İRƏBANDA AZƏRBAYCANLILARA MƏXSUS MƏDƏNİ İRSİN MƏHVİ PEYK TƏSVİRLƏRİNDƏ - Araşdırma
İndiki Ermənistan ərazisində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin məhv edilməsi, istər Ermənistan SSR-in, istərsə də müasir Ermənistanın apardığı siyasətin tərkib hissəsi olmuşdur. Bu prosesin artıq bir əsrdən çox tarixi var.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində tədqiqatçı-tarixçi Səbuhi Hüseynov deyib.
Tədqiqatçı bildirib ki, prosesin başladığı XX əsrin əvvəllərində, daha dəqiq desək, 1924-cü ildən sonra İrəvan şəhərinin yeni planı adı altında əsrin ikinci yarısınadək şəhərin tarixi mərkəzi, (Təpəbaşı məhəlləsi istisna olmaqla) karvansaralar, hamamlar, məscidlər və orta əsr müsəlman məhəllə sistemləri məhv edilərək yerində müasir şəhər salınıb.
1988-ci ildə türk-azərbaycanlı əhalinin sonuncu dəfə İrəvan şəhərindən deportasiyası zamanı şəhərdə hələ də dörd məscid qalmaqda idi. Bunlar Göy məscid, Hacı İmamverdi məscidi, Çətirli məscidi və Sərdar məscidi idi. Bu dini abidələrdən yalnız Çətirli məscidi fəaliyyət göstərdiyi üçün 1988-ci ildə məhv edildi.
Digər dini abidələrdən, Təpəbaşı məhəlləsinin girişindəki Hacı İmamverdi məscidində 1920-ci ildən erməni qaçqınlar yaşadıqları üçün dağıntılara məruz qalmadı. Göy məscid fars məscidi elan olundu. İrəvanın tarixi hissəsində qalan Sərdar məscidinin məhvi ilə bağlı isə yeni mərhələ başladı.
Sərdar məscidinin adı hələ ruslar tərəfindən 1827-ci, 1830-cu, 1856-cı və 1880-ci illərdə hazırlanmış qala və şəhərin planlarında, həmçinin İrəvan şəhərinin Mehrabov tərəfindən 1906-1911-ci illərdə tərtib olunmuş planında qeyd edilmişdi.
Məscid haqqında bu qeydlərə İrəvan şəhərinin 1920-ci ilə aid ermənidilli planında da rast gəlmək mümkündür. Ümumiyyətlə, məscid haqqında mənbələr, xəritələr və arxiv sənədləri onun memarlığı, yerləşməsi və tarixi haqqında dolğun məlumat verir.
Bir vaxtlar regionun ən gözəl memarlıq nümunələrindən biri olan Sərdar məscidi unikallığı ilə fransız səyyahı Dübua dö Montperrö, rus etnoqrafı Nikolay Xanikovun, 1862-ci ildə İrəvandan keçən italiyalı səfir De Filipin, 1887-ci ildə fransız arxeoloqu Dieulafoyun, 1893-cü ildə britaniyalı səyyah Linçin, 1897-ci ildə alman incəsənət tarixçisi F.Sarrın və başqalarının diqqətini cəlb etmiş, onlar öz əsərlərində bu abidə haqqında məlumat vermişlər. Abidənin digər adları Abbas Mirzə məscidi, Qala məscidi, Xan məscidi və Köhnə məscid idi.
Sərdar məscidinin XIX əsrin əvvəllərində İrəvan xanı Hüseynqulu xan tərəfindən inşa edildiyi bilinirdi. Başqa bir mülahizəyə görə, o, Səfəvi dövründə inşa edilmiş başqa bir məscidin yerində tikilmişdir.
Məscidin məhv edilməsi XXI əsrin ilk onilliyinə təsadüf edir. Məscidlə birlikdə İrəvanın tarixi mərkəzinin 6 hektardan artıq bir hissəsinin arxeoloji və mədəni təbəqəsi də dağıdılmışdır.
Tarixçi Səbuhi Hüseynov İrəvanın tarixi mərkəzi olan qala hissəsinin tamamilə məhv edilməsi prosesini müasir texnoloji imkanlar hesabına izləmək və bu prosesin sübutlarını təqdim etmək üçün geniş araşdırma aparıb.
