DÜNYANIN SÖZ SAHİBLƏRİNƏ QADAĞALAR QOYAN AGENTLİK- Məxfi Xidmətin müstəsna səlahiyyətləri
Amerika Təhlükəsizlik Nazirliyinin tabeliyində olan ABŞ Məxfi Xidməti 1865-ci ildə yaradılıb. Həmin dövrdə maliyyə naziri Hyu Makkalox prezident Avraam Linkolna rəsmi müraciət edərək ölkədə saxta pulların hazırlanmasına qarşı mübarizə aparacaq bir qurumun yaradılmasının vacib olduğunu bildirib.
Nazirin təklifi qəbul olunub, prezidentin sərəncamı ilə Maliyyə Nazirliyinin tabeliyində Məxfi Xidmət yaradılıb. 1901-ci ildə isə Konqresdə ABŞ prezidentlərinə qarşı sui-qəsd cəhdlərinin sayının artması müzakirə olunanda qərara alınıb ki, ölkənin birinci şəxslərinin təhlükəsizliyi ilə bağlı xüsusi bir qurum yaradılsın.
Müzakirələr zamanı qərar qəbul edilib ki, Maliyyə Nazirliyinin tabeliyində olan Məxfi Xidmətin səlahiyyətləri və ştatları artırılsın, qurum Təhlükəsizlik Nazirliyinin tabeliyinə verilsin və federal agentlik statusunda olsun.
Beləliklə də, agentliyin əsas funksiyalarından biri də prezidentin, vitse-prezidentin, onların ailə üzvlərinin, yüksək vəzifəli dövlət məmurlarının, sabiq prezidentlərin və onların həyat yoldaşlarınının, prezidentliyə və vitse-prezidentliyə namizədlərin, həmçinin xarici ölkələrin diplomatik nümayəndələrinin təhlükəsizliyini təşkil etmək və qorumaqdan ibarət olub.
Xidmət eyni zamanda əvvəlki funksiyalarını da icra edib.
Yeni yaradılmış federal agentliyə müstəsna səlahiyyətlər verilib. Bu səlahiyyətlərdən biri də prezidentlərə tətbiq olunan qadağalardır.
Maraqlıdır, dünyada söz sahibi olan Amerika prezidentlərinə nələri qadağan ediblər?
Amerika prezidentlərinə istənilən vaxt telefonu götürüb yaxınlarına, dostlarına zəng vurmaq, hal-əhval tutmaq qadağan olunub.
Hər zəng istəyindən əvvəl prezidentlər mütləq şəkildə ABŞ Məxfi Xidmətinin əməkdaşlarını məlumatlandırmalıdırlar. Yalnız onların “icazə”sindən sonra prezident istədiyi şəxslə telefonla danışa bilər.
Prezidentlər restoran və kafelərə getməkdən məhrumdurlar. Daha dəqiq desək, prezident sıravi vətəndaşlar kimi hansısa bir restoranda şam etmək fikrinə düşəndə, bu haqda hökmən Məxfi Xidmət əməkdaşlarına məlumat verməlidir.
Prezidentin şəxsi dequstatoru yeməklərin dadına baxmamış, prezident əlini masaya yaxınlaşdıra bilməz. Bununla yanaşı o, menyudakı istətənilən yeməyi sifariş etməkdən də məhrumdur. Çünki menyunu prezidentin şəxsi həkimi müəyyənləşdirir.
ABŞ prezidentləri övladlarının iştirak etdikləri tədbirlərə getməkdən məhrum ediliblər. Əgər prezidentin oğlu, yaxud da qızı hansısa bir idman yarışında və ya bilik yarışmasında iştirak edirsə, o, digər valideynlər kimi həmin tədbirə gedib öz övladına “azarkeşlik” edə bilməz.
Elə yəqin ki, bu səbəbdən də bir çox prezidentlərin övladları Ağ Evdə təhsil alıblar, bütün tədbirləri də Ağ Ev çərçivəsində keçirilib.
Ağ Evin sahibləri öz iş kabinetlərində səliqə sahman apara bilməzlər. Hətta onlara lazımsız məktubları tullamağa, yaxud elektron poçtlarından silməyə icazə verilmir. Bu işləri Ağ Evdə xüsusi əməkdaşlar icra edirlər.
Qadağaların ən “darıxdırıcısı” isə prezidentlərin istər kabinetdə, istərsə də avtomobildə pəncərələri açmaq qadağasıdır. Beş-on dəqiqə təmiz hava almaq üçün prezidentlər Məxfi Xidmətin əməkdaşlarından icazə almaq məcburiyyətində qalırlar.
ABŞ prezidentlərinə qoyulan ən ciddi qadağalardan biri də onlara verilən hədiyyələrlə bağlıdır. Belə ki, prezidentlər qiyməti 375 dollardan yuxarı olan hədiyyələri şəxsi hədiyyə kimi qəbul edə bilməz.
Əgər hədiyyənin qiyməti göstərilən məbləğdən yüksəkdirsə, həmin hədiyyə ABŞ Milli Arxivinə təhvil verilməlidir.
Amerika prezidentləri istədikləri vaxt telefonlarını, planşetlərini yenisi ilə əvəzləyə bilməz. Yəni onlar sıravi vətəndaşlar kimi sürətlə yenilənən texnologiyalara dərhal sahib ola bilməzlər.
Bunun üçün əvvəlcədən Məxfi Xidmətin mütəxəssis əməkdaşları prezidentin istifadə etmək istədiyi cihazın təhlükəsizlinə tam əmin olmalıdır və yalnız onların icazəsindən sonra prezident yeni cihazdan istifadə edə bilər.
Amerikanın birinci şəxsləri hətta ən təhlükəsiz və komfortlu kommersiya reysləri ilə belə uçuş edə bilməzlər. Bu arzuda olan ABŞ prezidentlərinə Məxfi Xidmət düşünmədən “yox” cavabını verir.
Əgər prezident basketbol, futbol, qolf və digər idman oyunlarını oynamaq istəyirsə, o, bu haqda ən azı dörd saat əvvəldən Məxfi Xidmətin əməkdaşlarını məlumatlandırmalıdır.
Amerika prezidentlərinə kinoteatrlarda film seyr etmək də qadağan olunub. Onlar hansı filmi arzulayırlarsa, həmin film Ağ Evdə nümayiş edilir. Bu qadağa bir çox prezidentlərin heç də ürəyincə olmayıb. Çünki onlar da yaxşı anlayıblar ki, kinoteatrda filmlərə baxmağın effekti tam fərqlidir.
ABŞ prezidentləri qanunvericiliyə görə Məxfi Xidmətin bütün tələb və göstərişlərini (təhlükəsizlik baxımından) yerinə yetirməyə bocludur.
Göründüyü kimi bir çox güzəşt və imtiyazlara malik olan Amerika prezidentlərinə tətbiq olunan qadağalar heç də az deyil.
Amma bütün hallarda bu qadağaların tətbiqi mütləq və vacibdir. Çünki tarixdə dövlət başçılarına sui-qəsd halları az olmayıb. Elə Amerika Birləşmiş Ştatlarının tarixində də prezidentləri sui-qəsd nəticəsində öldürülməsi faktları da var./musavat.com
Digər xəbərlər
Tarix: 28-01-2024 13:00 | Bölmə: Araşdırma / Maraqlı | Baxış: 130

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024