«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Azərbaycanda 7 futbolçunun DTX-də dindirildiyi bildirilir

Tarix: 16-02-2024 15:35 | Bölmə: Araşdırma | Baxış: 182



Hazırda Birinci divizionda çıxış edən “İrəvan”ın futbolçularının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən sorğu-sual edildiyi bildirilir.

Bu barədə Offsideplus.az məlumat yayıb.

Bildirilir ki, dindirilmə futbolda oyun alğı-satqı məsələsi ilə bağlı olub.

“Qərbi Azərbaycan təmsilçisinin 7 üzvü dünən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən sorğu-sual edilib. 

Onlar Azərbaycan Kubokunun 1/8 finalında “Araz-Naxçıvan”la (2:8) oyunun nəticəsinə görə dindiriliblər”, - xəbər portalı yazır.

Qeyd olunub ki, məlumatı “İrəvan” futbol klubunun prezidenti Zahid Niyazəliyev də təsdiqləyib:

“Dünən futbolçular bu məsələ ilə bağlı dindirilib. Oyunçular “Araz-Naxçıvan”la kubok matçına görə sorğu-sual edilib. 

Məsələ ilə bağlı araşdırma davam edir”.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024