə bağlı vurulmuş ziyan üzrə ayrıca icraatda iş gedir. Bu səbəbdən hazırda istintaqı aparılan işlər hazırkı cinayət içi araşdırılan işlə əlaqəli işdir.
Sizə məsləhət görürəm ki, ziyanı ödəyəsiniz, yoxsa barənizdə tədbir görülə bilər. İndi ziyanı ödəmək öz işinizdir. Amma mən yumşaq şəkildə problemin həll olunmasını izah etdim".
Daha sonra şahid qismində ifadə verən Emin Əhmədov bildirib ki, qanunsuzluğa yol veriblər, bunun da nəticəsində dövlətə ziyan dəyib: “Bizə qanunsuz hərəkətləri etməyimizə rəisimiz göstəriş verib. Sonradan yoxlamalar aparılıb.
Artıq qalan vəsaitin 65 faizini yoxlamaya gələnlərə vermişəm, 35 faizini özünə götürmüşəm. Ümumilikdə, mənim tərəfimdən dəyən ziyan 108 min manatdır. Bunun da 30 min manatını ödəmişəm. Qalan pulu da ödəyəcəyəm”.
Proses fevralın 2-də davam edəcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Digər xəbərlər
Tarix: 26-01-2024 21:45 | Bölmə: Araşdırma | Baxış: 124

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024