2016-cı ildə Beynəlxalq Cinayət Məhkəməsində Mali Respublikasında vəziyyət və Fəqi Mehdinin işi ilə bağlı prokurorun çıxışında deyilirdi: “Hər hansı bir xalqa məxsus mədəni sərvətlərə ziyan vurmaq bütün bəşəriyyətin mədəni irsinə zərər vurmaq deməkdir”.
Həmin prosesdə maddi mədəni irsin məhv edilməsinin təkcə mədəni irs sahiblərinə yox, həm də bütün beynəlxalq ictimaiyyətə toxunduğu vurğulanırdı.
Əslində, unikal memarlığa malik Sərdar məscidinin və qala hissəsinin məhv edilməsi də bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir. Bu məscidin məhv edilməsindən təkcə irsin sahibləri olan azərbaycanlılar yox, həm də beynəlxalq ictimaiyyət təsirlənib. Təəssüf ki, bu məhvetmə prosesini Ermənistan dünyadan gizlədərək beynəlxalq ictimaiyyəti də aldada bilib.
Məscidin yeri haqqında məlumatları 1827-ci və 1837-ci illərdə, işğal ili və on ildən sonra qalanın təsvir olunduğu rus xəritələrindən əldə etmək mümkündür. Əldə edilən planların coğrafi məlumat mühitinə transformasiyası sayəsində qalanın sərhədləri və məscidin dəqiq koordinatlarını öyrənmək mümkündür.
XXI əsrdə İrəvan qalasından qalan tarixi mədəniyyət abidələrinin məhvi prosesini yüksək ayırdetmə qabiliyyətinə malik IKONOS-2, “Quickbird-2”, “GeoEye-1”, “WorldView-2” və “Airbus” peyklərindən əldə edilən təsvirlərlə izləmək mümkündür.
Tədqiqatçı tərəfindən bu məqalədə təqdim olunan faktlar da, əslində, Ermənistanın XXI əsrin əvvəllərində Azərbaycanın maddi-mədəni irsinin ən gözəl nümunələrindən birinə qarşı törətdiyi cinayətin sübutlarıdır.
Tarixçi İrəvan qalasının yerləşdiyi ərazinin sovet dövründə hansı vəziyyətdə olduğunu bilmək üçün əvvəlcə 1967-ci il “KH-7 Gambit” və 1982-ci il “KH-9 Hexagon” kəşfiyyat peyklərindən çəkilən təsvirləri də araşdırmaya cəlb edib.
Soyuq müharibə dövründə ABŞ-ın kəşfiyyat məqsədli bu peykləri Sovet İttifaqının demək olar bütün ərazilərini yüksək ayırdetmə qabiliyyətinə malik təsvirlərini əldə etmişdilər. Bu təsvirlər uzun müddət məxfilik qrifi altında olmuşdur.
Lakin 2002-ci ildə bu peyk təsvirləri məxfilik qrifindən çıxarılaraq elmi təşkilatların ixtiyarına verilib. Araşdırmada həmin peyk arxivlərindən istifadə olunaraq İrəvan qalasının 1967-ci və 1982-ci illərdə vəziyyəti müəyyən edilib.
Beləliklə, İrəvan şəhərinin tarixi mərkəzinin böyük hissəsi çox təəssüf ki, sovet dövründə ermənilər tərəfindən yeni şəhərsalma planlaması adı altında məhv edilib. Lakin müstəqilliyə yaxın İrəvan qalasından hələ də 6 hektardan çox sahə mövcud imiş.
1967-ci il” KH-7 Gambit” və 1982-ci il “KH-9 Hexagon” peykləri İrəvan qalasının tarixindən xəbər verən üç hissənin mövcudluğunu sübut edir.
Bunlar qalanın şimalında qırmızı xətlərlə göstərilən Sərdar məscidinin də yerləşdiyi hissə, İrəvan sarayının yerləşdiyi yer (mədəni təbəqə hələ də salamat qalırdı) və qala divarlarından qalan hissədir.
Yüksək ayırdetmə qabiliyyətinə malik müasir peyk təsvirlərindən – 2000-ci il 1 aprel tarixli “IKONOS-2” peyk təsviri ilə 2004-cü il 21 aprel tarixli “Quickbird-2” peyk təsvirinin təhlili onu deməyə əsas verir ki, ərazinin vəziyyəti sovet dövrünün sonlarından bu tarixə qədər dəyişməz qalmışdır.
