"Silahı qaban vurmaq üçün aldıqlarını dedilər..."- "Bravo"ya hücumla bağlı məhkəmə
Bakıda "Bravo" hipermarketində baş vermiş silahlı insidentlə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahidlər təqsirləndirilən Dəyanət Qüdrətovun silahı necə alması barədə danışıb.
Ruhlan İsmayılovun silah almaq üçün müraciət etdiyi ovçu-balıqçı mağazasının sahibi Əlövsət Bağırov ifadə verib: "Bir dəfə tanımadığım biri mənə yazdı. Bununla danışdıq. Silah almaq istəyirdi. Özünü Ruhlan kimi təqdim eləmişdi. Dedi 3 dost ova getmək istəyirik. İki dostumda silah var, ancaq mənim yoxdur.
Məndə ovçu-balıqçı ləvazimatları mağazası olduğu üçüb silah satmağıma icazə yoxdur. Ona görə də Ruhlanı Zamiqin ovçu mağazına apardım. Ruhlan sənədlərini yığdı lazımı yerlərə göndərdik. Ancaq Ruhlanın psixoloji problemi çıxdı. Ona görə ona silah satmaq olmazdı.
Üstündən bir müddət keçdi. Mənə yenə yazdı. Keçmiş mesajlara baxdım. Gördüm ki, əvvəllər danışmışıq. Mənə dedi ki, dostum silah almaq istəyir. Dedim gəlin mağazaya danışaq. Ruhlan öz maşını ilə gəlmişdi. Arxada da Dəyanət oturmuşdu. Yenə bu ikisini Zamiqin mağazasına apardım. Dəyanət sənədlərini verdi.
Ona müsbət cavab gəldi. Yəni heç bir problemi yox idi. Yenə onları götürüb həmin mağazaya getdik. Yolda Ruhlan pulu mənə verdi. Mağazada "AKS" markalı yarı avtomat ov tüfəngi aldı. 3 min 500, ya da 3 min 600 manat pul verdim. 3 qutu da güllə götürdülər. Silahı alanda bir saat Dəyanətlə söhbət etdik.
Necə istifadə edə bilər, harada istifadə edə bilər barədə danışdıq. Dəyanət mənə dedi ki, polisə sənəd verib. Soruşanda nə ovuna gedirsiz dedilər ki, qaban ovuna gedəcəyik".
İfadə verən Xəndan Səfərəliyev D.Qüdrətovun silah aldığı ovçu-balıqçı mağazasında satıcı kimi işlədiyini bildirib:
"Təqsirləndirilən şəxslərdən sadəcə, Dənayəti tanıyıram. Silah almaq üçün bizim mağazaya müraciət etmişdi. Yarı avtomat "AKS" markalı tüfəng istəyirdi.
Silaha təxmini 3 min 300 manat pul verdi. Pulu bizə Əlövsət verdi. Dəyanətdən qabaq Ruhlan bizim mağazaya müraciət etmişdi. Onun sənədlərində problem oldu deyə ona silah satmadıq.
Sənədlərində psixi-narkoloji problemi olduğu qeyd olunmuşdu. Dəyanət sənədlərini verəndə onda heç bir problem çıxmadı. Silahı alanda onunla məlumat vermək üçün bir saat söhbət etdik. Dəyanətin götürdüyü güllələr heyvan öldürmək üçün nəzərdə tutulmuşdu".
Ovçu mağazasının sahibi Zamiq Səfərəliyev isə ifadəsi zamanı işçilərin hadisədən sonra ona bu barədə məlumat verdiyi deyib.
"Bravo” hipermarketində mühafizəçi işləyən Elvin Abdullayev ifadə verib: "İşdə idim. Birdən səs-küy gəldi. Keçdim maşının arxasına. 3-4 güllə səsi eşidildi. Dəyanəti arxadan gördüm. Aramızda 20-30 metr məsafə vardı. Ruhlanı da arxadan görürdüm, çevriləndə üzünü gördüm. Daha sonra kameraya baxmağa getdik. Dəyanət güllə atmaq istəyəndə gülləsi açılmadı. Ruhlan inkassatora güllə atdı. Sonra getdilər".
Daha sonra hadisədə istifadə edilən "Opel" markalı avtomobilin keçmiş sahibi Eyvaz Əliyev ifadə verib. O, maşını bazarda tanımadığı adama satdığını deyib.
Məhkəmə prosesi fevralın 21-də davam etdiriləcək.
Xatırladaq ki, hadisə ötən il martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində qeydə alınıb.
Edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilib. Onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülərək, külli miqdarda pul vəsaiti ələ keçirilib.
Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər - 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə, eləcə də öldürməyə cəhd etməyə görə, 3 şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, 1 şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuiyyətinə cəlb edilib.
Belə ki, cinayəti icra etmiş Dəyanət Qudrətova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə), 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən iki şəxsi qəsdən öldürməyə cəhd), 181.3.2 (sağlamlığa ağır zərər vurmaqla quldurluq), 228.2.1, (qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatını əldə etmə, daşıma və gəzdirmə), 229.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah hazırlama) və digər maddələri ilə cinayət işi açılıb.
Cinayətin törədilməsində köməkçilər - Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanova həmin Məcəllənin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.11, 32.5, 29, 120.2.7, 32.5, 181.3.2, 228.2.1, 229.2.1 və digər maddələri, cinayətin törədilməsində köməkçi - Rövşən İsmayılova həmin Məcəllənin 228.2.1 və 32.5, 229.2.1-ci, cinayətin törədilməsində təhrikçi Babək İsgəndərova isə qeyd olunan Məcəllənin 228.2.1 və 32.3, 229.2.1-ci maddələri ilə ittiham elan edilib.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilsə də onun barəsində yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə, barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.
Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilərək götürülüb.
Digər xəbərlər
Tarix: 15-02-2024 16:10 | Bölmə: Araşdırma / Kriminal | Baxış: 100

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024