“DAVANI ELNUR MƏMMƏDOV SALIB”- Masasında əyləşmiş xanım şahid oliqarx oğlunu ifşa etdi /VİDEO
Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə Cavad Muradov və Şamxal Məmmədovun cinayət işi üzrə proses davam edir.
Şamxal Məmmədovla Cavad Muradov bu ilin yayında “Sea Breeze”də qrup halında xuliqanlıq etməkdə, sonuncu əlavə olaraq əmlakı qəsdən zədələməkdə ittiham olunur. İttihama görə, Cavad Muradov Elmir İsmayılovun maşınını əzib. Elmir İsmayılov da, Cavad Muradov da bunu qətiyyətlə təkzib edir, hər ikisi deyirlər ki, maşını əzən oliqarx oğlu Elnur Leysan oğlu Məmmədovdur. Hakim ittihama bu hissədə xitam verməyə tələsmir.
Bu iş üzrə Elmir İsmayılov, onun qardaşı Elgün İsmayılov, Peyman Vəlizadə və Məhəmməd Həsənzadə zərərçəkəndirlər. Hazırda prosesdə şahidlərin dindirilməsi mərhələsidir.
Proses ötən ilin noyabrında başlayıb və hələ də davam edir. Bu isə həm zərərçəkən, həm də təqsirləndirilən tərəfdə narazılıqla qarşılanır. Onlar bir-birilərindən şikayətçi olmadıqlarını, barışdıqlarını dönə-dönə hakimin diqqətinə çatdırsalar da, məhkəmə prosesi uzandıqca uzanır.
Proseslər arasında uzun fasilələr verilir. Bu fasilələrin hansı məqsədə xidmət etdiyi haqda tərəflər müxtəlif fikirlər səsləndirirlər...
Fevralın 20-də keçirilən prosesdə dindirilən ilk şahid Şakir Abbaszadə oldu. Şahid dedi ki, “Sea Breeze”yə Elmir İsmayılovun dəvəti ilə ayıq sürücü olaraq gəlib. Lakin o, istirahət mərkəzinə çatandan sonra Elmir İsmayılov ona bildirib ki, xidmətindən istifadə etməyəcək.
Bundan sonra onunla sağollaşıb və ərazini tərk edib. Şahid istirahət mərkəzində olarkən hər hansı bir davanın şahidi olmadığını bildirib. Dövlət ittihamçısı Amin Şəkərəliyevin suallarını cavablandıran şahid deyib ki, müttəhimləri orada görməyib.
Digər şahid Leyla Abbasovanın ifadəsi isə ittihamı alt-üst edib. Şahid sərbəst ifadəsində deyib ki, “Sea Breeze”də davanı salan Elnur Məmmədov olub: “Həmin gün “Sea Breeze”də Jah Khalib-in konserti idi. Maşınla gəzirdik, ora konsertə getdik. Orada Cavadgillə tanış olduq.
Cavadgil dedilər ki, “Rose bar”da yerimiz var, gedək orda oturaq. Orada 1 saat, saat yarım olmuşam. Davanı görməmişəm, amma masa ətrafında nə baş veribsə, olanların şahidiyəm.
Oradakı söz-söhbətləri gözümlə gördüm. Orada masada oğlan vardı. Sonradan “İnstaqram” səhifələrdən bildim ki, adı Elnurdur.
Orada biz masa arxasında oturanda Elmir gəlib Cavadla görüşdü. Orada Elnur dedi ki, bu nəyə gəlib, bu kimdir? Mən orada masa arxasında olanda video çəkmişdim. Videoda da onun səsi düşüb. Elnur deyir ki, bu kimdir?
Cavadın da səsi düşüb ki, yaxşı oğlandır, dostumuzdur. Elnur da deyir ki, mən burada dava salacağam... Elnur deyirdi ki, mən burada dava salacağam, kim mənimlədir? Sonra mən durub restorana keçdim. Podruqam mənə yazdı ki, burada dava düşüb”.
Şahid dövlət ittihamçısının sualına cavab olaraq deyib ki, masa arxasında o, rəfiqəsi, Fira adlı bir qız, Cavad, Vüqar və Elnur Məmmədov olub.
Dövlət ittihamçısı Amin Şəkərəliyevin “mübahisə kimlərin arasında gedirdi” sualına şahid Leyla Abbasovanın cavabı belə oldu: “Orada belə oldu ki, “zavist” azərbaycanca nədir?...
Hə, paxıllıq edirdi Elnur Elmirə. Elmir gəldi Cavadla, Vüqarla normal görüşdü. Mən davanı görmədim. Sadəcə Elnurun Elmirə “zavisti” vardı. Elnur qızışdırırdı, deyirdi ki, mən burada dava salacağam. Mən də baxırdım ki, bu nə danışır? Onun davranışı əsəblərimə təsir edirdi.
Necə deyim, Elnurun masa arxasında etika mədəniyyəti yox idi, özünü apara bilmirdi, halı özündə deyildi. Cavad onu sakitləşdirirdi. Deyirdi ki, “brat, yaxşı da, nə oldu sənə”...”
Şahidin bu sözlərindən sonra dövlət ittihamçısı ona suallar verməsini dayandırdı. Şahidə zərərçəkən Məhəmməd Həsənzadə bir neçə sual verdi.
Xatırlatdı ki, şahidin əyləşdiyi masanın arxasında Elnur, Cavad, Vüqar və digər qızlar da olub: “Ola bilər ki, Elnur o hərəkətləri özünü masa arxasında olan qızlara göstərmək üçün edib?”
Şahid suala cavab verə bilmədi. Məhəmməd Həsənzadənin digər sualı Elmir İsmayılovun masaya yaxınlaşarkən ətrafında mühafizəçilərin olub-olmaması ilə bağlı oldu. Şahid sualı belə cavablandırdı: “Biz Kolumbiyada, Meksikada yaşamırıq ki, ətrafında “oxran”larla gəlsin. Elmir tək idi”.
Şahid zərərçəkən Elgün İsmayılovun nümayəndəsi Faiq Nəcəfovun da suallarına cavab verdi. Dedi ki, ibtidai istintaq zamanı ifadə verib. Müstəntiq ondan masa arxasında olarkən Elnur Məmmədovun səsi olan videonu istəməyib deyə, o da həmin videonu istintaqa təqdim etməyib.
Digər şahid Cavad Əsgərzadə oldu. O, sərbəst ifadəsində bildirdi ki, hadisə baş verən gün “Sea Breeze”də olub: “Mən qapının ağızında Elnurla Elmirin mübahisə etdiyini gördüm. Oradan çıxdım getdim”.
Dövlət ittihamçısının sualını cavablandıran şahid bildirib ki, o, tərəfləri sakitləşdirməyib, aralamayıb. Oradan çıxıb gedib. Cavad Muradovu, digər şəxsləri orada görməyib. Zərərçəkən Məhəmməd Həsənzadə şahidə “orada Cavad Muradovu kiminsə vurub-vurmadığını gördünmü” deyə sual etdi. Şahid “görməmişəm” cavabını verdi.
Bundan sonra proses martın 12-nə qədər təxirə salınıb. Uzun fasilənin verilməsi iş üzrə tərəflərin narazılığına səbəb olsa da, hakim qərarını dəyişmədi.
Qeyd edək ki, Elnur Məmmədov oliqarx Leysan Məmmədovun oğludur. Elnurun qardaşı prokurorluq orqanlarında çalışır, onun özü isə Vergilər Xidmətinin müfəttişidir.
Digər xəbərlər
Tarix: 21-02-2024 17:10 | Bölmə: Araşdırma | Baxış: 117

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024