Britaniyada Feyziyevin 85 milyonluq əmlakı araşdırılır - “Halal pulla” alınmasına şübhə edilir
Digər xəbərlər
Tarix: 23-02-2024 15:00 | Bölmə: Araşdırma | Baxış: 91
Britaniya Ali Məhkəməsi fevralın 22-də azərbaycanlı deputat Cavanşir Feyziyev və onun həyat yoldaşının dondurulmuş mülkləri ilə bağlı məsələyə baxmağa başlayıb.
Bu barədə Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması Layihəsinin (OCCRP) saytında məlumat dərc olunub.
Bildirilib ki, söhbət deputat və həyat yoldaşının qeyri-qanuni yollarla qazanılan vəsaitlər hesabına əldə etdiyi ehtimal edilən 22 mülkdən gedir.
Qeyd olunur ki, 39,5 milyon funt sterlinqdən (85,1 milyon manat) artıq qiymətə alınmış sözügedən əmlaklar 2023-cü ilin iyununda Ali Məhkəmənin qərarı ilə dondurulub.
“Feyziyev məlumat dərc olunan vaxtda şərh vermək tələblərinə cavab verməyib. Feyziyevlərin vəkili isə iddia edir ki, Milli Cinayət Agentliyi (NCA) bütün lazımi prosedurlara əməl etməyib və bu daşınmaz əmlaklardan hər hansı birinin qanunsuz yolla alındığını mübahisələndirmək üçün kafi əsaslar yoxdur.
Bundan əvvəl siyasətçinin ailəsi Milli Cinayət Agentliyinin diqqətini bank hesablarında milyonlarla funt sterlinq vəsaitin olması ilə cəlb etmişdi.
Agentlik iddia edirdi ki, bu vəsaitlər bank hesablarına OCCRP-nin 2017-ci ildə aşkar etdiyi və “Azərbaycanın pulyuyan maşını” kimi tanınan beynəlxalq çirkli pulların yuyulması mexanizmi ilə gəlib”, - OCCRP-nin məlumatında deyilir.
NCA-nın məlumatına görə, Feyziyev və onun həyat yoldaşı tərəfindən satın alınmış əmlakların satışına və ya başqasına ötürülməsinə mane olan son qərarlar, çirkli pulların yuyulmasına dair əldə edilən əsaslı sübutlara görə qəbul edilib.
“Məhkəməyə təqdim edilən sənəddə Agentlik qeyri-adi, yalan və ya uydurma təsvirlərlə müşayiət olunan və çirkli pulların yuyulmasında iştirak etdiyi aşkar edilən şirkətlərə qədər izlənilə bilən fövqəladə mürəkkəblikdə pul axınlarını təsvir edib”, - OCCRP yazır.
Qeyd olunur ki, dondurulanlar arasında ən bahalı mülklər “Chelsea Barracks” kompleksində 26 milyon funt sterlinqdən (56 milyon manat) baha qiymətə alınmış iki iqamətgahdır.
Bildirilir ki, bunlar 2020-ci ildə Britaniya hakimiyyəti onun həyat yoldaşı, oğlu və qardaşı oğlu barədə çirkli pulların yuyulmasında dair araşdırma apardığı ərəfədə alınıb.
“Dondurulmuş digər mülklər arasında “Regent Parkı”na baxan bir mənzil, həmçinin Şimali Qərbi Londondakı bir binadan alınmış 19 mənzil daxildir.
Feyziyev 2008-2018-ci illər arasında həmin mülkləri 10 milyon funt sterlinqdən (21,5 milyon manat) çox qiymətə alıb və sonradan heç bir ödəniş etmədən fondun mülkiyyətinə verib”, - məlumatda deyilir.
Qeyd edək ki, C. Feyziyev 2010-cu ildən 2022-ci ilədək Azərbaycan-Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edib.
Xatırladaq ki, 2022-ci ilin yanvar ayında Böyük Britaniya məhkəməsi deputat Cavanşir Feyziyevin ailə üzvlərinə - həyat yoldaşı, böyük oğlu Orxan və qardaşı oğlu Elman Cavanşirə məxsus 5,6 milyon funt-sterlinq (12,9 milyon manat) məbləğində vəsaitin müsadirə olunması haqqında qərar verib.
Deputatın ailə üzvlərinə məxsus olan və üzərinə həbs qoyulan 9,7 milyon funt-sterlinq (22,3 milyon manat) isə onlara geri qaytarılıb.
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024