"Öz arxasını bərkitmək üçün polisə düzəldib" - Prorektorun qətli ilə bağlı MƏHKƏMƏ
"Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə istintaqı yekunlaşmaq üzrədir.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda şahidlər ifadə veriblər.
Şahidlərdən biri təqsirləndirilən Dəyanət Quliyevin bacısı, digəri həyat yoldaşıdır. İttihama görə, Dəyanət cinayətin təşkilatçısıdır. Hadisə vaxtı sözügedən universitetin rektoru işləyən dayısı Müşfiq Atakişiyev prorektorun qətlini ona sifariş verib, o isə qətli dostu Samir Quliyevə icra etdirib.
Dəyanətin bacısı Günel Quliyevanın dediyinə görə, iki il əvvəl qardaşının psixoloji problemləri yaranıb. Bundan sonra mütəmadi olaraq müalicə alıb: "Saxlanılan gün də həkimə getməli idi, amma imtina etdi. Axşam zəng edib polisə etiraf edib”.
Quliyeva ibtidai istintaq dövründə müstəntiqə daha geniş ifadə verib. İfadəsində həm dayısı Müşfiq Atakişiyevin onlara göstərdyi qayğıdan, həm qardaşının pis vərdişlərindən danışıb: "Atamın ölümündən sonra dayım bizə atalıq etdi. Bütün xərclərimizi o, çəkib.
İçimizdən ən çox da Dəyanətə qayğı göstərirdi. Onu işlədiyi universitetdə oxutdu, sonradan polisə işə düzəltdi. Dəyanət sonralar içki içməyə, qumar oynamağa başladı. İki il əvvəl mənə zəng etdi, kreditim var deyib borca pul istədi. Onda bildim ki, qumar oynayır. Pulu ona görə istəyir. Qumara görə, sonralar dayım da ona pul verməyib”.
Daha sonra D.Quliyevin həyat yoldaşı Elnarə Quliyeva şahid qismində ifadə vermək üçün zala dəvət edilib. Qanuna görə, şahid yaxın qohumlarının əleyhinə ifadə verməyə bilər. Quliyeva da bu hüququndan istifadə edib, ifadə vermək istəməyib.
Məhkəməyə sədrlik edən hakim Siyavuş Hacıyev şahidin istintaq dövründə verdiyi ifadəsini elan edib. Elnarə müstəntiqlə danışığında deyib ki, Samir Quliyev tez-tez Dəyanətə zəng edərək ondan pul istəyirmiş.
Dəyanətin həmişə razılaşması isə onu şübhələndirib. Şahid ərinin həbsindən əvvəl M.Atakişiyevə zəng etməsindən də danışıb: "Həbsindən əvvəl sonuncu dəfə dayısına zəng edib. Deyib ki, tavana görə 4 min manat lazımdır. Dayısı pul vermədiyi üçün polisə etiraf edib”.
Elnarə Quliyevanın qardaşı İsa ilə telefon danışığı da istintaq materiallarına daxil edilib. Bu danışıq Dəyanətin həbsindən sonraya təsadüf edir.
Danışıqdan görünür ki, Elnarə ərinin cinayətinə görə Müşfiq Atakişiyevi günahlandırır. Onun qardaşı ilə söhbətindən üç cümləni təqdim edirik: "Dəyanət Müşfiqin oğlu kimi idisə, başqa işə qoyardı da... Öz arxasını bərkitmək üçün polisə düzəldib. Yekə oğlu var idi, onu irəli çəkərdi, işlərini də ona gördürərdi”.
Xanım şahid istintaqda nə danışdığını bilmədiyini, yazılanlara qol çəkib getdiyini deyib.
Bununla iş üzrə bütün şahidlərin ifadəsi yekunlaşıb. Martın 13-nə təyin olunmuş prosesdə sənədlərin tədqiqi, daha sonra prokurorun çıxış edəcəyi gözlənilir.
Xatırladaq ki, hadisə 2011-ci ildə baş verib. İttihama görə, həmin vaxt "Təfəkkür Universitetinin” rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariyel Əhmədovun qətlini sifariş verib. Sifarişin təşkilatçısı bacısı oğlu Dəyanət Quliyev, icraçısı isə D.Quliyevin qonşusu Samir Quliyev olub.
Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. M.Atakişiyev həbsinə kimi Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru işləyib.
Digər xəbərlər
Tarix: 22-02-2024 12:10 | Bölmə: Araşdırma | Baxış: 90
"Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə istintaqı yekunlaşmaq üzrədir.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda şahidlər ifadə veriblər.
Şahidlərdən biri təqsirləndirilən Dəyanət Quliyevin bacısı, digəri həyat yoldaşıdır. İttihama görə, Dəyanət cinayətin təşkilatçısıdır. Hadisə vaxtı sözügedən universitetin rektoru işləyən dayısı Müşfiq Atakişiyev prorektorun qətlini ona sifariş verib, o isə qətli dostu Samir Quliyevə icra etdirib.
Dəyanətin bacısı Günel Quliyevanın dediyinə görə, iki il əvvəl qardaşının psixoloji problemləri yaranıb. Bundan sonra mütəmadi olaraq müalicə alıb: "Saxlanılan gün də həkimə getməli idi, amma imtina etdi. Axşam zəng edib polisə etiraf edib”.
Quliyeva ibtidai istintaq dövründə müstəntiqə daha geniş ifadə verib. İfadəsində həm dayısı Müşfiq Atakişiyevin onlara göstərdyi qayğıdan, həm qardaşının pis vərdişlərindən danışıb: "Atamın ölümündən sonra dayım bizə atalıq etdi. Bütün xərclərimizi o, çəkib.
İçimizdən ən çox da Dəyanətə qayğı göstərirdi. Onu işlədiyi universitetdə oxutdu, sonradan polisə işə düzəltdi. Dəyanət sonralar içki içməyə, qumar oynamağa başladı. İki il əvvəl mənə zəng etdi, kreditim var deyib borca pul istədi. Onda bildim ki, qumar oynayır. Pulu ona görə istəyir. Qumara görə, sonralar dayım da ona pul verməyib”.
Daha sonra D.Quliyevin həyat yoldaşı Elnarə Quliyeva şahid qismində ifadə vermək üçün zala dəvət edilib. Qanuna görə, şahid yaxın qohumlarının əleyhinə ifadə verməyə bilər. Quliyeva da bu hüququndan istifadə edib, ifadə vermək istəməyib.
Məhkəməyə sədrlik edən hakim Siyavuş Hacıyev şahidin istintaq dövründə verdiyi ifadəsini elan edib. Elnarə müstəntiqlə danışığında deyib ki, Samir Quliyev tez-tez Dəyanətə zəng edərək ondan pul istəyirmiş.
Elnarə Quliyevanın qardaşı İsa ilə telefon danışığı da istintaq materiallarına daxil edilib. Bu danışıq Dəyanətin həbsindən sonraya təsadüf edir.
Danışıqdan görünür ki, Elnarə ərinin cinayətinə görə Müşfiq Atakişiyevi günahlandırır. Onun qardaşı ilə söhbətindən üç cümləni təqdim edirik: "Dəyanət Müşfiqin oğlu kimi idisə, başqa işə qoyardı da... Öz arxasını bərkitmək üçün polisə düzəldib. Yekə oğlu var idi, onu irəli çəkərdi, işlərini də ona gördürərdi”.
Xanım şahid istintaqda nə danışdığını bilmədiyini, yazılanlara qol çəkib getdiyini deyib.
Bununla iş üzrə bütün şahidlərin ifadəsi yekunlaşıb. Martın 13-nə təyin olunmuş prosesdə sənədlərin tədqiqi, daha sonra prokurorun çıxış edəcəyi gözlənilir.
Xatırladaq ki, hadisə 2011-ci ildə baş verib. İttihama görə, həmin vaxt "Təfəkkür Universitetinin” rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariyel Əhmədovun qətlini sifariş verib. Sifarişin təşkilatçısı bacısı oğlu Dəyanət Quliyev, icraçısı isə D.Quliyevin qonşusu Samir Quliyev olub.
Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. M.Atakişiyev həbsinə kimi Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru işləyib.
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024