ALLAHIN YOX, PUTİNİN QULU...- Avropa Rusiya Patriarxını niyə cəzalandırır?
Keçmiş SSRİ respublikalarındakı dini rəhbərlərin əksəriyyətinin KQB agentləri olduğu barədə mütəmadi olaraq müxtəlif KİV-lərdə məlumatlar yayılıb. Bu adamların din adı altında göstərdikləri fəaliyyətlər, davranışları, cəmiyyətə mesajları isə onlar barəsində formalaşan “agent” təsəvvürünün heç də təsadüfi olmadığını zaman-zaman təsdiqləyib.
Keçmiş SSRİ respublikalarının böyük əksəriyyətində dini rəhbərlər SSRİ dövründən qalmadır. Həmin dövrdə isə doğrudan da səmimi olaraq Allahını, dinini tanıyan, bəşəri və dini dəyərləri dövlət rəhbərlərinin əmrlərindən, göstərişlərindən və öz şəxsi maraqlarından üstün tutan “təsadüfi” din xadimləri bu yüksək vəzifəyə təyin oluna bilməzdilər.
Nəticədə bu adamlar Allahın yox, ya hansısa xüsusi xidmət orqanının, ya da hakimiyyətin qulluğunda durmuş oldular. İndi isə bu “din tacirləri” adətən “ali dini lideri” olduqları ölkələrin ən zəngin şəxsləri sırasında yer alır, dəbdəbəli malikanələrdə yaşayır, ən bahalı avtomobillərdə gəzirlər, onların cangüdənləri, qulluqçuları, sürücüləri və digər xidmətçiləri var.
Onların yaxın ətrafı, övladları, qohum-əqrəbaları yüksək vəzifələrə yerləşdirilir, özləri dövlətdən böyük imtiyazlar alır, böyük bizneslərə sahib olurlar. Belədə isə din, Allah, vicdan, insaf, mərhəmət, ədalət hissi və s. təbii ki, ikinci də yox, on ikinci plana keçir. Bu adamların boynundan xaçı, əynindən ətəyi yerə dəyən bər-bəzəkli paltarları, yaxud başından əmmaməni çıxarsaq, qarşımızda adi merkantil iş adamını, möhtəkiri, alverçini görəcəyik. Təəssüf ki, bütün bu qeyd etdiklərimizin əhəmiyətli hissəsini elə Azərbaycanın timsalında da görmək çətin deyil...
Bütün bunlara baxmayaraq, çox nadir hallarda yüksək rütbəli “din oliqarxları” öz fəaliyyətlərinə, əməllərinə görə layiq olduqları ictimai qınağa və hüquqi cəzaya çatdırılırlar. Bu baxımdan Rus pravoslav kilsəsinin rəhbəri Patriarx Kirillə qarşı Avropa İttifaqının sanksiya tətbiq etməyə hazırlaşdığına dair “Reuters” agentliyinin yaydığı xəbər maraq doğurur.
Xəbərdə deyilir ki, rus patriarxının Qərbdəki bütün aktivlərinə, pullarına, mülklərinə həbs, Avropa ölkələrinə girişinə qadağa qoyulacaq. Bu, o deməkdir ki, Kirillin Avropada varidatı, mülkləri, pulu var. Bu, həm də o deməkdir ki, avropalıların, eləcə də dünyanın nəzərində Rus Patriarxının əhalisinin böyük hissəsi pravoslav olan Ukraynada qocaların, uşaqların, qadınların başına bomba yağdıran Putin, Şoyqu, Gerasimov, yaxud “diplomatik həyasızlığı”, yalançılığı və üzəduranlığına görə tayı-bərabəri olmayan, hamının gözü qarşısında baş bverən qətliama haqq qazandırmağa çalışan Lavrovdan heç bir fərqi yoxdur. Çünki Kirill də yuxarıda sadalanan şəxslər kimi Ukraynadakı hərbi cinayətlərə, bəşəriyyətə, insanlığa qarşı çirkin əməllərə haqq qazandıran ali vəzifəli şəxslərdən biridir.
Sonuncu dəfə bu “dini lider” Kremlin cinayətlərinə, işğalçılığına münasibətdə deyib: “Rusiya heç vaxt heç kimə hücum etməyib. Böyük və qüdrətli bir ölkənin heç kimə hücum etməməsi, sadəcə öz sərhədlərini qoruması təəccüblüdür..."
Yalan hər zaman çirkindir, lakin o, hansısa din xadiminin dilindən səsləndiriləndə daha da çirkin görkəm alır. Patriarxın sözündən belə çıxır ki, Ukraynaya hücum edənlər Marsdan gələnlərdir. Ya da Putin kimi Kirill üçün də Rusiyanın sərhədləri ümumiyyətlə mövcud deyil və Rusiya elə bütün dünya deməkdir...
Roma Papası Fransisk İtaliyanın “Il Corriere della Sera“ qəzetinə açıqlamasında Rusiya Patriarxı ilə hələ mart ayında baş tutan telefon söhbətinin bəzi detallarını açıqlayıb. Dünyada Vatikanın və onun başçılarının da ideal olmadığı, hansısa Kirilldən, Qarigendən çox da fərqlənmədiyi barədə qənaət var və bu qənaət təsadüfi deyil.
Ancaq hər halda, onun rus kilsəsinin başçısına dedikləri kifayət qədər maraqlıdır.
Papa deyib ki, 40 dəqiqəlik söhbətin ilk 20 dəqiqəsində Patriarx Kirill əlindəki xəritəni göstərərək, siaysətçi, yaxud general kimi ona müharibənin səbəbini və gedişini anlatmağa çalışıb: "Onu dinlədim və dedim: Mən bu izahdan heç nə başa düşmürəm. Qardaş, biz dövlət ruhaniləri deyilik və bizə siyasətin dilində danışmağa icazə verilmir, biz İsanın dilində danışmalıyıq. Patriarx özünü Putinin dini xidmətçisi kimi aparmalı deyil”.
Yəqin, Papa bilmir ki, bu gün Rusiyanın Tanrısı, dini, kitabı, bir sözlə, hər şeyi Putindir. Nəinki Kirillin, bütün Rusiyanın taleyi onun bir barmaq işarəsindən asılıdır. 21-ci əsrdə dünyanın ərazisinə görə ən böyük dövlətinin bu günə düşməsinin, nəticədə bəşəriyyətin nüvə təhlükəsilə üz-üzə qalmasının günahı isə təkcə ruslarda yox, həm də Qərbdə, bütünlükdə dünya birliyində, eləcə də dinləri siyasi və iqtisadi alətə çevirən yalançı, saxta papalarda, patriarxlarda, mollalarda, ravvinlərdə və digər din alverçilərindədir...
Cəlal (Elxan) Məmmədov
Digər xəbərlər
Tarix: 06-05-2022 09:15 | Bölmə: Araşdırma | Baxış: 168

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024