2006-cı ildə Azərbaycan tərəfi Avropa Şurası Parlament Assambleyasının iclasında Ermənistanın azərbaycanlılara məxsus bir neçə məscidi dağıtmasını bildirəndə qarşı tərəf mədəni irsin məhv olunduğunu inkar edirdi.
Lakin 2006-cı il tarixli 2 may “Quickbird-2” peyki qırmızı xətlərlə göstərilən ərazidə buldozerlərin “təmizlik” işini apardığını sübuta yetirir. Ermənistan isə həyasızcasına dünya ictimaiyyətini aldadaraq bu işi davam etdirirdi.
2008-ci il 4 iyun tarixli “Quickbird-2” peykinin təsviri artıq Sərdar məscidinin yerləşdiyi ərazidə çoxmərtəbəli iki binanın inşa edildiyini göstərir. Lakin Sərdar məscidinin qalıqlarının solda tikilən binanın qarşısında hələ də qaldığı peyk təsvirindən aydın görünür.
2009-cu il noyabrın 5-də Strasburqda Ermənistanın Avropa Şurasına təqdim etdiyi “Milli azlıqların müdafiəsi üçün çərçivə Konvensiyasının 25-ci maddəsinin 2-ci bəndinə əsasən Ermənistan tərəfindən təqdim edilmiş üçüncü hesabat”ında bildirilir ki, bu ölkənin ərazisində yerləşən bütün tarixi-memarlıq abidələri, mədəni və dini tikililər etnik, dini mənsubiyyətindən asılı olmayaraq, dövlətin himayəsindədir.
Həmin hesabatda dövlətin qoruduğu abidələr sırasında Sərdar məscidinin də yer aldığını görürük.
2009-cu il iyulun 23-də İrəvanın qala hissəsinin üzərindən keçən “GeoEye-1” peyki Ermənistanın Avropa Şurasına verdiyi hesabatda yalan danışdığını sübut edirdi.
Çünki artıq Qalanın şimal hissəsində çoxmərtəbəli binalar tikilmiş və mədəni təbəqə, o cümlədən hesabata daxil edilmiş Sərdar sarayı kiçik divar hissəsi istisna olmaqla dağıdılmışdı. Bunu sonrakı peyk görüntüləri də sübut edirdi.
Belə görünür ki, Ermənistanın hakim dairələri Avropa Şurasını aldatmaqdan belə çəkinməmiş və hesabat verilən dövrdə artıq abidəni məhv etməkdə olmuşlar.
2014-cü il 28 iyun tarixli “WorldView-2” peyk təsviri və son olaraq qala ərazisinin vəziyyətinin təhlili üçün istifadə edilən 2023-cü il 16 aprel tarixli “Airbus” peyk təsviri İrəvan qalasından qalan yeganə hissələrin, eləcə də XVI əsrin əvvəllərinə aid arxeoloji mədəni təbəqənin 6 hektarlıq ərazinin tamamilə məhv edildiyini sübuta yetirir.
2006-cı ildən başlayaraq 2023-cü ilədək inşaat sahəsinə çevrilən İrəvan qalasının mədəni təbəqəsi dağıdılarkən isə heç bir arxeoloji monitorinq və xilasetmə üçün qazıntıların aparılmaması Ermənistan siyasi dairələrinin məqsədyönlü şəkildə mədəni silinmə prosesini həyata keçirdiyini bir daha göstərir.
Beləliklə, XVI əsrin əvvəllərində əsası qoyulmuş İrəvan qalası və onun mədəni təbəqəsinin məhv edilməsi XXI əsrin əvvəllərində dünyanın gözü qarşısında baş vermişdir.
Bəşəri mədəni irsə qarşı törədilmiş bu cinayət heç bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən qınanmamış, Ermənistanın məsuliyyət daşımasına rəğmən, Azərbaycan xalqına məxsus maddi mədəni irs nümunələrinin məhvinə göz yumulmuşdur.
Lakin həqiqət bu peyk təsvirlərinin təhlili ilə üzə çıxır. XXI əsrin əvvəllərində törədilmiş cinayətə görə isə Ermənistan hələ də cavab verməyib./Azərtac
Digər xəbərlər
Tarix: 01-02-2024 13:35 | Bölmə: Araşdırma | Baxış: 107

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024